Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə yeni sədr təyin olundu: peşəkar Anar Rzayev

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Bu vəzifə Anar Rzayevə həvalə edilib.

O, indiyə qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib.

A.Rzayev 1973-cü ildə Bakıda anadan olub, “Xəzər Universiteti”nin Hüquq və sosial elmlər fakültəsini bitirib,1994-1995-ci illərdə ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb. O, ötən il ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir