Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərlə onlayn formatda görüş keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş QHT-lərlə onlayn formatda görüş keçirib.

Məlumatda bildirilir ki, görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva layihələrin icrasından gözləntilər, 2022-ci il fevral ayından icrası başlanmış layihələrin idarəedilməsi, təsviri və maliyyə hesabatlarının hazırlanma qaydaları və onların təqdim olunması mövzuları barədə ətraflı çıxış edib.

QHT-lərə 2022-ci ilin qrant müsabiqəsi ilə bağlı bəzi yeniliklər haqqında məlumat verilib. Daha sonra ictimai fəallar müxtəlif məsələlər ətrafında çıxışlar edərək rəy və təkliflərini səsləndiriblər.

Üç saatdan çox çəkən görüşdə QHT-lərin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir