Xocalı soyqırımı: tariximizin qanlı yaddaşı…” – Vətəndaş Cəmiyyət Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin müştərək Bəyanatı
“Dünya ictimayəti Azərbaycan həqiqətlərini, Xocalı soyqırımını artıq tanınmağa başlayır”
Vətəndaş Cəmiyyət Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar ictimaiyyət üçün ictimai Bəyanatla çıxış edib.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi ( #YYSİB ) olaraq 26 fevral 1992-ci ildə Azərbycanın qədim torpağı sayılan Qarabağda Xocalıda günahsız mülki insanlara qarşı törədilmiş cinayətə etiraz səsimizi dəfələrlə qaldırmışıq. Dünya ictimayətinin ən qabaqcıl nümayəndələri də Xocalı soyqırımı ilə bağlı öz etirazlarını bildiriblər. Azərbaycan dövlətinin və ictimai qurumların apardığı siyasətin məntiqi nəticəsi olaraq, bu illər ərzində Avropanın və dünyanın sivil dövlətlərindən, beynəlxaq təşkilatlarda Qarabağla bağlı çoxsaylı bəyanatlar səslənib. Bəyanatlarda Azərbaycan torpaqlarının sərhədləri çərçivəsində müstəqilliyi və bütövlüyü tanınıb. Bu, onu sübut edir ki, dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini yavaş-yavaş tanınmağa başlayır.
44 günlük Vətən Müharibəsində Xocalı faciəsi qurbanlarının bəzi qatilləri cəzalandırılsa da, ümumən cinayətkarların dəhşətli əməlləri beynəlxlaq məhəmədə hələ də öz isbatını gözləyir.Biz, ictimai fəallar olaraq, Xocalı soyqırımının dünya ictimayəti, beynəlxalq təşkilatlar tərəfindən tanınmasını və bu məsələ ilə bağlı ciddi işlərin görülməsinin tərəfdarıyıq.
VCA-ya daxil olan təşkilatılarımızda gənclər, yaradıcı kreativlər fəaliyyət göstərirlər, eyni zamanda oxucularla da təmasdadır. Biz real olaraq, həmçinin virtual, yəni internet vasitəsilə Xocalı soyqırımı ilə bağlı məlumatları həm 50 milyonluq dünya azərbaycanlılarına, ümumiyyətlə isə dünyada türk dilində danışan 300 milyonluq etnosdaşlarımza çatdırmağa çalışırıq. Eyni zamanda, kitabxana.net portalımızda Azərbaycanda və xaricdə Xocalı soyqırımı ilə bağlı çap olunmuş kitabların ingilis, rus və digər dünya xalqlarının dillərinə tərcümə edərək mini virtual sərgilər təşkil edirik.
Onu da qeyd edək ki, Azərbaycan Gənclər Fondu, , AYB, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənmiş və bizim təşkilatımız tərəfindən həyata keçirilmiş kitabxana.net portalı vasitəsilə oxucular Azərbaycan tarixi, Dağlıq Qarabağ məsələsi və Xocalı soyqırımı ilə bağlı çap olunmuş kitabların elektron variantlarından istifadə edə bilərlər. Yaranandan bu yana Qarabağa, Azərbaycan həqiqətlərinə, tarixinə həsr olunmuş müxtəlif dildə olan kitabların virtual sərgisini təşkil etmişik. Eləcə də əslən Qarabağdan olan qələm adamlarının kitabları, eləcə də məlum hadisələrə həsr olunmuş, mövzusunu Xocalı soyqırımı faciəsindən götürən əsərlərin elektron formatda rəqəmsal kitab şəklinə salınmış, İnternetdə, portalımızda, sosial şəbəkələrdəki 20-çox resurslarımızda yayımlanır…
YYSİB Heydər Əliyev Fondunun, ARQHTDDA, həmçinin, dövlət qurumları və xarici ölkə səfirlikləri şəbəkəsindən yararlanaraq müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı həyata keçirilən tədbirlərə kreativ-kulturoloji dəstək verir.
Yeri gəlmişkən, yazarlar olaraq xalq diplomatiyasının tərəfdarı olsaq da, XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı ərəfəsində bu tipli görüşlərin təşkilini heç cür qəbul edə bilmirik! Tutalım, Rusiya və Avropanın təzyiqi ilə azərbaycanlı və ermənil ziyalılarının hansısa görüşü təşkil olunub, bəs orada iştirak edən və özlərini milli ziyalı sayan tanınmış şəxslərə nə olub? Ürəklərində öldürülmüş, başı kəsilmiş, dərisi soyulmuş, süngüyə keçirilmiş Qarabağlı uşaqların, qadın və qocaların, şəhidlərimizin, Xocalı qurbanlarının ruhu qarşısında xəcalət çəkmirlər?
İctimaiyyətimizə məlumdur ki, düşüncə və həyat fəlsəfəsi etibari ilə biz yaz adamları humanist oluruq, hər cür pafoslu millətçilikdən uzağıq, amma sivilliyin, bəşəriyyətin, sözün və düşüncənin qana boyandığı bir hadisə ərəfəsində – Xocalı faciəsi ildönümü qarşısında bu cür qeyri-səmimi xalq diplomatiyasını qəti əleyhinəyik. Söz yox, havaxtsa bu iki düşmən dövlət arasında dinc qonşuluq dövrü başlayacaq, fəqət hər iki tərəfdən hansısa cinayət törədilibsə, xüsusən də Xocalı, Daşaltı soyqırım günahkarları mütləq dünya ictimaiyyətinin gözü qarşısında haqq məhkəməsinə çəkilməli, layiqli cəzalarını almalıdırlar. Əslində bu tarix üçün vacibdir ki, bəşəriyyət bir də belə fəlakətli faciələrlə qarşılaşmasın.
VCA və YYSİB İctimai qurumlarla əlaqə və Analitik İnformasiya bölümü
25 fevral 2022-ci
#JusticeforKhojaly #KhojalyGenocide #Khojaly30 #XocalıyaƏdalət #XocalıSoyqırımı #Xocalı30 #Xocalı30il #JusticeforKhojaly #KhojalyGenocide #XocalıyaƏdalət #XocalıSoyqırımı #Khojaly30 #Xocalı30 #Xocalı30il #HocalıSoykırımı

