“Tofiq Yaqubluya qocalmısan deyib, Bəxtiyar Hacıyevi seçdilər…” Mircəlal Mehdiyev yazır

Hər bir dövlətdə vətəndaşların təhlükəsiz yaşayışını təmin edən Polis sistemidir. Dövlətin qorunmasında, Polisin əməyi çoxdur, o üzdən ən çox iftiralarla üzləşəndə Polis olur. İstənilən ölkə vətəndaşı, Dövlətini həqiqi sevə bilən şəxs yaxşı dərk edir ki, ölkəsində polisinə hörmətlə yanaşması, Dövlətinə olan hörmətinin təzahürüdür, ona görə polisə hörmətlə yanaşmaqdan heç vaxt çəkinmir. Dövlətin Polis sistemi, onun torpaqlarının qorunmasında mən deyərdim Hərbi sistemi qədər çətin rola sahibdir. Ona görə xarici düşmənlər bir ölkənin həmişə Hərbi sistemindən daha çox, polis sistemini sıradan çıxarmağı hədəfə alırlar. Polis sisteminə müxtəlif iftiraların atılması da bu planlarının bir hissəsidir. 
Azərbaycanda Hərbi sistem görünən düşmənlərlə mübarizə aparırsa, Polis sistemi, görünməz, Azərbaycan vətəndaşı olub da anti-Azərbaycan qüvvələrinə çalışan, ölkəni daxildən yıxmaq üçün daim planlar quran, maskalanmış, ictimai fikirdə qəsdən çaşqınlıq yaradan casuslarla mübarizə aparır. Bütün bu çətinliklərə rəğmən, Azərbaycan Polisi məharətlə ictimai asayışı qoruyur. Hər bir fərdin olduğu kimi, hər bir Dövlətində düşməni olur. Azərbaycan dövlətinində təbii ki, düşməni var, bu ayrı bir müzakirə mövzüsü olduğu üçün qısa yazmış olsam, deyə bilərəm ki, Azərbaycan dövlətinin uğurlarına, sürətli inkişafına və təbii sərvətləri bol olan torpaqlarına göz dikən ölkələr az deyil. Azərbaycan dövlətinin başında doğru insanların olması və bunun hesabına Qarabağı azad etməsi düşmənə başqa bir dərin dağı vurmuşdur, vurur və vuracaqdır. 
Heç kəsə sirr deyil ki, bir şeyi dağıtmaq üçün daxildən müdaxilə, kənardan müdaxilədən daha effektli nəticələr verə bilir. Bir dövlətə düşmən kənardan müdaxilə edən kənardan müdaxilədən daha effektli nəticələr verə bilir. Bir dövlətə düşmən kənardan müdaxilə edən zaman, onun Hərbi sistemi ilə üz-üzə gəlməli olur, daxildən müdaxilə edən zaman isə, onun polis sistemi ilə üz-üzə qalır. Daxilə yerləşmək üçün, ölkəni dağıtmaq üçün açıq-aşkar kənardan savaş elan edən düşmən, yenə də Hərbi sistem ilə üz-üzə qalmalı olacaq, müharibə baş tutacaq. Əgər daxilə yerləşmək üçün, ölkəni dağıtmaq üçün açıq yox, gizli yolu, bildiyimiz kəşfiyyat yolunu seçərsə düşmən, yəni ölkə daxilinə adam yerləşdirərsə (və yaxud ölkə daxilində adamı olarsa), bu zaman hərbi sistem istəsə belə onun qarışacağı məsələ olmur bu iş, artıq bununla bağlı tətbir görmək həmin dövlətin polis sisteminin səlahiyyətində olur. Düşmən təbii ki, başqa milləti bir ölkənin daxilinə özünün casusu kimi yerləşdirərsə, bu tez hiss olunar və qarşısı çox asan şəkildə alına bilən hadisə olacaq. Buna görə də düşmən uzunmüddətli, ən əlverişli, ən səmərəli yol kimi, hansı dövlətə zərbə vurmaq istəyirsə, məhz həmin dövlətə zərbəni, həmin dövlətin vətəndaşının əli ilə vurmağı planlayır. Düşmənin bu planını həyata keçirən, casus rolunu oynayan şəxs, tez-tez yol verdiyi qanunsuz əməlləriylə, təbii olaraq həmin dövlətin polis sisteminin qəzəbinə tuş gəlir. Bundan sonra nə baş verir, casus olan vətəndaş ifşa olur, həmin casus olan vətəndaşda diqqəti öz üzərindən yayındarmaq üçün polisə və onun çalışdığı ümumi quruma “ləkə” yaxır, “iftira” atır. Bir sözlə daim gizli şəkildə polisi təxribata çəkir, qıcıqlandırır, yanlış etməyə təhrik edir. Bunu gizli şəkildə ona görə edir ki, digər vətəndaşların yanında casus olduğu aşkara çıxmasın. Həmin casusun əməllərinə Dövlət tərəfindən hüquqi qiymət verilib, ona qarşı hər hansısa cəza tədbiri seçiləndə isə, bu zaman, bu casusu xaricdən maliyyələşdirən qüvvələr hərəkətə keçirlər, hədəflərində olan ölkənin adını çəkərək, həmin ölkə də “insan hüquqları pozulur” deyərək bəyanatlar yayırlar. Əslində həmin qüvvələr onların maraqlarına xidmət edən casusu müdafiə etmirlər, məqsədləri əvvəlcədən bu olmuşdur ki, casus cinayət etsin, həbs olunsun onlarda qəsdən ölkənin imicinə “xələl” gətirən çıxışlar etsinlər. Kənardan elə görsənir ki, bu qüvvələr öz casusunu qorudu, xeyr, bu belə deyil, bura qədər öz casusunu qorumaq, həmin qüvvələrin iş prinsipidir, işlərinə yaradığı üçün edirlər bunu, müəyyən məqamdan sonra bir çox casuslar kimi, bu casusla da yollarını ayırırlar, yollar ayrılandan sonra casus deyə bilmir, “mən belə bir oyuna qurban getdim”, burada belə bir deyim yada düşür: 
“Desəm öldürərlər, deməsəm ölləm” 
Bu gün Bəxtiyar Hacıyev adında, gəncliyinidə artıq başa vurmuş, 40 yaşına yaxınlaşmış bu şəxs, xarici kəşfiyyatın maraqlarına xidmət etməklə, casus olmaq yolunu seçmişdir. 
Bəxtiyar Hacıyevin Azərbaycan dövlətinə qarşı olan əməlinə, el dili ilə: “Şələni qoy, gəl savaşaq” deyilir. 
“Ləkə” yaxmaq və “iftiralar” atmaq isə hər bir xarici kəşfiyyat üçün çalışan casusun fitri istedadı və xəyal gücüylə bağlıdır, bəzi casuslar “vicdanlı”, “haqq savaşında” olduqlarına bir qədər çox insanı inandıra bilir, bəziləri az, bəziləri isə tez ifşa olunaraq “fəaliyyətlərinə” son verməli olurlar. Nəticə etibariylə bütün bu uzunmüddətli, qısamüddətli, özünə çox və ya az insan indandıra bilən casusların hamısının sonları eynidir, ifşa olmaqdır. Tarixə baxmış olsaq, casus olduğu aşkar olunandan sonra “fəaliyyəti” dayanan bəzi Azərbaycan vətəndaşlarına rast gəlinir. Bu bütün xalqların tarixində mövcüddür, utanılası hal deyil. Bu ifşa olan casuslar hər dəfə daha ağır cinayətlərə, yaşadığı Dövləti və onun qurumlarını daha ağır “ləkələməyə” ona görə cəhd edirlər ki, həm “populyarlıqları” azalmasın və həm də xarici kəşfiyyata ismarıc verirlər ki, “istədiyinizə uyğunuq hələ də”, maliyyə dəstəyini əsirgəməyin, azaltmayın, çoxaldın. Xarici kəşfiyyat üçün çalışan bu casusların isə ən çox, hava və su kimi ehtiyacı olan insanlar, sıravi Azərbaycan vətəndaşlarıdır, sıravi vətəndaşları aldadıb, ətrafında toplayaraq, “biz çoxuq, çoxuqsa haqlıyıq” ismarıcını vermək niyyətindədirlər. Bu zaman xarici kəşfiyyat üçün çalışan həmin casuslar müvəqqəti də olsa qazanırlar bahalı ev, bahalı maşın, bahalı həyat tərzi yaşayırlar, aldatdıqları dil bilməz sıravi insanlar isə sonda başına döyə-döyə qalırlar ortalıqda. 
Xalq Cəhbəsi Partiyasının sədri, əslində partiya sədri kimi yox, bloqqer kimi fəaliyyət göstərən Əli Kərimli kifayət qədər Azərbaycan gənclərini casus kimi hazırlamış, onların həyatlarını alt-üst etmişdir. Həmin gənclər Əli Kərimliyə bəyənilmək üçün ağır cinayətlərə əl atmış, həbsxanalara düşmüşlər. Həmin həyatı məhv olmuş gənclər, bu gün sağlam gənclərə ibrətdir.
Bəxtiyar Hacıyev adında, özünə ictimai fəal adını vermiş bu şəxs dəfələrlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyini “ləkələməyə” cəhd etmiş, onu qane edən nəticələr almadıqdan sonra, uzun müddətdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini “hədəfə” almışdır. Bəxtiyar Hacıyev adında bu şəxsin başına gələn hadisələrdən sonra, ən sərras verdiyi açıqlamalarında belə, ən azından 3-4 məntiqsiz, rabitəsiz cümlələrə rast gəlinir ki, əminliklə onun danışdığının yalan olduğunu iddia edə bilirsən. 

Bir neçə ay öncə Bəxtiyar Hacıyev qapıları kilidli olan maşının içində, əlində alışıb yana bilən maye (benzin) ilə, özünü yandıracağıyla Azərbaycan Polislərini hədələmişdir, Azərbaycan Polisinin çevik müdaxiləsi nəticəsində bu halın qarşısı alınmışdır. Bu hadisədən sonra Bəxtiyar Hacıyev söyləmişdir ki, o, bu addımı atmayıb, heç əlində alışıb yana bilən maye (benzin) olmayıb. Ona sual olunandakı polislər avtomaşının salon hissəsindən alışıb yana bilən maye (benzin) götürdüklərini deyirlər, onun cavabı belə olmuşdur, “mənim maşınımda benzin çənində, benzin azalan zaman avtomaşının salonunda yerləşən cihazlar panelində bununla bağlı doğru məlumat almadığım üçün, mən öz maşınımda həmişə ehtiyyat benzin gəzdirirəm, bu gəzdirdiyim benzin maşının baqaj hissəsində də ola bilir, salonunda da ola bilər, bilmirəm hər yerdə ola bilir, məndə bir neçə butulkada benzin olur maşında” açıqlamasını vermişdir. 
Əslində burada birmənalı olaraq yanacağın baqajda olduğunu ona görə iddia etmir ki, Polislərin, yanacağı məhz salonda tapdıqlarını sübut edə biləcək dəlillərin olmasından ehtiyat edir. Həm də məhz benzin onun əlində olub da, yandıracağı hədəsinin sübuta yetməsindən də ehtiyat edərək, eyni zamanda deyir “Polislər deyir ki, Bəxtiyar bütün ərazidəki binaları yandıracağını deyirdi, 2 litr benzinlə bu mümkündür deyərək sual edir jurnalistlərə?”. Ağıllı insan avtomaşının salonunda ehtiyat yanacaq (benzin) gəzdirməz, hələ “Harvard məzunu heç gəzdirməz”, bir butulka yanacaq (benzin) avtomaşının baqajında olsa ehtiyat üçün kifayət edər, etmirsə daha iri qutu da yanacaq ehtiyat üçün götürmək olar, bir neçə butulkaya gərək varmı? Üstəlik bəzilərini maşının salonuna, bəzilərini baqaja yığmağa maraq ola bilərmi? 
Bəxtiyar Hacıyev əlində həqiqətən alışıb yana bilən maye (benzin) tutmuş, yandıracağı ilə hədələmişdir, avtomaşınında qapılarını qəsdən kilidləmişdir ki, bilmişdir ki, Polis bu hadisənin qarşısını almaq üçün avtomaşının şüşəsini mütləq sındırmalı olacaq, öncədən sosial şəbəkə hesabında da canlı açmış, onun suni yaratdığı bu mənzərəni qoy havadarları görsünlər. Sonradan “Polis maşınımın şüşəsini sındırdı” deyərək üsyan edir və Polisdən dəymiş ziyanı tələb etməyəcəm, onsuzda verən deyil qeyd edir. Halbuki havadarları sınacaq şüşənin pulunu öncədən ona vermişlər, ona görə belə rahatdır. Aylarla DİN-i və məhkəmələri bir pişiyə görə məşğul edən Bəxtiyar Hacıyev, sınmış şüşənin adını ona görə çəkmir ki, bu onun öncədən planına xərclədiyi vəsaitdir. Yanacağın avtomaşında konkret harda olmasına, normal cavab verməkdən də bilə-bilə yayınır. Təkcə danışdığı sözlər onu ələ vermir, üz mimikalarıda onu kifayət olandan artıq ələ verir. 
Bəxtiyar Hacıyevin dediyinə görə, “bu yaxınlarda, qara maskalılar güya sutkanın qaranlıq vaxtlarında onu oğurlayıb, işgəncə verərək ona Cənab Nazir Vilayət Eyvazov haqqında yazdığı statusları sildirməyi əmr etmişlər, oda silib və birdaha Cənab Nazir haqqında status yazmamağı ona tapşırmışlar”. “Eyni zamanda sıravi bir şəxs haqqında da, Bəxtiyar Haciyevə güya yazdığı statusları sildirməyi əmr etmişlər, oda silib. Sonda ona məlum olmayan bir çöllük ərazidə, onu əl və ayaqları bağlı halda atıb getmişlər. Bəxtiyar Hacıyevin dediyinə görə, bir müddət sonra həmin çöllük əraziyə gələn daş boşaldan bir maşına əyləşərək, (Tofiq Yaqublu üçündə eyniylə belə bir təsadüfi maşın peyda olmuşdu) müəyyən bir əraziyə gəlib, ordan da taksiyə əyləşib getmək istədiyi unvana getmişdir.”
İlk öncə sual yaranır, Bəxtiyar Hacıyevi həmin ərazidən, taksi olan əraziyə gətirən sürücünü sonradan tapa bilməsi üçün hər hansısa tədbir gördümü? Maşın nömrəsini götürdümü? Sürücünün mobil telefon nömrəsini hər hansısa bəhanə ilə aldımı? Hər hansısa ip ucları əldə etməyə çalışdımı, məhz həmin sürücünü sonradan tapmaq mümkün olsun? Bəxtiyar Hacıyev yəgin ki, bunları etmədiyini deyəcək. Bəxtiyar Hacıyevin dediyinə görə güya oğurlanıb və sıravi bir insan haqqında yazdığlarını ona sildiriblər, bu həqiqətə uyğun gəlmir. Hələ Bəxtiyar Hacıyevə qarşı bu heç edilməz, çünkü məsələni ölkə gündəminə gətirəcəyi bəllidir öncədən. Görünən odur ki, Bəxtiyar Hacıyev yalan ifadə verməklə, əvvəlcədən düşmən münasibətdə olduğu hansısa bir şəxsin, DİN tərəfindən cəzalandırılmasını istəyir. Söz azadlığı olan demokratik bir dövlətdə yaşayırıq, hərkəs azad fikrini yaza və deyə bilir, bu göz önündədir.
Bəxtiyar Hacıyev əl və ayaqlarının yapışqan lentlə bağlandığını və bunu özü açdığını deyir, bir şəxsin əgər əl və ayaqları yapışqan lentlə bağlanarsa, onun bunu özü açması hardasa mümkünsüzə yaxındır. Bəxtiyar Hacıyev gözü bağlı halda 4 nəfər tərəfindən, başqa 4 nəfərə təhvil verildiyini söyləyir. Gözü bağlı halda, fərqli insan səsləri eşidərək dörd nəfər olduğunu müəyyən etmiş ola bilər, yanılada bilər, məntiqlə düşünsək yanılması belə heç onu ələ vermir. Deyəcək, “gözü bağlı insan olmuşam, səhv etmişəm”, bir azda xeyrinə işləyəcək bu hal. “Amma onu oğurlayan 4 nəfər, onu başqa 4 nəfərə niyə təhvil versin ki, filmi çəkirlər? Bu artıq uydurmadır, qurduğu oyunun insanlar tərəfindən daha həyacanlı qarşılanmasını istəyir yəgin. İki sual yaranır, əvvəlcədən, ona işgəncəni verənlər, özləri onu  özləri onu niyə oğurlamasınlar? Və yaxud onu ilk oğurlayanlar, helə özləri niyə ona işgəncə verməsinlər? Hərçənd ona heç belə böyük işgəncə verildiyini demir, bədənində də işgəncə faktını təsdiqləyən hər hansısa izlərin olduğunu iddia etmir. Bəxtiyar Hacıyev söyləyir ki, onun oğurlandığı ərazidə, ətrafda olan kameralardan kibercinayətkarlar ancaq qısa, saniyələrdən ibarət görüntüləri siliblər, izi itirmək üçün”. Bu açıqlamanı avam hesab etdiyi insanlar üçün verir. Yaxın zamanlarda zənnimcə bu iddianın yalan olduğu əsaslı faktlarla ortaya qoyulacaqdır. Bəxtiyar Hacıyev qurduğu bu böyük oyun haqqında çox soyuqqanlı və qısa fraqmentlərlə danışır. Sanki səhv buraxacağından qorxur, o üzdən “xırdalıqları” danışmaq istəmir. Bəxtiyar Hacıyevin söylədiklərinin həqiqət olduğuna inanmaq üçün, bir dənə inandırıcı dəlil yoxdur, lakin onlarla onun yalan danışdığını təsdiqləyən faktlar vardır. Bəxtiyar Hacıyev qurduğu oyunu ictimaiyyətə elan etmədən öncə, bir neçə statusunu silmişdi, bunu planlaşdırdığı yalanın inandırıcı olması üçün etmişdir. 
Ümumi olaraq bu günə qədər Bəxtiyar Hacıyevin DİN ilə yaratdığı problemlərin hər birinə baxsaq, hamısı xırda hadisələrdir, tanışı ilə pişik bölgüsü düz getmədiyi üçün Polisə müraciət etmişlər və digər xırda mübahisələr. Bu mübahisələrə baxanda, normal insan haqlı və haqsız çıxmasından asılı olmadan başını buraxar bu mübahisələrin. Ancaq Bəxtiyar Hacıyevin əməli “qaşınmayan yerdən qan çıxarmağa cəhd etməyə bənzəyir”. Bu da onun xaricə işləməyini iddia etməyə əsas verir. Hər gün ən az 1-2 xoş olmayan, qərəzli status Cənab Nazir Vilayət Eyvazov və DİN haqqında yazması, Azərbaycan xalqında da Bəxtiyar Hacıyevə qarşı güclü qəzəb yaratmışdır. Bəxtiyar Hacıyevin başına elə bir böyük hadisə gəlməyib ki, haqsızlıqla da üzləşsin. Xırda məsələlər olduğunu və Bəxtiyar Hacıyevin Azərbaycan Respublikasının dövlət qurumlarına qarşı kinini (əsasən DİN-ə qarşı) nəzərə alsaq, Bəxtiyar Hacıyevi bu işlərdə günahkar hesab etmək olar. 
Unutmayaq bizə, bizi sevməyənlər baxır başqa dövlət qurumları ilə Bəxtiyar Hacıyevin problemi olarsa anlamaq olar, DİN ilə yaşadığı problemin qərəzli, qəsdən olduğunu rahat görmək olur və bu Azərbaycan dövlətinə düşmən olanların işinə daha çox yarayır, ona görə Bəxtiyar Hacıyevin düşmən dəyirmanı üçün çalışdığına əsaslı şübhələr yaranır. Hesab edirəm bütün bunlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin imicinə “xələl” gətirmək üçün xaricdən gələn sifarişdir. Görünür bu dəfə “Tofiq Yaqubluya qocalmısan deyib, Bəxtiyar Hacıyevi seçdilər”. Hər dəfə Azərbaycanda, Azərbaycan adına uğurlu bir hadisə öncəsi və yaxud sonrası, buna bənzər sifarişlər xaricdən ölkədəki casuslara gəlir, sapı özümüzdən olan baltalarda bunu həyata keçirirlər. 

P.S. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir