Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib. Mediasiya Şurası hesabat yaydı

Mediasiya Şurası Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının dəvətilə sosial iş ixtisasında təhsil alan tələbələrlə görüş keçirib.

E-huquq.az xəbər verir ki, görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, 20 saylı vəkil bürosunun müdiri, Mediasiya Şurasıın işçi qrup rəhbəri və Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova, Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Üzeyir Şəfiyev, həmçinin Mediasiya Şurasının əməkdaşları iştirak ediblər.

Mediasiya Şurası İdarə Heyətinin sədri Mediasiya Şurasının fəaliyyəti barəsində məlumat xarakterli çıxış edib, Mediasiya Şurası ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq qurulmasından, mediasiyanın inkişafının perpektivindən, sosial iş ixtisasında təhsil alan tələbələrin könüllü kimi fəaliyyətinin zəruriliyi, eləcə də onların gələcəkdə mediasiya qurumlarında çalışmaq imkanları istiqamətində tələbələrə geniş məlumat verib.

Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova hüquqi mübahisələrin məhkəməyə qədər həll yolu olan mediasiya xidmətindən istifadə ilə bağlı, mediasiyanın təbliği və təşviqi ilə bağlı düşüncələrini bölüşərək sosial işçilərin mediasiya qurumlarına verə biləcək töhfələrdən, mediasiya sistemində iş mexanizmi, sosial işçilərin bu sistemdə üzərinə düşən vəzifələrdən geniş bəhs edib.

Görüş daha sonra interaktiv müzakirələr formasında davam edib. İştirakçılar tərəfindən tələbələrin sualları cavablandırılıb.

Sonda tələbələrə müxtəlif kitablar hədiyyə edilib.

Mediasiya Şurası 2022-ci il 5 yanvar-31 mart tarixləri üzrə fəaliyyəti ilə bağlı ümumi hesabatı açıqlayıb.

E-huquq.az-ın məlumatına görə, hesabatda qeyd olunub ki, Şuraya üzv olan mediatorların ümumi sayı 290-dir. Onlardan 217-si aktiv fəaliyyət göstərən mediatorlardır.

Bakı şəhəri üzrə 143, Naxçıvan Muxtar Respublikası üzrə 5, digər şəhər və digər rayonlar üzrə isə 69 mediator fəaliyyət göstərir.

Məlum olduğu kimi, Mediatorun fəaliyyəti “Mediasiya haqqında” Qanunla tənzimlənir. Mediator bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıyır mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edilir və daxil edildiyi gündən 6 ay ərzində reyestrdə saxlanılır.

Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora qarşı aşağıdakı intizam məsuliyyəti tədbirləri tətbiq edilir:

– xəbərdarlıq;

– töhmət;

– 1 aydan 6 ayadək müddətə mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması.

Qeyd olunanlara əsasən, bu müddət ərzində intizam məsuliyyətinə 37 mediator cəlb olunub.

Bunlardan 7-nin fəaliyyəti 6 ay müddətinə dayandırılıb, 9 mediatorun üzərində töhmət-intizam məsuliyyəti tətbiq olunub, 8 mediatorun hərəkətlərində pozuntu olmadığı üçün intizam icraatına xitam verilib və 13 iş üzrə intizam icraatı davam edir.

2022-ci ilin 5 yanvar-31 mart tarixləri ərzində Mediasiya Şurası və mediasiya təşkilatlarına ümumilikdə 9 324 müraciət daxil olub. Bunlardan 8 084-ü ailə, 897-i kommersiya, 343-ü isə əmək mübahisələrinin payına düşür.

Müraciətlərin Mediasiya Şurası və mediasiya təşkilatları üzrə aşağıdakı şəkildə bölünür:

Mediasiya təşkilatları olmayan regionlar üzrə Mediasiya Şurası tərəfindən bölünən işlərin statistikası:

– Ümumi müraciət: 3411

– Ailə mübahisəsi: 3111

– Kommersiya: 218

– Əmək: 82

Bakı 1 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 159

– Ailə mübahisəsi: 141

– Kommersiya: 12

– Əmək: 6

Bakı 2 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 593

– Ailə mübahisəsi: 453

– Kommersiya mübahisəsi: 105

– Əmək mübahisəsi: 35

Bakı 3 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 653

– Ailə mübahisəsi: 533

– Kommersiya mübahisəsi: 81

– Əmək mübahisəsi: 39

Bakı 4 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 781

– Ailə mübahisəsi: 632

– Kommersiya mübahisəsi: 112

– Əmək mübahisəsi: 37

Bakı 5 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 1098

– Ailə mübahisəsi: 900

– Kommersiya mübahisəsi: 141

– Əmək mübahisəsi: 57

Bakı 6 saylı Mediasiya Təşkilatı

– Ümumi müraciət: 1613

– Ailə mübahisəsi: 1371

– Kommersiya mübahisəsi: 174

– Əmək mübahisəsi: 68

Gəncə 1 saylı mediasiya təşkilatı

– Ümumi müraciət: 1016

– Ailə mübahisəsi: 943

– Kommersiya mübahisəsi: 54

– Əmək mübahisəsi: 19

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir