Bütün addımlarında xalqın iradəsinə hörmətlə yanaşan lider
Fikirlərimə Qurani-Kərimdə yenicə diqqətimi çəkən bir ayə ilə başlamaq istərdim, ayə belədir:
Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.
Nisa surəsi / ayə 54
Həqiqətən münafiqlər, möminlərə verilən nemətləri çox qısqanıblar. Peyğəmbərimizi (s) də çox qısqanmışdılar; rahatlığını, hüzurunu, zənginliyini, zəfərlərini, gözəlliyini, qüdrətini, hamısını qısqanırdılar. Münafiqlər çox hiyləgərdir. Hal-hazırda Azərbaycan xalqı 21-ci əsrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevə qarşı olan qısqanclıq və paxıllığı, keçmişdə Peyğəmbərimizə (s) qarşı olan qısqanclıq və paxıllıqla eyni hesab edir. Statistika göstərir ki, tarix hər zaman təkrarlanır, tarixin təkrarladığı yaxşı obraz, mükəmməl obraz, müqəddəs obraz isə nadir insanlara nəsib olmuşdur.
Bu gün heçkəsə sirr deyil ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbəsini, sağlamlığını, qüdrətini, yüksək bilik və savadını qısqanıb, ona həsrət aparanlar kifayət qədər vardır. Lakin uzun illər apardıqları hiyləgər, satqın, xəyanətkar mübarizələri heç bir bəhrəsini verməmişdir, onlar heçnəyə nail olmamışdırlar. Sirr deyil ki, bundan sonrada heç vaxt, heçnəyə nail ola bilməyəcəklər. Rəqiblər Azərbaycan dövlətini, xalqını zəiflətmək üçün xəyanətkarlıq başda olmaqla, hər “yola” əl atırlar, bununla düşünürlər güya Prezidentə “qalib” gələcəklər. Amma xalqın nifrətini qazanmaqdan başqa heçnə əldə edə bilmirlər. Azərbaycan xalqı əbədi olaraq İlhamla irəli sözünü ilk dəfə 2003-cu ildə çox cəsarətlə demişdir, bu gündə sözünün üstündədir, sabahda sözünün üstündə duracaqdır. Yeni Azərbaycan Partiyası haqqında Ulu Öndər Heydər Əliyev əbəs yerə bu sözləri deməmişdir Yeni Azərbaycan Partiyası bu günün, dünənin və gələcəyin partiyasıdır. YAP-nın Azərbaycan dövlətinə bu qısa zaman ərzində qazandırdıqlarını müqayisə etsək Azərbaycan tarixində, Azərbaycan dövlətini idarə edən bütün rejimlərin qazandırdıqlarıyla, yenə də bir zərrə olacaqdır, YAP-nın dövlətimizə qazandırdıqlarının yanında.
Azərbaycan xalqıyla yanaşı, bunu bütün dünya azərbaycanlıları bilir, görür, bu davamlı inkişafın əbədi olması üçün əlindən gələni əsirgəmir. Dünya azərbaycanlılarının Prezident İlham Əliyevə qarşı xüsusi sevgisi və dəstəyi heç zaman gözdən yayınmamışdır.
Beynəlxalq rəyin hər dəfə Azərbaycanda Prezident seçkilərinin demokrat və şəffaf keçirildiyini deməsi Xalq-İqtidar birliyinin güclü olmasından xəbər verir. Əvvəllər insanları seçkilərə dəvət edəndə, kimə səs verəcəklərini onlara diktə edirdilər. Ulu Öndər Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə gəlib Demokratik Azərbaycan Dövlətinin təməlini qoyan gündən, hər dəfə insanlara yalnız və yalnız seçkidə iştirak etməyin vacib olduğu söylənilir, kimə səs verəcəkləri isə özlərinin şəxsi iradəsinə buraxılır.
Bu gün Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının içərisində ən üzdə olan Azərbaycan vətəndaşıdır və bütün dünya azərbaycanlılarını onların iradəsinə uyğun olaraq təqdim edir, təbliq edir bütün dünyada. İradəsi və maraqları tamamiylə üst-üstə düşən ikinci belə bir Xalq-İqtidar dünya tarixində mövcüd olmamışdır.

Mircalal Mehdiyev,
İctimai fəal, Lənkəran rayonu Moğonojoba kənd sakini.

