“Azərbaycan Prezidentinin bu qərarını qiymətləndirirəm…” Nikol Paşinyan

“Məgər anklavların mübadiləsi/qaytarılması məsələsi danışıqlar masasına qoyulub, məgər Ermənistan bunların təmin edilməsi üçün də nəyisə güzəştə getməlidir, Gorus-Qafan yolunda hərəkəti təmin etmək üçün Azərbaycan necə dəhliz vermək lazım idi?”.

Bu sual onlayn mətbuat konfransı zamanı Ermənistan Baş naziri Nikol Paşinyana verilib.

Paşinyan suala cavab verərək qeyd edib ki, əvvəlcə bu anklavlar məsələsində hüquqi əsasların olub-olmadığı, yoxsa sadəcə xətirələrin üzərində təsvir edildiyi müəyyənləşdirilməlidir.

“Gorus-Qafan yolu bir az fərqlidir, amma anklavlar məsələsini bilirsiniz, Azərbaycan təqib edir, noyabrın 9-da bu məsələyə toxunuş etməyə cəhd edilib və bu barədə danışmışam. Burada da bizim mövqeyimiz aşağıdakıdır: yaxşı, bu xəritənin üzərində anklav təsvir edilibsə, başa düşməliyik ki, bu, hansı hüquqi əsasa malikdir, hüquqi əsasa malikdir, yoxsa malik deyil, yaxud sadəcə xəritə üzərində çəkilmiş konturdur və ya iki kolxozun qərarıdır? Məsələn, bu kolxoz öz ərazisindən qardaş Azərbaycana hədiyyə edir və sair”, – deyə o bildirib.

Paşinyan Kərki və Əskipara yol sektorlarının Azərbaycana keçməsinin məqbul olub-ola bilməyəcəyinə dair suala açıq şəkildə cavab verməyib.

“Müdafiə nazirləri arasında əvvəllər heç vaxt təmas olmayıb, ilk dəfədir ki, bənzər hadisə baş verir və biz qarşılıqlı ittihamlarla nə edə biləcəyimizi, atəşkəsi kimin pozduğunu və s. anlamaq istəyəndə bu, bir növ improvizə oldu. Əlaqə qurulub, faktın özlüyündə təqdirəlayiqdir. Mən Azərbaycan Prezidentinin bu qərarını qiymətləndirirəm. Bunun nə dərəcədə effektiv olacağını zaman göstərəcək”, – deyə Ermənistan Baş naziri vurğulayıb.

Paşinyan sual ünvanlayıb ki, Zod-Xəzinəvar sektorunda mühəndis işləri düzgün aparılmayıb? “Səbəblərdən biri odur ki, 2020-ci il noyabrın 9-dan sonra bəziləri ordunu siyasi proseslərə cəlb etməyə çalışırdılar və sənunda buna nail oldular. Ordu böyük bir faizlə siyasətlə məşğul idi. Bəs bu, nəticə verməyəcəkdi?”, – deyə o qeyd edib.

Ermənistan Baş naziri Brüssel və Soçi görüşlərinə də toxunub.

“Mən hələ yayda bildirmişəm ki, Ermənistan ATƏT-in Minsk qrupu formatında yüksək və ən yüksək səviyyədə danışıqlar aparmağa hazırdır: bildiyiniz kimi, artıq xarici işlər nazirlərinin bu formatda görüşləri olub və biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin də belə bir görüşü təşkil edəcəyini gözləyirik. Dekabrın 15-də Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşü də yenilik deyil, çünki hələ yayda Avropa İttifaqının Prezidenti Şarl Mişel belə bir ideya irəli sürmüşdü, Şərq Tərəfdaşlığı sammitinin bu zaman baş tutacağını demişdi, Ermənistan və Azərbaycan rəhbərləri arasında görüş təşkil edilməsini təklif etmişdi. Fərqli formatlarda müzakirə olunan gündəmləri bir-birinə qarışdırmamağa çalışacağıq”, – deyə o vurğulayıb.

Paşinyan bildirib ki, dəqiqləşdirilməmiş məlumatlara görə, əlaqənin itdiyi 24 ermən hərbi qulluqçu əsir götürülüb: “İcazə verin bəzi hallardan çıxış edərək “dəqiqləşdirilməmiş məlumatlar” terminindən istifadə edim, hərçənd bilirsiniz ki, tərəfimdən bənzər şeyin deyilməsi o qədər də düzgün deyil. Ancaq gəlin şərti olaraq bu başlıq altına qoyaq ki, o hərbi qulluqçular əsir götürülüblər. Dəqiqləşdirilməmiş məlumatlara əsasən, daha çox sayda əsgər əsir götürülüb. 24+8 hərbi qulluqçu əsir götürülüb, yenə deyirəm, dəqiqləşdirilməmiş məlumata görə”.

Alpər Mövludoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir