“Fərqli baxış”. Ağa Musa Nağıyev: anım – 103. YeniMediaTV-də yeni analitik-informasiya proqramı

“Fərqli baxış”. Ağa Musa Nağıyev: anım – 103. YeniMediaTV-də yeni analitik-informasiya proqramı – Birinci buraxılış.

YeniMediaTV-nin “Fərqli baxış” bu yeni analitik-informasiya proqramının ilk buraxılışında tarximizin işıqlı nümayəndəsi, Ağa Musa Nağıyevin anım mərasiminə həsr olunub.

Mesanat, Bakının neft milyonçusu və milli xeyriyyəçisi, paytaxtımızın 98 unikal tarixi binaların sahibi, Şollar su kəmərini kəçmiş Ağa Musa Nağıuev haqqında geniş ictimai-mədəni polemika aparırlar.

Silsilə onlayn/oflayn tele-verilişlər YYSİB-nin kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.

VCA, YYSİB, Kitabxana.net, Yenimedia.net və YeniMediaTV-nin layihəsi Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Yenimedia.net sosial-analitik saytın, Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın və YeniMedia TV-nin birgə istehsalı.

Silsilə verilişlərə buradan baxa bilərsiz: www.youtube.com/c/YenimediaTVaz/videos

Layihə rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq, aparıcı-müəllif: Aydın Xan Əbilov

YeniMedia TV-nin icraçı direktoru və rejissoru: Mir Cəmal

Operator Hidayət – Ayxan Əbilli

Bakı – 2022

Dilarə Nağıyeva uğurlu fəaliyyəti haqqında öz Feysbuk səhifəsində yazır:


4 Mart, 2022-ci il tarixi mənim həyat və fəaliyyətimə qızıl hərflərlə həkk olundu: Tarix elmləri üzrə fəlsəfə doktoru adını aldım.
Bu səbəbdən Ağa Musanın 103-cü anım günü martın 5 qeyd olundu.
Təsisçisi olduğum A.M.Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İB və Binəqədi İcra Hakimiyyətinin, eləcə də Biləcəri Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən anım mərasimində iştirak edən çoxsaylı ziyalılar, Azərbaycan Kazakları, QHT rəhbərləri və Respublika Qadınlar Cəmiyyətinin sədrləri və nümayəndələri iştirak etdi. Hər birinə ayrıca təşəkkürlərimi bildirirəm.

Yeni Media TV “Fərqli baxış” analitik proqramının təsisçisi Aydın Xan Əbilov çox qısa bir vaxtda çəkdiklərini video çarxa çevirərək mənə hədiyyə etdiyinə görə -bu İnasana təşəkkürlərim sonsuzdur. Aydın Xan özü də bilmədən tarixə, sizlərə və mənə nə böyük hədiyyə bəxş etdi. Onun bu addımını alqışlayıb, sonsuz təşəkkürlərimi bildirib, xeyirxah əməllərinin davamlı olmasını arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir