“İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” mövzusunda ədəbi müsabiqə

“İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” mövzusunda ədəbi müsabiqə keçirilir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən “İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” layihəsi çərçivəsində vətənpərvərlik əsərləri mövzusunda ədəbi müsabiqə keçirilir.

Müsabiqənin şərtləri:

• Müxtəlif janrlı əsələrin mövzusu, əsgər həyatı və vətənpərvərlik məsələlərini əhatə etməlidir.
• Müsabiqəyə 20.000 (iyirmi min) işarədən artıq olmayan poeziya, esse və nəsr əsərləri qəbul olunur.
• Mətni üçün tələblər – şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, kağız formatı A4.
• Hər bir müəllif müsabiqəyə yalnız 3 əsər təqdim edə bilər .
• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini əlavə etməlidir.

Müsabiqənin sonunda Təşkilat Komitəsi üzvlərinin müsbət rəyini almış əsərlər toplu şəklində nəşr ediləcək və yayımlanacaq, İnternetdə tanıtımı, e-nəşri və yayımı təşkil olunacaq.

Müsabiqənin müddəti:

Müsabiqə 15 fevral – 15 mart 2022-c1 il tarixlərində keçirilir və bu vaxt ərzində əsərlər qəbul edilir.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Müsabiqədə iştirak etmək istəyənlər gulayekonul@mail.ru e-ünvana əsərlərinin elektron variantını yollaya bilərlər.

Təşkilat Komitəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir