“GEMİ” sədri, Beynəlxalq Təhsil üzrə ekspert Sərdar Yusifoğlu Pezident İlham Əliyevə təbriki

Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatnın sədri, Beynəlxalq Təhsil üzrə ekspert  Sərdar Yusifoğlu Pezident İlham Əliyevi təbrik etdi.

TƏBRİK  MƏKTUBUnda deyilir.

       Hörmətli Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

       Azərbaycan xalqına yaşatdığınız tarixi qələbə üçün Sizə minnətdaram! Sizin rəhbərliyinizlə qüdrətli Ordumuz və igid əsgərlərimiz rəşadət göstərərək bizə möhtəşəm Zəfər yaşatdılar. Siz Azərbaycan xalqının tarixi həsrətinə son qoyaraq, Qarabağımızı azad etdiniz və kimliyimizi bizə qaytardınız. Sizin rəhbərliyinizlə ölkəmiz dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.

        Cənab Prezident!  Sizi 60 illik yubileyiniz  münasibətilə, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ) adından təbrik edir, uzun ömür, can sağlığı arzu edirik. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edib, gənclər və idman sektorunda sürətli canlanma yaranıb.

        Sizin imzaladığınız müxtəlif sərəncam və fərmanlar, dövlət proqramları, habelə sahibkarlıq, QHT-lər və gənclər təşkilatlarının inkişafı üçün yaratdığınız qurumlar bu gün cəmiyyətdə böyük əhəmiyyət daşıyır və gənclərimizin  biznes fəaliyyəti, həm də ictimai fəallığı üçün yardımçı olmaqdadır.

        Bildirmək istərdik ki, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi olaraq, dövlətimizin, Prezidentimizin yanındayıq və Sizin apardığınız davamlı islahatlar nəticəsində Azərbaycanın qabaqcıl ölkələrdən birinə çevriləcəyinə şübhə etmirik. Sizi bir daha təbrik edir, hələ uzun illər gümrah və enerjili Prezident kimi, ölkəmizi və xalqımızı təmsil etməyinizi arzulayırıq.

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

        Doğum gününüzü təşkilat üzvləri və ailəm adından ən səmimi arzularla təbrik edirəm. Öz gücünü Ulu Öndərin mirasından alan, ölkəmiz, müdrik rəhbərliyiniz ilə gündən-günə inkişaf edir.

Hörmətlə, Sərdar Yusifoğlu 

Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyinin sədri          

Beynəlxalq Təhsil üzrə ekspert

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir