1 Aprel gülüş günüdür? Yazıçı-kulturoloq aydınlıq gətirdi…

“Aprelin 1-i Beynəlxalq Gülüş, yaxud “aldatma günü”, bəzi yerlərdə zarafatlaşma, əylənmə günü kimi qeyd edilir”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

Onun sözlərinə görə, bunun tarixi qədim zamanlara dayanır: “Bəziləri bunu yunan-roma imperatorlarının qulluqçusunun deydiyi sözdən yarandığını deyir. Qulluqçu imperatoru aldadaraq onu güldürmüş və onun gülüşünün Roma dövlətinə xeyir verdiyi bildirib.
Xüsusilə Avropa ölkələrində itaətsizlik günü kimi qeyd edilir. İspaniyada, Fransada xalq gülüş günü kimi qeyd edilir.
Azərbaycan tarixində də zarafatlarla bağlı personajlar var. Novruz bayramında keçəl, kosa insanlarla zarafat edir, onları aldadır. Molla Nəsrəddin, Bəhlul Danəndə kimi lətifə, gülüş ustalarının obrazlarını yada sala bilərik. İstənilən halda Aprelin 1-i gülüş, zarafat günüdür. Bu gündə insanlar bir-birilə zarafatlaşır, bu günü gülüşlə qeyd edirlər.
Keçmiş SSRİ dövründə xalq arasında bu gün daha təmtəraqlı keçirilirdi. Uşaqlar bir-birlərini aldadır, hətta müəllimləri belə aldatmağa çalışırdı. Bu günlə bağlə çox maraqlı nüanslar vardır.
Aprelin 1-i Qədim Romada və Yunanıstanda teatr, komediya bayramı kimi də qeyd edilirdi. Bir çox ölkələrdə Pasxanın ilk günü, yazın gəlməsi kimi də qeyd olunurdu. Bu gündə zarafatlar edərək köhnə ilin ağırlığını unutmağa çalışırdılar”.

Abutel İlhamqızı, https://sia.az/az/news/social/943087.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir