Bəzi taksi sürücülərinin evindən xəbəri olmayan əməlləri: VCA və YYSİB sədri Aydın Xan Əbilov və ekspertlərin mövqeyi…

Son zamanlar taksi sürücürlərinin əksəriyyəti müştəri ilə ünsiyyətdə olarkən etik normalara diqqət etmir, istədiyi kimi hərəkətlər edir və nəticədə etikadan kənar və xoşagəlməz hallar yaranır. Yəni bir sözlə məhz bu səbəbdən artıq bir çox insan taksiyə ilə yol getməkdən çəkinir. Bəs bu halların qarşını almaq üçün nə kimi tədbirlər görülməlidir? Sifariş taksi servislərinə sürücü götürərkən nələrə diqqət olunmalıdır? Mövzu ilə əlaqədar olaraq SİA olaraq ekspertlər arasında sorğu keçirdik.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu: “Taksilərdə baş verən qeyri-etik hərəkətlərin qarşısını almaq və sürücü-müştəri münasibətlərinin stabilləşməsi üçün taksi şirkətləri sürücünü işə götürən zaman müəyyən imtahan etməli və onları normativlərdən keçirməlidir. Bu normativlər əsasında onların sürücülük qabliyyətindən tutmuş, əxlaqi kodekslərinə kimi yoxlanılmalıdır. Hər küçədən keçən adam telefonda proqramdan qeydiyyatdan keçərək sürücülük edir. Bu xüsusilə də onlayn taksi şirkətlərinə aiddir. Hansısa bir şəxs Amerikada oturur və burada şirkət yaradır. Demək olar ki, o şirkətlərin heç birinin işçiləri yoxdur. Bunun da nəticəsi olaraq yoldan keçən biri qeydiyyatdan keçir və həmin şirkətin yiyəsinin o adamdan xəbəri olmur ki, bu kimdir və nə ilə məşğul olur. Mən düşünürəm ki, bu çox ciddi bir mövzudur. Məhz bu səbəbdən Bakı Nəqliyyat Agentliyi bu prosesə nəzarət etməlidir. Həmçinin Agentlikdə mütəxəssislər tərəfindən müəyyən testlər yaradılmalıdır ki, hər kimsə bu peşəylə məşğul olmaq istəyirsə həmin testlərdən keçməlidir. Hələ Sovet dövründə taksi sürücüləri xüsusi olaraq təlim keçirdilər və daha sonra vəsiqə alaraq bu peşəyə yiyələnirdilər. Amma indi bunların heç birinə əməl olunmur. Buna görə də xüsusi ilə qadınlar taksilərə minməyə qorxurlar”.

Tənqidçi ekspert Aydın Xan Əbilov: “Azərbaycan ictimai nəqliyyatının bir hissəsi olan ictimai taksi həyatımızın bir hissəsinə çevrilib. Bir müddət London taksiləri adı altında komfortlu maşınlar şəhərə gətirildi. Lakin bunların qiyməti baha olduğuna görə, rəqabətə tab gətirə bilməyib sıradan çıxdılar. Daha sonra elektrikli taksilər gətirildi və onların da qiyməti baha olduğuna görə, insanların həmin taksilərdən istifadə etmək faizi demək olar ki, çox olmadı. Amma son illərdə fərdi nəqliyyat vasitəsilə, o cümlədən də kirayəyə götürdükləri maşınlar sayəsində taksi fəaliyyəti ilə məşğul olan sürüclərin sayı həddindən artıq çoxdur. Xüsusilə gənc və orta nəslin nümayəndələri Uber, Bolt və s. bunlar kimi qlobal taksi şirkətlərinin brendi altında taksi fəaliyyəti ilə məşğul olurlar. Vətəndaşlar da kütləvi şəkildə ucuz qiymətə uzaq məsafələrə gedirlər. Sürücülərin asanlıqla taksi fəaliyyətindən istifadə etməsi bir çox problemlərə səbəb olur. Gənc sürücülərin əksəriyyəti kobud şəkildə yol-hərəkəti qaydalarını pozaraq, tez-tez qəzalara yol verirlər. Həmçinin xüsusi ilə xanım müştərilərə qarşı etik-normaları pozurlar. Buna görə də bu mənfi halların qarşısını almaq üçün dövlət qurumları müəyyən mənada normativ aktlar qəbul etməlidirlər. Bu normativ aktlar illərdir ki, qəbul olunur və taksi sürücülərin öz vəzifə geyim formasından tutmuş vəsaiti göstərən aparata qədər müəyyən qanunlar qoyulsa da, bunları real həyata görmək qeyri-mümümkündür.

Düzdür, bir çox cavanlarımız hazırda işsizlikdən əziyyət çəkirlər və yaxud da əməkhaqqları az olduğu üçün işdən sonra sürücülüklə məşğul olurlar. Belə olduğu halda da həmin insanlar normal qidalana bilmirlər və yuxu sistemləri də pozulur. Bunun üçündə qəzəbli olurlar. Lakin bəzən isə elə gənclər var ki, qadınlarla tanış olmaq və cinsi əlaqə qurmaq üçün taksi fəaliyyəti ilə məşğul olurlar. Ucuz işçi qüvvəsi olan gənclərin bir qismi isə narkotik və sintetik uyuşdurucu maddələrdən istifadə edirlər. Əlbətdə ki, narkotikin satışı və istifadəsi ilə məşğul olan insan bir taksini götürüb, kirayələrək narkotika alveri ilə məşğul olursa təbii ki, bu düzgün deyil. Bu baxımdan onların hər gün psixoloji vəziyyəti yoxlanılmalı, narkoloji və alkaqol testdən keçirilməlidir. Nəzarət sistemi isə sifariş taksilərin qiymətlərinin qalxmasına səbəb olmamalıdır”.

Banuçiçək Hüseynli

https://sia.az/az/news/social/953644.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir