Təcrübəli vəkil Fuad Kərimov Bakı Apellyasiya Məhkəməsində hakimlərin iş yükünün ağır olması ilə bağlı yazdı

Təcrübəli vəkil Fuad Kərimov Bakı Apellyasiya Məhkəməsində hakimlərin iş yükünün ağır olması ilə bağlı öz “facebook” səhifəsində paylaşım edib.

Bakı Apellyasiya Məhkəməsində hakimlərin iş yükü həddindən artıq yüksəkdir. Məhkəmə iclasları hər 10 dəqiqədən bir təyin edilir. Təbii ki, 10 dəqiqəyə məhkəmə iclasını keçirmək qeyri-mümkündür.

Bu səbəbdən saatlarla dəhlizdə dayanıb məhkəmə iclasının başlanmasını gözləyirik. Bəzən hakimlər heç nahar fasiləsinə getmədən işlərini davam edirlər. Bəzən iş vaxtının sonuna təyin edilmiş iclaslar da saat 18.00-dan sonra davam edir.

Əmək qanunvericiliyinin tələbləri pozulur, məhkəmə araşdırmasının keyfiyyəti aşağı düşür. Bunun səbəbi hakimlərin iş yükünün həddindən artıq yüksək olmasıdır. Dövlət rüsumları artırılanda işlərin sayının aşağı düşəcəyinə ümid edilirdi, lakin işlərin sayı azalmır.

Daha ağır vəziyyət icra şöbələrində yaranmışdır. Bir icra məmurunun icraatında minlərlə icra işləri vardır. İnsanın bioloji resursları bu həcmdə yükün öhdəsindən gəlməyə imkan vermir. Bu problemlər həll edilməyincə ədalət muhakiməsinin səmərəliliyini təmin etmək mümkün deyil.

https://www.facebook.com/100002166284994/posts/4845330358882459/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir