Azərbaycan polisi: dövlətçiliyimizin mətin keşikcisi… Hüquq Eksperti İsmayil Zalov yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə baş­ladığı dövrdən Azərbaycan polisi uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanları­nın da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illərdə xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən, nazirliyin strukturu­nun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dövlət proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.
Bu gün Azərbaycan polisi güc­lü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hü­quq qaydalarının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qoru­nan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Bəzən Azərbaycan polisi haqqında “bloqer və müxalifət” nümayəndələri xoşagəlməz fikirlərlər səsləndirirlər.
Polislərimiz haqqında əsassız uydurmaları və iftiraları səsləndirənlər Azərbaycanı sevməyən, xaricdən maliyyələşən antimilli, xəyanətkar ünsürlərdir. Onlar şayiələr yaymaqla, bohtan və şər kampaniyası apar­maqla dövlətimizi, onun keşiyində dayanan cəsarətli Azərbaycan polisini gözdən salmağa çalışırlar. Lakin tam əminliklə bildirirəm ki, elələri heç nəyə nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı ilə Azərbaycan polisi yekdildir, xalq öz polisinə inanır, etibar edir.
Biz Azərbaycan polisinin bu pan­demiya günlərində rahatlıq, dinclik bilmədən necə çalışdığının, xalqın səhhətinin, sağlamlığının keşiyində necə ayıq-sayıq dayandığının hər gün şahidi oluruq. Onlar bizim övladları­mızdır, həyatlarını riskə atıb bizi qoru­maq üçün əllərindən gələni edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir