İsmayıllıda erkən nikahların qarşısının alınması mövzusunda tədbir keçirilib: QHT Agentliyinin dəstəyi ilə
İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində Azərbaycan Respublikasının Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər‘’ Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Erkən nikahların qarşısının alınması məqsədilə regionlarda maarifləndirmə kampaniyasının təşkili” adlı layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
Tədbiri giriş sözü ilə açan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru aktual mövzu barəsində çıxış edib. İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov mövzunun aktuallığı ilə yanaşı rayonda erkən nikahların qarşısının alınması ilə bağlı görülən işlər haqqında məlumat verib.

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayevaya erkən nikahların qarşısının alınması məqsədilə aparılan maarifləndirici tədbirin əhəmiyyətini diqqətə çatdırıb.
Layihənin eksperti Mətanət Əsgərova erkən nikahların səbəbləri, yalnız iqtisadi problemlərlə bağlı olmaması, nikah yaşının zəruri hallarda rayon icra hakimiyyəti tərəfindən aşağı salınmasının əsasları və qaydası, erkən nikahların doğurduğu hüquqi nəticələr, o cümlədən bu nikahlardan doğulmuş uşaqların rəsmiləşdirilməsinin xüsusiyyətləri, erkən nikahlar zamanı anaların və uşaqların hüquqi müdafiəsi zamanı yaranan problemlər, erkən nikahlar zamanı ərin məsuliyyəti, erkən nikahlarla mübarizədə vətəndaşların, təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının rolu, nikaha girməyə məcbur etməyə görə cinayət məsuliyyətinin xüsusiyyətləri, erkən nikahlar zamanı qurbanlar üçün sığınacaqlar, bütün proseduraların konfidensial olması, qurbanların dövlət müdafiəsinin xüsusiyyətləri barəsində geniş məlumat verib.
Layihə üzrə ekspert Nailə İsmayılova layihə mövzusunun aktuallığını dəyərləndirərək aparılan araşdırmaların ictimai qınağın gücləndirilməsinə ehtiyac olduğunu bildirib. O, erkən nikahın insan taleyində daha ağır fəsadlara yol acacağın xüsusilə qeyd etdi. Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsini rəisi Taleh Salehov da məsələnin aktuallığını qeyd etdi.
Sonda tədbirdə iştirak edənlərin sualları cavablandırıldı. Məxfilik qorunma şərti ilə müraciət edilən insanlara hüquqi yardım edildi.

