Kulturoloji Azərbaycan-2. Nyü-York Yazarlar Klubu üzvü Qəni Camalzadəylə mədəniyyətin ABŞ-da təbliği

Kulturoloji Azərbaycan-2.

Proqramın yeni bölümündə Nyü-York Yazarlar Klubu üzvü Qəni Camalzadə ilə mədəniyyətin ABŞ-da təbliği məsələlərini müzakirə edildi.

ABŞ – Nyü-York Yazarlar Klubunun üzvü Qəni Camalzadə mədəniyyətimizi ABŞ-da necə təbliğ edək? sualı ətrafında fikirlərini bölüşür.

“Kulturoloji Azərbaycan”: Milli mədəniyyətin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği” layihəsi çərçivəsində silsilə verilişlərin ikincisidir.

YeniMediaTV-nin “Kulturoloji Azərbaycan” bu yeni verilişinin II buraxılışında YYSİB sədri, layihə rəhbəri ictimai xadim, yazıçı-kulturoloq Aydın Xan Əbilov və ABŞ – Nyü-York Yazarlar Klubunun üzvü, Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri, tanmış yazıçı-publisist, Qarabağ müharibəsinin qazisi, televiziya eksperti Qəni Camalzadə milli kreativ proseslərimizi, mədəni irsimizi estetik-humanitar düşüncəmizi Qərbdə, Amerika Birləşmiş Ştatlarında, ingilisdilli kulturoloji mühitdə necə təbliğ emək haqqında geniş müzakirə edirlər. İki qələm adamı mədəniyyətimizin və ədəbiyyatımızın, humanitar-kreativ düşüncəmizin çağdaş durumu haqqında polemika aparırlar.

Bu silsilə verilişlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

İlk verilişə buradan baxın:https://www.youtube.com/watch?v=wFQg3

Silsilə onlayn/oflayn tele-verilişlər “Kulturoloji Azərbaycan”: mədəniyyətimizin kreativ-innovativ tanıtımı, İKT formatlarında təbliği” mövzusunda YYSİB-nin kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.

YYSİB, Kitabxana.net, Yenimedia.net və YeniMediaTV-nin layihəsi

Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Yenimedia.net sosial-analitik saytın, Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın, “Axın Media Qrup” MMC və YeniMedia TV-nin birgə istehsalı.

Silsilə verilişlərə buradan baxa bilərsiz: www.youtube.com/c/YenimediaTVaz/videos 

Layihə rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq, aparıcı-müəllif: Aydın Xan Əbilov

YeniMedia TV-nin icraçı direktoru və rejissoru: Mir Cəmal

Operator Hidayət – Ayxan Əbilli

Layihə çərçivəsində hazırlanan elektron kitab silsiləsinə daxil edilən elektron nəşrləri buradan izləyin:https://kitabxana.net/e-library.php?c

Rəsmi FB səhifəmiz: https://www.facebook.com/groups/kitab

QEYD: Silsilə verilişlərdə işıqlandırılan mövzular Agentliyin mövqeyini əks etdirmir.Verilişlərin məzmunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin cavabdehliyindədir: bu baxımdan filmin məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir