Aygül Bağırovanın “Qalib Sərkərdə” kitabının təqdimatı olub
Gənc yazar Aygül Bağırovanın “Qalib Sərkərdə” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycanda Atatürk Mərkəzinin Konfrans salonunda təşkil olunan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sifarişi ilə Qıqğıstandanda, Bişkekdə və Bakıda nəşr olunan kitabın müəllifi istedadlı yazıçı-publisit, ictimai aktivist, bloger Aygül Bağırovadır.
“Qalib sərkərdə” adlı kitabının təqdimat Mərasimi kitab Müzəffər Ali Baş Komandanın doğum günündə Atatürk Mərkəzində oxuculara təqdim olunub.

Təqdimat mərasimində yazıçılar, ictimai xadimlər və gənclər iştirak edib.
Məclisin aparıçısi, sıralarında 60 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana və yenimedia.net portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq, tənqidçi-ictimai aktivist Aydın Xan Əbilov açaraq, Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik etdi. Gənc müəllifin yaradıcılıgı haqqında danışan natiq, yeni kitabın məziyyətləri haqqında məlumatlar verdi.

Daha sonra məclisdə iştirak edən tanınmışlar gənc müəllifin təbrik etdilər, kitabın dəyərləri haqqında mülahizələrini bölüşdülər..
Kitabın müəllifi Aygül Bagirova təqdimatın Ali Baş Komandanın doğum günündə baş tutmasının heç də təsadüf olmadığını bildirib. Kitab Qarabağdakı 44 gün davam edən II Vətən Müaribəsinin müxtəsər ensiklopediyası kimi hazırlanıb.Ümumilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətləri, Prezident İlham Əliyevin Qalib sərkərdə kimi 44 günlük tarixi fəaliyyəti,hadisələrin günbəgün xronologiyası kitabda əks olunub.Kitabda ardıcıl şəkildə Ali Baş Komandanın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən Müharibəsində rəşadətli Ordumuzun işğal altında olan kənd və rayonlarımızın azad edilməsi ilə bağlı xalqımıza Qələbə müjdəsi çatdıran müraciətləri də yer alıb.Kitabın hər səhifəsində torpaqlarımızı azadlığa qovuşduran Müzəffər Ordumuza,Vətənimizə,Ali Baş Komandanımız İlham Əliyevə və xalqımıza dərin sevgi əks olunub.
Xatirladaq ki, “Qalib Sərkərdə” kitabını Azərbaycan qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu və yazışı-kulturoloq Aydın Xan Əbilov redaktə edib.
Kitab Qarabağdakı 44 gün davam edən II Vətən Müaribəsinin müxtəsər ensiklopediyası kimi hazırlanıb.

