Qiymətlərin qalxması ailəli insanların vəziyyətini ağırlaşdırıb. Ekspertdən sərt açıqlama

Bu gün insanların sosial durumu əlbəttə ki, çox gərgindir. Çünki qiymətlər hər gün qalxır. Günü – gündən bütün xidmət sahələrində – ərzaq, tibb sahəsində dava-dərmanın qiymətinin qalxması müxtəlif qrup insanların, xüsusən də ailəli insanların vəziyyətini ağırlaşdırıb.

Bu fikirləri hafta.az-a kulturoloq-sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, bununla bərabər, əvvələr cəmiyyət bir-birinə daha mərhəmətli, daha xeyirxaq idi. İnsanlar – əmi, dayı, qonşular bir- birinə kömək edə bilirdilər:

“İndi o kömək edən insanların özlərinin imkanları məhdudlaşıb. Belə el sözü var; hər kəs öz kisəsindən yeyir və o kisədə artıq tükənməkdədir. Əvvəllər bir ailədə gənclər, valideynlər işləyirdi və ailə bir təhər özünün iqtisadi problemlərini həll edə bilirdi. Amma indi iş yerlərinin daralması, ixtisarların olması, tələbələrin universitetləri bitirəndən sonra hər hansı bir yerdə iş tapa bilməmələri, üstəlik restoran və əyləncə sisteminin şadlıq evlərinin qapanması, müəyyən qadağaların olması kütləvi işsizliyə şərait yaradb. Və bu da istər -istəməz, iqtisadi, sosial, ictimai və gələcəkdə ola bilər ki, siyasi kataklizmə aparıb çıxardacaq”.

https://hafta.az/qiymetlerin-qalxmasi-aileli-insanlarin-veziyyetini-agirlasdirib–aciqlama-313629-xeber.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir