“Peşə Təhsilli Sahibkarlıq” layihəsi çərçivəsində təlim keçirilib: QHT Agentliyinin dəstəyi ilə

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclərin Həmrəyliyi” İctimai Birliyi “Peşə Təhsilli Sahibkarlıq” layihəsinin ilk tədbirini 29.03.2022 tarixində Şamaxı şəhər GKİM-də həyata keçirmişdir. 


Layihə başladığı gündən etibarən Peşə Təhsilinə marağın araşdırılması məqsədi ilə sorğu aparılır. 
Təlimçi Akif Əmirov gənclərə 4-cü sənaye inqilabı dövründə sevdikləri və bacarıqlarını kəşf edərək peşə sahibi olmağın öncəliyindən və müxtəlif peşə istiqamətləri üzrə təhsil alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla cəmiyyətə daha faydalı ola biləcək və özünəməşğulluq proqramına dəstək vermiş olduqları barədə danışmışdır. Gənclərlə interaktiv keçən təlimdə gənclərin hazırda peşə təhsilinə maraqlarının olduğunu müşahidə etdik. 
Sonda sertifikat təqdim olunmuş bütün iştirakçılarla xətirə fotosu çəkilmişdir. 
Layihə çərçivəsində növbəti tədbirlər Xaçmaz və Sumqayıt şəhərlərində davam edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir