İnsan bədəninin yeni sirləri: eyakulyasiya zamanı kişi 15 875 Gb məlumat ötürür!

İnsan bədəninin hansı imkanlara malik olduğu haqqında nələri bilmirik. Öz bədənimizin nəyə qadir olduğunu təsəvvürümüzə belə gətirmirik:

1. Əgər hamilə qadının ürək ilə problemləri yaranarsa, dölün hüceyrələri ananın zədələnmiş əzələlərinə müdaxilə edərək ürək toxumalarının bərpasına səbəb olur.

2. İnsanlar beynimizin imkanlarından heyrətə gəlməkdən dayanmırlar, ancaq bazu önü sümüyümüzün də fırlanması təəccüb doğurucu yol ilə baş verir. Bazu sümüyü iki paralel sümükdən ibarətdir. Əzələlərimizi gərdikdə onlar çarpazlaşır və bunun nəticəsində əllərimiz fırlanır.

3. Əgər çox bərkdən qışqırsanız, beyinə müvafiq siqnallar ötürülür və eşitmə qabiliyyətiniz nisbətən zəifləyir. Elə bu səbəbdən də insanlar öz qışqırıqlarından kar olmurlar.

4. Analar körpələrini öpəndə (heyvanlar isə yalayanda) uşağın dərisinin üzərindən mikroorqanizmləri də udurlar və onlara qarşı xüsusi anticismlər istehsal olunur. Daha sonra həmin anticismlər ana südü vasitəsilə uşağın bədəninə ötürülür.

5. Sınıq sümüklərin bitişməsi – çox çətin və zərgar işi prosesidir. Sınıqdan bir müddət sonra sümüklərin bitişmə yerində getdikcə hamarlaşan və sovrulan bağırsaq formasında sıxlaşma əmələ gəlir, sümük isə əvvəlki formasını alır.

6. Orqanizmimiz gün ərzində ortalama olaraq daha sonra xərçəng hüceyrəsinə çevrilə biləcək 1 hüceyrəni məhv edir. Maraqlı faktdır ki, günəş şüalarının təsiri altında zədələnən və ölən heç də dərimizin hüceyrələri deyil. Günəşdən yanmaq – bu dərinin xərçəng xəstəliyinin inkişafına apara biləcək zədələnmiş DNT molekullarına göstərdiyi reaksiyasıdır və ona görə də hüceyrələr öz-özlərini məhv edir.

7. Bədənlərinin soyumaq bacarığı sayəsində insanlar bir çox heyvanları yalnız uzun məsafələrdə ötüb keçə bilir.

8. İnsanın qara ciyərini 75%-dək kəsib götürsələr, o da eynilə kərtənkələ atdığı quyruğunu uzatdığı kimi ilkin ölçülərinə kimi böyüyə bilər. Donordan qara ciyərin bir hissəsini kəsib başqa adama köçürəndə həmin parça lazımi ölçülərə kimi böyüyür.

9. Bir spermatazoid özündə 37,5 Mb DNT informasiyası daşıyır. Beləki bir eyakulyasiya zamanı kişi 15 875 Gb məlumat ötürmüş olur.

10. İnsanlar biolüminessentdirlər və qaranlıqda işıq saçırlar. Ancaq generasiya etdiyimiz işıq gözlərimizin seçə biləcəyindən min dəfələrlə zəif olduğundan bunu görə bilmirik.

11. Bədəndəki yırtıq yaralar kəsik yaralardan daha tez sağalırlar.

12. Biz qızaran zaman mədəmiz də qızarır.

13. Niyə suda çox qaldığı zaman barmaqlarımız büzüşür? Bu nəmin udulmasına görə baş vermir. Bu ona görə baş verir ki, barmaqlarımızın büzüşmüş dərisi sayəsində suyun altında əşyaları saxlamaq daha rahatdır.

14. İnsanın barmaqları o qədər həssasdır ki, onlar Yer kürəsi ölçüsündə olsalar avtomobillər ilə evlər arasında fərqi hiss edə bilərdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir