Lənkəranda yazıçılarla oxucuların hərarətli görüşü: QHT Agentliyinin dəstəyi ilə…

Bu gün Lənkəran Şəhər Mərkəzi Kitabxanasında rayon kitabxana işçiləri ilə yazıçıların görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində təşkil edilən görüş Yayım Assosiasiyası İctimai Birliyinin və Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin birgə təşəbbüsü ilə həyata keçirilmişdir. 

Tədbiri giriş nitqiylə açan Lənkəran şəhər  Mərkəzi Kitabxanasının direktoru, Nuranə Nəsirova tədbirin mahiyəti və kitabxanaların üzərinə düşən öhtəliklərdən danışdı və təşkilatşılara münnətdarlığını bildirdi.  Sonra Yayım Assosiasiyası İctimai Birliyinin sədri, “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Yaşar Zeynalova verdi. Layihə rəhbəri olkədə kitab oxu problemi və bu problemin həll edilməsində kitabxanaların rolu, qarşıya qoyulan vəzifələr haqda danışdı. O rayonun bütün kitabxanalarını oxucularla yazarların mütəmadi görüşlərinin keçirilməsinə çağırdı.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərov Yayım Assosiasiyasının cənub bölgəsində oxucularla yazarların görüşlərinin keçirilməsi təşəbbüsünü dəstəklədiyini və rəhbərlik etdiyi təşkilatın məmmuniyyətlə bu layihədə iştirak edəcəklərini bildirdi.  Qafar müəllim iştirakçılara tədbirdə iştirak edən cənub bölgəsinin tanınmış şair və yazıçılarını təqdim edərək bölgənin istənilən kitabxanasında yazıçılarla oxucuların görüşünə hazır olduqlarını qeyd etdi. Şairə Xatirə Xatun oxucuları salamlayaraq gənclərdə oxu vərdişinin artırılmasının böyük əhəmiyyətini qeyd etdi və görüşdə iştirak edən, Lənkəran şəhər 2 saylı orta məktəbin şagirdi, bu il Azərbaycanda məktəblilər arasında keçirilən “Düşünən oxucu” müsabiqəsində birinci yerə çıxan Fidan Tahirzadəni iştirakçılara təqdim etdi.

      Sonra çıxış edən şair və yazıçılar Tükəzban Cahangirova, Ağamir Cavad, Ziyafət Yəhya, İkram Dadaşov, Salman Məmmədoğlu, Əhməd Haqsevər,Qulaməli Hüseynov, keçirilən görüşün nəticəsi olaraq şəhər, qəsəbə və kəndlərdə mütəmadi olaraq görüşlərin keçirilməsinin vacibliyi qeyd edərək Yayım Assosiasiyası və Azərbaycan Yazıçılar Birliyi Lənkəran  Bölməsi ilə əməkdaşlıq edəcəklərini qeyd etdilər.

Görüşdə iştirakçılara Yayım Assosiasiyası adından blaknot-qələm, “Yeni nəşrlər” kitab kataloq-jurnalı və müxtəlif kitablar hədiyyə edildi.

Ağaddin Babayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir