Rusiya – Ukrayna müharibəsinin 3-cü günü. Savaşın və olayların onlayn xronikası
Fevralın 24-ü səhər saatlarında Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib.
Bizim.Media bu saatlaradək ölkədə baş verənlərin onlayn xronikasını təqdim edir:
19.17 Putin və Zelenski Türkiyədə görüşəcək? – Ərdoğandan AÇIQLAMA
18.28 Zelenski paylaşım etdi: Boğazlar rus gəmiləri üçün bağlanıb? – FOTO
17.58 SON DƏQİQƏ: Rusiya SWIFT-dən çıxarıldı – FOTO
17.37 Ukraynalı gənc rus tankının qarşısını kəsdi – VİDEO
17.24 Ərdoğan və Zelenski arasında TELEFON DANIŞIĞI
17.18 Daha bir ölkə Rusiya üçün hava məkanını bağladı
16.56 Ukrayna danışıqlardan imtina etdi: Putin orduya yeni əmr verdi
16.46 Türkiyə hərəkətə keçdi: “Hərbi əməliyyatları dayandırın”
16.26 ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: “Belarusu dərhal tərk edin”
16.19 Kiyevdə küçəyə çıxmaq qadağan edildi: Əsgərlər atəş açacaq
15.55 Niderland Ukraynaya 200 ədəd “Stinger” göndərəcək
15.40 Ukrayna bu ərazilərdə nəzarəti itirdi
15.33 Beynəlxalq Qızıl Xaç Komitəsinə MÜRACİƏT – “Cəsədlər Rusiyaya təhvil verilməlidir”
15.27 Ukraynadakı vətəndaşlarımızın Rumıniya üzərindən Azərbaycana gəlişi SADƏLƏŞDİRİLDİ
15.21 Daha bir ölkə səmasını Rusiya təyyarələrinə bağlayır
15.11 Ukraynada 198 nəfər öldürülüb, sığınacaqda 2 körpə doğulub
14.52 Rusiya müdafiə nazirliyi İNKAR ETDİ – “Kiyevdə bina zenit raketi ilə vurulub”
14.44 Bu ölkələr hava sahəsini Rusiya aviasiyasına bağladı
14.40 Zelenski: “Biz düşmənin planını pozduq” – VİDEO
14.19 Ukraynadan Polşaya gələn qaçqınların sayı 100 min nəfərə çatdı
14.08 Qırğızıstan prezidenti Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədi
14.07 25 ölkə Ukraynaya silah tədarükünü müzakirə etdi – Londonun təşəbbüsü ilə
13.52 “Rusiyanın planlarına Ukraynanın işğalı da daxildir” – Cozef Borrel
13.20 Müharibədə həlak olan ukraynalıların sayı açıqlandı – RƏSMİ
13.18 Zelenskidən Avropa İttifaqına ÇAĞIRIŞ: “Üzvlük məsələsini həll edin”
13.02 Kiyevdə yaşayan azərbaycanlı yerli xalqa pulsuz balıq payladı – VİDEO
13.00 Putinin Ukrayna qarşısında 3 ŞƏRTİ – Danışıqlara başlamaq mümkün olacaqmı?
12.55 Kiyev SES-də nəzarət bərpa olundu
12.51 Çexiyada Rusiyaya dəstək verənlər həbs edilə bilər
12.17 Ukraynaya qarşı döyüşən Ermənistan hərbçisi əsir götürüldü – FOTO/VİDEO
12.07 Kiyevdə köməksiz qalan azərbaycanlı tələbələr xilas edildi
11.43 Zaxarova Qərbin açıqlamalarını “dəlixanadan gələn reportajlar” ADLANDIRDI
11.19 Kiyevdə yaşayış binasının raketlə vurulma anının görüntüsü yayıldı – ANBAAN VİDEO
11.09 Donetsk milisləri Donbasda 2 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
10.56 Rusiyanın texniki itkiləri açıqlandı
10.49 Rusiya Silahlı Qüvvələri Ukraynanın 821 hərbi infrastruktur obyektini vurub – SİYAHI
10.36 Rus qoşunları Kiyevdə mülki binaya zərbə endirdi – FOTO/VİDEO
10.22 Zelenski ukraynalılara SƏSLƏNDİ: “Saxta xəbərlərə inanmayın” – VİDEO
10.17 “Facebook”dan Rusiyaya QADAĞA
10.13 Zelenski ABŞ-ın təxliyə təklifinə RƏDD ETDİ
09.53 Bayden memorandum imzaladı – Ukraynaya təcili hərbi yardım göstəriləcək
09.52 Rusiyadan BMT-də Ukrayna ilə bağlı qətnaməyə VETO
09.45 “Gedən döyüşlərdə 3500-dən çox rus hərbçi ölüb…” – Podolyak
09.36 BMT-nin baş katibi Ukraynada böhran üzrə koordinator təyin etdi
09.31 Rusiyaya məxsus Mi-24/35 Poltovaya aviasiya raketləri ilə zərbələr endirdi – VİDEO
09.23 Xarkova edilən hücum nəticəsində 11 nəfər ölüb, 82 nəfər yaralanıb
09.09 Zelenski Putinin təklifini qəbul etdi, sülh danışıqlarına hazırdır
26.02.2022
21.19 Rusiya Müdafiə Nazirliyi: “Ukraynanın 211 hərbi obyekti vurulub”
21.14 Zelenski: “Kiyevdəyəm, sona qədər vuruşacağıq” – VİDEO
19.19 Ukrayna MN: “Rusiyanın 10 təyyarəsi, 80 tankı məhv edilib”
18.57 Putin Ukrayna hərbçilərinə müraciət etdi: “Hakimiyyəti ələ keçirin, razılaşaq” – VİDEO
18.44 Mariya Zaxarova: “Putinlə Zelenskinin danışıqları üçün maneə görmürük” – VİDEO
18.10 Keçmiş prezident döyüşlərə qoşuldu: 300 nəfərlik batalyon yaratdı – VİDEO
17.58 İsraildən Ukraynaya DƏSTƏK – Humanitar yardım təklif etdi
17.32 “Şəhərdə aclıq başlayıb, bombalar yağış kimi yağır” – Xarkovda yaşayan azərbaycanlıdan AÇIQLAMA
17.31 Kiyevdən qalxan təyyarə ölkəni TƏRK ETDİ: İçində kimlər ola bilər? – FOTO
17.21 Polşadan antirus ADDIM – Səmasını Rusiya aviasiyası üçün bağladı
17.13 Kiyevdə son vəziyyət necədir? – Canlı bağlantı
17.08 Rəsmi Moskva Kiyevlə danışmağa hazırdır – Minskə nümayəndə heyəti göndərilir?
17.03 Ramzan Kadırov Zelenskiyə SƏSLƏNDİ – “Putindən üzr istə”
16.53 Kiyevdə gərginlik artır, Rusiya yeni görüntülər paylaşıb təhdid etdi – VİDEO
16.46 İsveç Ukraynaya yardım göndərdi – Zelenski anti-Putin koalisiyası üçün təşəkkür etdi
16.09 “Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırıq” – Putin
15.56 Ukraynalı pilot 30 saata 6 rus təyyarəsini məhv etdi – VİDEO
15.46 XİN-dən Ukraynadakı Azərbaycan vətəndaşlarına növbəti MÜRACİƏT – 2 istiqamətdə ölkədən çıxa bilərlər
15.37 Zelenski Putini danışıqlar masasına dəvət etdi – VİDEO
15.34 Zelenski bunkerə aparıldı
15.31 Ərdoğandan Aİ-yə İTTİHAM – “Rusiya-Ukrayna məsələsində qətiyyətli davranmadı”
15.14 Azərbaycan vətəndaşları Buxarestdən Bakıya yola salınacaq – Ukraynadan 100-dən çox azərbaycanlı gəlib
14.57 Lavrovdan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA – “Rusiya buna imkan verməyəcək”
14.53 Gürcüstan mövqeyini BƏYAN ETDİ – Rusiyaya sanksiya çıxışına qoşulmayacaq
14.41 Xarkovda Ukraynadan çıxmaq istəyən azərbaycanlıların qeydiyyatı başladı
14.18 Kiyevdə “sirena” səsləri, vətəndaşlar sığınacağa qaçır – VİDEO
14.13 Rus tankları Kiyevə doğru Sovet bayrağı ilə irəliləyir – VİDEO
13.44 Ukraynada Rusiyaya məxsus daha bir təyyarə vuruldu
13.36 Səfirlikdən Ukraynada azərbaycanlıların yaralanması ilə bağlı AÇIQLAMA
13.27 Türkiyə Ukraynaya yardım göndərir
12.58 Ceyhun Bayramovdan Ukraynadakı azərbaycanlılarla bağlı AÇIQLAMA
12.53 Rusiya Çernobılda nəzarəti tam ələ keçirdi
12.26 Ruslar Kiyevdə zirehli texnika ilə maşının üstündən keçdilər – VİDEO
12.23 Ukrayna neytral status barədə danışıqlara hazırdır
12.15 Hazırda Kiyevdə küçə döyüşləri gedir – VİDEO
12.11 Dneprdə yeni doğulan körpələr sığınacağa yerləşdirildi – VİDEO
11.20 Qostomel yaxınlığında rus texnikası belə yanır – VİDEO
11.12 Rusiyanın 15 tankı Kiyevə doğru hərəkət edir – Şəhərdə SİRENA xəbərdarlığı
10.55 Ukraynadakı müharibədə iki azərbaycanlı yaralandı – ANBAAN VİDEO
09.52 Rusiyanın daha bir hərbi təyyarəsi vuruldu, yaşayış yerinə düşdü
09.14 Sumidə Ukrayna və Rusiya hərbçiləri arasında küçə döyüşü – VİDEO
08.38 Rus ordusu Zaporojye vilayətində sərhədçilərə hücum etdi – ÖLƏNLƏR VAR
08.17 Kiyevə ballistik raketlər atıldı, güclü partlayış səsləri eşidilir – VİDEO
00.08 Rusiyanın hərbi təyyarəsi qəzaya uğradı – Heyət üzvləri öldü
25.02.2022
22.17 Rusiya ordusu bu şəhəri ələ keçirdi – SON DƏQİQƏ
21.36 Rusiya ordusu Çernobıl AES-i ələ keçirdi – “Əməkdaşlar girov saxlanılır”
21.23 Rusiya Müdafiə Nazirliyi SON MƏLUMATLARI açıqladı: 83 HƏDƏF VURULUB VƏ…
21.01 Rusiya hərbçiləri Kiyevə yaxınlaşdı – Ukrayna əks hücuma keçdi – VİDEO
20.44 Putindən müharibə ilə bağlı açıqlama: “Başqa şansımız qalmamışdı”
19.54 Volodimir Zelenski Ukrayna xalqına müraciət etdi – VİDEO
19.29 14 ukraynalı hərbçinin əsir düşdüyü kadrlar yayıldı – VİDEO
19.17 Ukraynada rus ordusunun 15 ədəd T-72 tankı ABŞ raketləri ilə vuruldu
19.05 Xerson vilayətinin bir hissəsi işğal olunub – RƏSMİ
18.52 Rusiya qoşunları Belarus ərazisindən Çernobıla çatdı – Kiyevdən rəsmi açıqlama
18.18 Ukrayna “Bayraktar” PUA-sı ilə rus tanklarını belə vurdu – VİDEO
18.03 Rusiyanın Ukraynada zərərsizləşdirdiyi obyektlərin SİYAHISI
17.57 Belarus da müharibəyə qoşuldu – Ukraynaya ballistik raket atıldı
17.46 Luqansk vilayətində şiddətli döyüşlər gedir, rus işğalçıları əsir götürüldü – FOTO
17.14 Rusiyanın Ka-52 zərbə helikopteri vuruldu – VİDEO
17.03 Ehtiyatda olan ukraynalı hərbçi və könüllülər vətəni müdafiə üçün ayağa qalxdı – VİDEO
16.58 Müharibəyə Rusiyadan ÖZƏL BAXIŞ: “Əməliyyatlar Ukraynada hakimiyyət dəyişən anda bitəcək”
16.53 Ukraynada əsir düşən 2 rus əsgərinin FOTOSU yayıldı
16.43 Kiyevdən son görüntülər – VİDEO
16.41 “Donetskdə rus hərbçi yoxdur” – DXR rəsmisi
16.38 Poroşenko: “Bu müharibə təkcə Ukraynaya deyil, vahid Avropaya qarşıdır”
16.19 Rusiya Ukraynaya niyə hücum edib? – Kremldən ilk AÇIQLAMA
16.07 Ərdoğan Rusiyaya qarşı – “Ukraynada yaşayanların təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik”
16.02 NATO Ukraynaya qoşun yeritmək fikrində deyil
15.57 G7 liderləri Ukrayna ilə bağlı təcili toplanacaq
15.50 Belarus Donetsk və Luqanskın müstəqilliyini tanıya bilər – “Rusiyaya lazım olanı edəcəyik”
15.48 Xarkov yaxınlığında vurulan rus tanklarının və öldürülən əsgərin GÖRÜNTÜSÜ – VİDEO
15.43 NATO-nun Rusiyanın Ukraynaya hücumuna cavabı GECİKMƏDİ – Qərar verildi
15.36 Rus qoşunları Kiyev vilayətinə daxil oldu
15.35 Ukrayna Silahlı Qüvvələri Mariupol şəhərini geri qaytardı
15.31 Ukraynadakı döyüşlər III Dünya Müharibəsinə səbəb ola bilərmi? – Çin də HAZIRLAŞIR
15:23 Ərdoğan Zelenski ilə telefonla danışdı
15.17 Ruslar Kiyevin mərkəzini raketlə vurdu – VİDEO
15.05 Rusiya ordusu Odessa vilayətinə zərbə endirdi – 18 nəfər həlak oldu
15.01 Xarkov vilayətinin bu şəhərinə raket düşdü – Bir uşaq öldü, 15 nəfər təxliyə edildi
14.52 Azərbaycanın Ukraynadakı səfirindən həmvətənlərimizə TÖVSİYƏ – “Evdən çıxmayın”
14.48 Ukraynalı kinorejissor rusiyalılara səsləndi: “Hakimiyyətinizə görə utanın”
14.37 Ukraynaya görə təcili NATO sammiti keçiriləcək
14.22 Ukrayna itkilərini AÇIQLADI – 40-dan çox hərbçi ölüb, mülki şəxslərdən yaralılar var
14.15 Rusiya ordusunun Ukraynaya bugünkü raket hücumlarının xəritəsi – FOTO
14.08 Odessada sənaye obyektləri atəşə tutuldu, ölən və yaralananlar var – VİDEO
13.43 Lukaşenko Ukraynanın müdafiə nazirini TƏNQİD ETDİ – “Özünə əziyyət verməyib”
13.43 Zelenski Rusiya ilə diplomatik əlaqələrin tam kəsildiyini BƏYAN ETDİ
13.29 BMT-nin baş katibi Putinə SƏSLƏNDİ – “Əsrin ən böyük müharibəsini başlatma”
13.26 Litvada Ukraynadakı əməliyyatlara görə fövqəladə vəziyyət elan edildi
12:59 Lukaşenko İNKAR ETDİ: “Belarus ordusu müharibədə iştirak etmir”
12.57 Minlərlə rus hərbçisi Xarkova paraşütlə endi
12.52 Ukraynada üç sərhədçi həlak oldu
12.44 Rusiya ordusu Xarkova “Smerç” raketləri ilə zərbə endirdi
12.33 Zelenskidən orduya TAPŞIRIQ: “Rusiyaya maksimum zərər vurun”
12.09 Müharibə ilə bağlı Krım Tatarlarının lideri Mustafa Cəmildən ÖZƏL AÇIQLAMA
12.17 Zelenski ukraynalıları təşvişə düşməməyə çağırıb.
11.56 Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hər kəsi Vətəni rus işğalçılarından müdafiə etməyə çağırıb.
11.52 Ukrayna Silahlı Qüvvələrinin ilk altı ağır yaralı əsgəri Qluxov şəhərinə (Sumı vilayəti) çatdırılıb. Bizə təcili qan lazımdır! Keçmiş uşaq poliklinikasında donorlar gözləyir.
11.44 Krımdan Rusiya tankları Ukraynaya belə daxil oldu – VİDEO
11.43 Rusiya Ukraynaya qarşı təcavüzə başlayıb və artıq 11 milyard dollar itirib. Almaniya bildirib ki, belə şəraitdə və ABŞ sanksiyalarından sonra “Şimal axını 2” qaz kəmərinin istismara verilməsi qeyri-mümkündür.
11.40 Odessaya dənizdən hücum başladı.
11.40 Vinnitsa vilayətində Rusiyanın raket hücumlarından sonra hərbi hissələr – Tulçin şəhəri və Boxan kəndində atəşə tutulub. Bundan əlavə, ilkin məlumata görə, Kalinovkada hərbi anbarlar yanır.
11.34 Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi (bu, Ukraynanın hökumət təşkilatı) Şçastye şəhərinin silahlılardan geri alındığını elan edib.
11.29 Ukrayna Rusiya hərbi gəmiləri üçün Bosfor və Dardanel boğazlarının bağlanması tələbi ilə Türkiyəyə müraciət edib.
11.24 Rusiya işğalı başlayandan sonra prezident Zelenski hökumət rəhbərliyi, müdafiə sektorunun və iqtisadi blokun nümayəndələri ilə təcili görüş keçirib.
11.20 Ukrayna sərhədçiləri rus tanklarının işğal olunmuş Krım ərazisindən Ukrayna sərhədini necə keçəcəyini əks etdirən videoçarx nümayiş etdirib.
11.12 Putinin təcavüzünün qurbanları ilə bağlı ilk məlumat ortaya çıxıb. Bunu Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko deyib.
10.38 Donetsk vilayətinin Mariupol şəhərinin atəşə tutulması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
10.36 Odessa vilayətində Podolsk şəhərində HF 0173 bombası partladılıb, 6 nəfər ölüb, 7 nəfər yaralanıb, 19 nəfər itkin düşüb.
11.02 Baş Qərargah cəbhə xəttindən yeni hesabat yayıb: “Bu gün, fevralın 24-də saat 05.00-da Rusiya Federasiyasının silahlı qüvvələri şərqdə yerləşən bölmələrimizi intensiv atəşə tutmağa başlayıb, Borispol, Ozernı, Kulbakino, Çuqev, Kramatorsk, Çernobaevka aerodromlarına raket və bombalı hücumlar başlayıb. Eyni zamanda Ukraynanın dövlət sərhədi boyunca və Krım Muxtar Respublikasının sərhədində yerləşən ərazi və yaşayış məntəqələri atəşə tutulub. Ölkə ərazisində Rusiya Aerokosmik Qüvvələrinin 5 təyyarəsi, 2 helikopteri, 2 tank vurulub. Rusiya Silahlı Qüvvələrinin bir neçə yük maşını məhv edilib.
11.00 Baş Qərargahından mesaj: “Sakit olun və ukraynalı müdafiəçilərə inanın. Beləliklə, biz qalib gələcəyik!”.
10.58 Tanınmış ukraynalı politoloq Taras Berezovets belarusları Lukaşenkoya qarşı durmağa çağırıb.
10.55 Prezident Zelenski ABŞ, Almaniya, Polşa, Böyük Britaniya və Avropa Şurası liderləri ilə danışıqlar aparıb. O, Rusiyaya qarşı ən sərt sanksiyaların dərhal tətbiqinə çağırıb.
10.52 Ukrayna prezidenti Zelenski deyib ki, düşmən bomba və raketlərlə yanaşı, saxtakarlıqla da Ukraynaya hücum edir. Ona görə də dövlət başçısı hər saat rəsmi açıqlamalar verəcək.
10.47 Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bütün dünyadakı ukraynalılara müraciət edib. “Dünyadakı Ukrayna icmaları: Putin hücum etdi, amma heç kim qaçmır. Ordu, diplomatlar, hamı işləyir. Ukrayna döyüşür. Ukrayna özünü müdafiə edəcək. Ukrayna qalib gələcək. Putinin işğalı ilə bağlı həqiqətləri ölkələrinizdə yaymaq və hökumətləri təcili tədbirlər görməyə çağırın”,
10.35 İvano-Frankovsk hava limanına raket hücumunun videosu yayılıb.
10.32 Lukaşenko Ukraynaya xəyanət edib və kürəyindən bıçaqlayıb. CNN kanalı tankların Belarus-Ukrayna sərhədini necə keçdiyini əks etdirən videoçarx nümayiş etdirir.
10.21 Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Poltava şəhərində “Hava hücumu” siqnalı elan edilib. ️Xmelnitski şəhərində hərbi aerodromun uçuş zolağına çırpılıb. ️Atəş nəticəsində Mariupol şəhərində 7 fərdi yaşayış binası yanıb, Kramatorsk aerodromuna mərmi düşüb. Nijın aerodromunda ilkin olaraq 6 nəfərin dağıntılar altından çıxarılması üçün işlər aparılır.
10.19 Kiyev metrosuna pulsuz giriş açılıb. Qatarlar hərəkət etsə də metro bomba sığınacağı kimi istifadə olunacaq.
10.14 Düşmən raketləri Ukraynanın qərbinə uçub. Bütün ölkə işğalçının silahı altındadır.
10.07 Donbasdakı hava hücumundan müdafiə qüvvələrimiz düşmənin 5 təyyarəsini vurub.
09.58 Ukraynaya qarşı hücuma Lukaşenko da qoşulub. Belarus ordusu Ukrayna ilə sərhədi keçmək üçün hazırlıq vəziyyətinə gətirilib.
09.55 Reuters-in məlumatına görə, Ukraynanın hava hücumundan müdafiə sistemi ilk Rusiya təyyarəsini vurub. Ola bilsin ki, bu, zərbə vuran dron olub.
09.32 Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin Odessa yaxınlığına desant göndrəməsi ilə bağlı məlumatı saxta adlandırıb.
09.28 Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bütün sivil dünyanı çılğın diktatorun qarşısını almaq üçün 5 addım atmağa çağırıb (1. Rusiyaya qarşı dərhal dağıdıcı sanksiyalar, Rusiyanın SWIFT-dən ayrılması. 2. Rusiyanın bütün formatlarda tam təcrid edilməsi. 3. Ukrayna üçün silah və avadanlıq. 4. Maliyyə yardımı. 5. Humanitar yardım).
09.25 Kiyev meri Vitali Kliçko şəhər sakinlərinə müraciət edib.
09.22 Rusiya diversantları Sumi yaxınlığında artilleriya sursatları olan anbarı partladıblar.
09.19 Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko Rusiyanın hansı obyektləri vurduğunu bildirib.
09.16 Kiyevdə hava hücumu sirenləri işə salınıb. Prezident Zelenski Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
09.11 ABŞ və müttəfiqləri bu gün Rusiyaya qarşı “tam miqyaslı” sanksiyaları elan edəcəklərini vəd ediblər, CNN telekanalı xəbər verir.
09.04. Putin bütün dünyanı təhdid edib ki, Rusiyaya hücum “istənilən” təcavüzkar üçün məğlubiyyətə və dəhşətli nəticələrə gətirib çıxaracaq.
08.57 NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyans üzvləri bu gün Rusiyanın Ukraynaya hücumunu müzakirə etmək üçün bir araya gələcəklər.
08.54 Qondarma “LXR” silahlıları rus işğalçılarının dəstəyi ilə Luqansk vilayətinin Şçastye şəhərinə basqın ediblər.
08.47 Borispol şəhərinin meri Volodimir Borisenko hava hücumundan müdafiə qüvvələrinin Borispol hava limanında düşmənin hava hücumunu dəf etməsindən danışaraq insanları bir az da olsa arxayın edib.
08.45 Ukrayna Prezidenti Vladimir Zelenski bütün Ukraynada hərbi vəziyyət tətbiq edib.
08.42 ABŞ prezidenti Co Bayden Ukrayna xalqının Rusiyanın əsassız hücumuna məruz qaldığını bildirib. O, söz verib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab verəcəklər: “Hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır”.
08.40 Mariupol səhər saatlarında xüsusilə şiddətli atəşə məruz qalıb.
08.34 Ukrayna prezidenti Ukrayna xalqına təcili müraciət edib.
08.30 Rusiyalılar sosial şəbəkələrdə qoşunlarının Ukraynaya raket zərbələri endirdiyi videonu yayıblar.
08.28 Andrey Tsapliyenko Krımdan tank işğalının başladığını və təcavüzkarın Xarkov vilayətində də sərhədi keçdiyini bildirib.
08.27 Hərbi jurnalist Andrey Tsapliyenko öz Telegram kanalında işğalın qurudan da başladığını bildirib.
08.25 Ukrayna öz hava məkanını bağlayıb, bütün təyyarələr ölkə ətrafında uçur.
08.21 Ukrayna Putini dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılmasını tələb edir.
08.16 Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn bəyanatla çıxış edib. O, baş verənləri müharibə adlandırıb.
06.50 Bu dəqiqələrdə Odessa, Xarkov, Nikolayev, Mariupol, Berdyansk, Vasilkov və Borispolda vaxtaşırı güclü partlayış səsləri eşidilir.
06.40 Putin ictimai televiziya ilə çıxış edərək, Donbassda xüsusi əməliyyatın başlandığını elan edib. O, yenidən Ukraynaya ultimatum verərək dərhal təslim olmağı tələb edib.
Bizim.Media

