“Vikipediya”nın redaktoru həbs edildi – Rusiya həqiqətlə savaşır
Müasir savaş təkcə səmada, quruda və dənizdə deyil, həm də kiberməkanda baş verir…
Ötən həftənin sonu Belarusda sosial şəbəkədə Rusiya prezidenti Vladimir Putin haqqında bir neçə tənqidi məqalələr yerləşdirən “Vikipediya”nın ən fəal redaktorlardan biri həbs edilib. Buna səbəb “Rusiya əleyhinə saxta informasiyanın yayılması” olub.
Mark Bernşteyn internetdə
“Pessimist2006” niki ilə məşhurdur. Onun saxlanılması bütün dünyada könüllülər tərəfindən redaktə edilən şəbəkə ensiklopediyası azadığının Kreml tərəfindən məhdudlaşdırılmasına edilən cəhdlərin davam etdiyini sübut edir. Son həftələr ərzində Bernşteyn Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı bir neçə məqalə redaktə edib. Bundan başqa, onun bu yaxınlarda dərc etdiyi məqalələrdən biri poeziyada Babiy Yarın əks edilməsinə həsr edilib.
Rusiya çoxdandır ki, Kreml təbliğatçılarının sözlərinə görə, əsasını “Qərb bilikləri” təşkil edən “Vikipediya”ya hücumlar edir. Putin bir dəfə bəyan edib ki, Rusiya özünün şəbəkə ensiklopediyasını alternativ olaraq yarada bilər. Bu yaxınlarda isə “Vikipediya”nı bloklamaqla hədələyib. “Roskomnadzor” ABŞ- da yerləşən “Vikimedia” fondundan elektron ensiklopediyasından rus dilində bəzi məqalələrin çıxarılması ilə bağlı tələblə çıxış edib. Rusiya hakim dairələrinin iddia etdiyinə görə, bu məqalələrdə “vətəndaşların həyatı və sağlamlığı üçün yayılan qanunsuz saxta informasiya yer alıb”. “Vikipediya”nın bir sıra layihələrini maliyyələşdirən “Vikimedia” fondu dərc edilən məqalələrin məzmununa müdaxilə etmir. Fond “Roskomnadzor”un tələbini rədd edərək, vurğulayıb ki, “könüllülərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı ən yeni və dürüst məlumatların yerləşdirilməsilə əlaqədar öz işlərini vucdanla icra etməsi hüququnu qorumaqda davam edəcək”.
“Vikipediya”nın prinsipləri
Rusiya qoşunları Ukraynaya hərbi müdaxilə edilən gündən “Vikipediya”nın redaktorları “2022- ci ilin Rusiya- Ukrayna müharibəsi” adında məqalə yaradıb. Məqalənib rus variantı “Rusiyanın Ukraynaya müdaxiləsi” adlanır. Son üç həftədə məqaləni 7 milyon oxuyub. Zəmanənin ruhuna uyğun olaraq, hazırki muharibə təkcə səmada, quruda və dənizdə deyil, kiberməkanda da baş verir. İnformasiya və dezinformasiya bu müharibədə güclü silaha çevrilib.”Vikipediya”nın rusdilli redaktorları məqalələrin yalnız etibarlı mənbələrə əsaslanması və Kremlin təbliğatında alətə çevrilməməsi üçün maksimum səylər göstərir. Rusiya könüllüləri həqiqətən çox böyük işlər görür və Rusiya xüsusi xidmət orqanları tərəfindən gerçək təhlükələrlə üzləşir. “Rusiyada Putinin nöqteyi- nəzərini əks etdirməyən bütün KİV- lər bağlanır, – Mark Berşteyn bəyan edib. -“Vikipediya”nın da taleyi belə olacaqmı? Yəqin ki, belə də olacaq”.Berşteynin həbsi bu proqnozun doğru olduğunu göstərib.
Şəbəkədə nasistlər
Münaqişədə iştirak edən hər iki tərəf bir- birini nasistlərlə müqayisə edir. Son həftələr Hitlerə həsr edilən məqalə “Vikipediya”nın rus seqmentində çox geniş əks- səda doğurub. Putinin Ukraynada “denasifikasiya” barədə çağırışları açıq- aşkar saxtakarlıqdır. Virtual məkanda döyüşlər “Azov” taboru barədə ingilis dilində olan məqalə ətrafında da gedib.Məqalədə bu bölmənin döyüşçülərinin neonasist santimentlərini və onların nasist rəmzlərindən istifadə edilməsini pərdələmək cəhdləri aşkar edilib. Hazırda “Azov” taboruna aid səhifənin redaktə edilməsi məhdudlaşdırılıb. Analoji tədbirlər digər səhifələrə, o cümlədən ikinci dünya müharibəsinə aid olan səhifələrə qarşı da görülüb. Bütün bunlar tarixin asanlıqla siyasi manipulyasiya predmetinə çevrilməsini bir daha nümayiş etdirir. Yaxşı ki, belə məqaləlırin redaktəsi məhdudlaşdırılıb, əks halda onlar tarixin təftiş edilməsinin qurbanlarına çevrilə bilərdi.
Ömər Ben- Yaakov, “HaArets”, İsrail

