Vladirim Putinin ən yaxın adamı kimdir və müharibəni kim idarə edir? Maraqlı detallar
Beynəlxalq ictimaiyyət iki həftədir diqqətini Ukraynaya yönəldib. Rusiyanın hücumu qısa zamanda kütləvi savaşa çevrildiyindən hamı başda Rusiya prezidenti Vladimir Putin olmaqla liderlərin qərar və açıqlamalarını gözləyir. Rusiya prezidentinin qərarlarını kiminlə məsləhət etdiyi də ictimaiyyətə maraqlı mövzulardandır.
Rusiya Prezidentinə ən yaxın şəxslərin siyhısını təqdim edir.
Siyahıdakıların qərarların verilməsində əhəmiyyətli rol oynadığı bildirilir.
1.Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinin ən uzun müddətdir əməkdaşlıq etdiyi və etibar etdiyi şəxslərdən biridir. Bu səbəbdən iki adın Ukrayna ilə bağlı danışıqları demək olar ki, eynidir.

Şoyqu ilə Putin arasında işdən kənarda dostluq münasibətlərinin olduğunu da söyləmək olar. Hətta Şoyqu keçmişdə Putindən sonrakı dövrdə Kremlə gələcək ad hesab edilirdi.
Rusiyalı təhlükəsizlik eksperti və yazıçı Andrey Soldatov bildirib ki, Şoyqun təkcə orduya deyil, həm də ideologiyaya qismən cavabdehdir.
2. Ukraynaya hücumda Rusiyanın Baş Qərargah rəisi general Valeri Gerasimovdan gözləntilər ən azı Şoyqu qədər idi.

Gerasimov ilk dəfə 1999-cu ildə Çeçenistan müharibəsində ordu komandiri kimi gündəmə gəlib və o vaxtdan bəri Putinin müharibələrində, həmçinin Krımın ilhaqından əvvəl hərbi əməliyyatlarda da mühüm rol oynayıb.
3. Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev Putinin ən sadiq kadrları arasında ilk üçlük sırasındadır. Üçlüyün digər adları daxili kəşfiyyatın rəisi Aleksandr Bortnikov və xarici kəşfiyyatın rəhbəri Sergey Narışkindir. Putinin yaxın çevrəsindəki qüdrətli adların hamısını “siloviklər” adlandırırlar, lakin bu üçlüyün çəkisi digərlərindən bir addım öndədir.

Putindən yanında Patruşev qədər nüfuzlu adam yoxdur. Patruşev kommunizm dövründə Putinlə KQB-də çalışıb. Daha sonra 1999-2008-ci illər arasında Putindən boş qalan və KQB-nin yerinə yaradılan FSB-nin kürsüsündə oturub.
Kremli yaxından izləyən analitiklərin fikrincə, Putin digər mənbələrdən daha çox kəşfiyyat xidmətlərinin məlumatlarına inanır.
4. FSB direktoru Aleksandr Bortnikov Putinin ən yaxın adamlarından biridir. O, Patruşevdən sonra FSB-nin rəhbəri olub.

Andrey Soldatov bəyan edib ki, Bortnikov da mühüm şəxsdir, lakin digərləri kimi o, Putinin dediklərinə etiraz etmək və ya prezidentə məsləhət vermək iqtidarında deyil.
5. Putin’in Leningrad üçlüsünün digər şəxsi RF Dövlət Dumasının sədri Sergey Narişkindir. O, demək olar ki, bütün karyerasını prezidentlə keçirib.

6. 18 ildir Rusiyanın ən yüksək səviyyəli diplomatik missiyasını yerinə yetirən xarici işlər naziri Sergey Lavrov, qərarların qəbulunda böyük rolu olduğu düşünülməsə də, Rusiyanın arqumentlərini dünyaya çatdırmaq baxımından çox əhəmiyyətli bir addır. Üstəlik, 71 yaşlı Lavrov Putinin keçmişdən bu günə qədər gəzdiyi adlara həddən artıq güvəndiyinin daha bir sübutudur. Lavrov vaxtaşırı həmsöhbətlərini aşağılamağı qarşısına məqsəd qoyan üslubu ilə tanınır.

7. Putinin yaxın ətrafında olan nadir qadınlardan biri RF Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodur. Onun xaricə qoşun göndərilməsi ilə bağlı səsvermədə “Hə” qərarını verərək Ukraynaya hücumda mühüm rol oynadığı bildirilir.
Putinin sadiq tərəfdarı olan Matviyenko 2014-cü ildə Krımın ilhaqında Rusiyaya rəhbərlik edən fiqurlardan biri olub.

Hər halda, Rusiyada çox az adam böyük qərarları kimin verdiyinə və ya son sözü kimin dediyinə əmin ola bilər.
8. Putinin keçmiş cangüdənlərindən biri Viktor Zolotov hazırda “Rosqvardiya” kimi tanınan Milli Qvardiyaya komandanlıq edir. Müxtəlif mənbələrdə Putin tərəfindən 6 il əvvəl yaradılan və şəxsi ordu hesab edilən bu birlikdə əsgərlərin sayının 400 minə çatdığı bildirilir.

Rusiyalı politoloq Yevgeni Minçenkonun fikrincə, Moskva meri Sergey Sobyanin və Rusiyanın neft nəhəngi “Rosneft”in rəhbəri İqor Seçin də Putinə yaxındır.
Milyarder qardaşlar Boris və Arkadi Rotenberq Putinin uşaqlıq dostları və yaxın məsləhətçiləri arasındadır. Forbes jurnalı 2020-ci ildə yazıb ki, Rotenberqlər Rusiyanın ən zəngin ailəsidir.
Qeyd: Bu yazı BBC-nin “Ukrayna münaqişəsi: Putinin yaxın çevrəsində kim var və müharibəni kim idarə edir?” adlı məqalədən götürülüb.

