Uduzan slavyanlar oldu… Kreativ intellektual Mir Cəmal yazır
Qloballaşan dünyada, balansların hər gün oynaığı bir dövürdə bloklaşmaqdan ziyadə parçalanmağa gedən “slavyan” xalqı bu müharibədən məğlub ayrıldı. Fərqli dövlətlərin idarəçiliyində, fərqli adlarla olsalar da, bir millət olaraq bu müharibəni uduzdular.
Dünya xalqları müstəvisində etibarını itirən, birinin iqtisadi gücünü, digərinin ərazi bütövlüyünü itirdiyi bir müharibənin şahidi oluruq.
Rusiya Federasiyasının tarixində ən böyük qara ləkə olaraq qalacaq bu müharibə. Mənim fikrimcə, Rusiya vətəndaşları öz xalqına -millətinə qarşı olan bu zülmə səssiz qarşılamayacaq.
Rusiya Federasiyasının təməlinin qoyulduğu qədim Kiyevə həmin ruslardır ki, göydən fasiləsiz bomba yağdırır. İkinci Dünya müharibəsində faşist Almaniyaya qarşı çiyin-çiyinə vuruşan slavyanlar, ümumi baxdıqda, obrazlı yazsaq, Üçüncü Dünya müharibəsində qarşı-qarşıya vuruşurlar.
NATO, ABŞ, Böyük Britaniya kimi aparıcı qüvvələrin belə saxta bəyanatlarla, boş-boş mənasız sanksiyalarla slavyan – Şimal ayısını bu qərəzli və mənasız yolundan döndərə bilməyəcəyinə əminəm.
Rusiya hökumətinin Ukraynaya hücumunu məcazi mənada izah etməyə çalışsam, beləcə deyərdim: əlində halqası çəkilmiş bir qumbara tutan qoca bir ayı… Həmin ayı ki öz xalqı tərəfindən, şübhəsizdir ki, layiq olduğu cəzasını alacaqdır.
Hələ bu harasıdır?!.
Müharibə bitdikdən sonra nüfuzunu itirmiş Rusiya dövlətini daxili çaxnaşma və siyasi böhranlar gözləyir…

