“Yaşıl Bakı: Paytaxtımızı qoruyaq!” Eko-videoçarx. “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İB-nin təqdimatında
“Yaşıl Bakı: Paytaxtımızı qoruyaq!” Eko-videoçarx. “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İB-nin təqdimatında
“Yaşıl Bakı” – 3
YeniMediaTV təqdimatında ekoloji proqramda layihə rəhbəri olaraq İradə Həsənova paytaxtımızın yaşıllaşdırma məsələləri, ətraf mühitə həsr olunaraq hazırlanmış eko-video çarxı təqdim edirik…
Paytaxtın yaşıllaşdırma zonaları: eko-monitirinq və sorğular keçirilir. “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin “Bakı şəhərində yaşıllaşdırma zonalarının monitirinqi və hesabatın hazırlanması” layihəsi uğurla davam edir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Bakı şəhərində yaşıllaşdırma zonalarının monitirinqi və hesabatın hazırlanması” mövzusunda üçaylıq aktual ekoloji layihə fevralın birindən etibarən uğurla reallaşdırılır.
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi paytaxt sakinləri arasında ətraf mühitin mühafizəsi məsələləri mövzusunda ekoloji monitorinq, təbliğat və sorğuları kimi formalarda apardığı maarifləndirmə fəaliyyətləri genişləndirilir. Təşkilat həllinə çalışdığı yaıllaşdırma məsəllərinin aktuallığına geniş kütlələrin ictimai diqqətini cəlb etməyə çalışır, bu yöndə müəyyən uğurlu nəticələr qazanıb.
5-7 mart tarixlərində Bakının seçmə 4 bölgəsində – Səbail, Binəqədi, Abşeron və Balaxanı zonalarında ekoloji monitorinq aparılıb, foto-video çəkilişlərlə əhali arasında sorğular keçirib, maarifləndirici işlər görülüb.
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri və layihə İradə Həsənova, layihəyə cəlb edilmiş gənc əməkdaşlar, eləcə də layihə çərçivəsində formalaşdırılan “Gənc eko-aktivistlər” qrupu görüşdükləri vətəndaşlara yaşşıllıqların qorunması, ətraf mühitin təmizliyi uğrunda ictimai fəallığın vacibliyi, ağac əkilməsi və onlara qulluğun, mühafizəsi məsələləri barədə geniş məlumatlar veriblər. Bu bir kreativ maarifçilik telekanalıdır…
Vətəndaş Cəmiyyəti Alyansı, Yeni Yazarlar və Sənətçilər İB – www.kitabxana.net, www.Yenimedia.net və YeniMediaTV portallarının birgə tele-layihəsi.
Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Yenimedia.net sosial-analitik saytın, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın və YeniMedia TV-nin birgə istehsalı.
Silsilə verilişlərə buradan baxa bilərsiz: www.youtube.com/c/YenimediaTVaz/videos
TV rəhbəri, yazıçı-kulturoloq: Aydın Xan Əbilov
Layihə müəllifi, aparıcı: İradə Həsənova
TV-ni icraçı direktoru və rejissoru: Mir Cəmal
Operator: Hidayət – Ayxan Əbilli
Montaj: Seyid MirCəmal
Bakı, YeniMedaiTV – 2022

