“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin uğurlu layihəsi: “Onlar qəhrəmandır” kitabı və buklet sayımı
“QHT və ictimai sektor” – 5-ci veriliş.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin layihəsi: “Onlar qəhrəmandır” kitabı və buklet sayımı, görülən işlər haqqında geniş vizual materiallar.
Video-material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin layihəsinin rəhbəri, DSDİB sədri, şair-publisit Faiq Səfərovdur (Balabəyli).
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən hazırlanan “Onlar qəhrəmandır” kitabı işıq üzü görüb.
Kitabda birinci Qarabağ və 44 günlük Zəfər Savaşında torpaqlarımızın müqəddəsliyi, suverenliyi uğrunda gedən döyüşlərdə, eləcə də Sovet Ordusu sıralarında – Əfqanıstanda beynəlmiləlçilik borcunu şərəflə yerinə yetirən, Cəlilabad rayonunun Sabirabad kəndindən olan şəhidlər və qazilərin həyat yolundan, göstərdikləri qəhrəmanlıqdan bəhs olunur.
… Onlar həqiqətən qəhrəmandırlar. Şirin canlarını çanlarından artıq sevdikləri Vətən yolunda şəhid etməkdən qürur duyaların, ölüm-dirim savaşında müxtəlif yaralar almış qazilərin bir adı var: QƏHRƏMAN!
“Maarif” nəşriyyatında 200 tiraj, 104 səhifə həcmində nəfs şəkildə dərc olunan kitabın müəllifləri Faiq Balabəyli, Elnur Nəhmət və Kəmalə Səfərova, redaktoru Hüseyn Sözlü, korrektorları Səyalı Vasifqızı və Aytəkin Həmidlidir.
Tural Balabəyli
Bu bir kreativ maarifçilik İnternet telekanaldır.
Vətəndaş Cəmiyyəti Alyansı, Yeni Yazarlar və Sənətçilər İB – www.kitabxana.net, www.Yenimedia.net və YeniMediaTV portallarının birgə tele-layihəsi. Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Yenimedia.net sosial-analitik saytın, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın və YeniMedia TV-nin birgə istehsalı.
Silsilə verilişlərə buradan baxa bilərsiz: www.youtube.com/c/YenimediaTVaz/videos
TV rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq: Aydın Xan Əbilov Layihə müəllifi, aparıcı: Faiq Balabəyli TV-ni icraçı direktoru və rejissoru: Mir Cəmal Operator: Hidayət – Ayxan Əbilli Montaj: Seyid MirCamal Bakı, YeniMedaiTV – 2022

