20 yanvar faciəsinə həsr olunmuş “Vətənə keşik çəkən daşlar da güllələndi” adlı tədbir keçirilib

    Yanvarın 19-da Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin təşəbbüsü ilə “Azərkitab” Təbliğat Mərkəzində 20 yanvar faciəsinə həsr olunmuş “Vətənə keşik çəkən daşlar da güllələndi” adlı tədbir keçirilib.

   Tədbirdə dövlət himni səslənib, şəhidlər bir dəqiqəlik sükutla yad olunub.Sonra aparıcı və tanınmış qiraət ustası Şirzad Pirallahi sözü Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalovaya verib. O bildirib ki, həqiqətən də tək günahsız insnalar yox, vətənimizə keşik çəkən daşlar da güllələndi. Bu gün fəxarət hissi ilə deyə bilərik ki, Ali Baş

Komandanın dəstəyi, köməyi ilə biz qələbə əldə elədik, bu gün biz qələbə sevincini yaşayırıq. Müstəqilliyimizə gedən yol 20 yanvar faciəsindən başladı. 20 yanvar şəhidləri və onlardan sağ qalan insanlar müstəqilliyə gedən yolun carçıları oldular. Dünyasını dəyişənlərə Allahdan rəhmət,qalanlara can sağlığı. Bu gün biz qalib dövlətin qalib

insanlarıyıq.Təbii ki, biz İlham Əliyevin ətrafında birləşmişik, hamımız ona xidmət edirik. Bu qələbə göstərdi ki, bizim güclü dövlətimiz, dövlət başçımız var. Bütün dövlətlərə meydan oxudu. Ali Baş Komandana minnətdarlıq edirik. Artıq şanlı və qanlı 20 yanvarı qələbə ilə əvəz edirik. Ona görə də hamıya təşəkkür edirik!

   Tədbirdə qazilər, QHT sədrləri, ictimayyət nümayəndələri, jurnalistlər çıxış ediblər.
   Tədbir boyu 20 yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.
Müğənni Günay Məmmədovanın, İlham Əsgəroğlunun,Şirzad Pirallahının ifa etdiyi mahnılar da hamının ürəyincə olub, tədbirə xüsusi rəng qatıb.

Namiq MƏMMƏDLİ – Sabaha-inamla.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir