“20 Yanvardan başlanan qəhrəmanlıq”. Vətənpərvərlik mövzüsünda bədii-publisistik yazılar müsabiqəsi

“20 Yanvardan başlanan qəhrəmanlıq”

Vətənpərvərlik mövzüsünda bədii-publisistik yazılar müsabiqəsi bildirişi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə (2021-ci ildə elan edilən təkrar sosial sifariş müsabiqəsi çərçivəsində) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” layihəsi çərçivəsində “20 Yanvardan başlanan qəhrəmanlıq”adlı vətənpərvərlik mövzusunda ədəbi müsabiqəsi təşkil olunur.

Müsabiqəyə təqdim edilən əsərlər 20 Yanvar 1990-ci ildə baş verən tarixi hadisələrə həsr olunmalıdır. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunması geniş əhali kütləsi, xüsusilə də uşaq və gənclər arasında vətənpərvərlik ruhu daha da yüksəlməsinə yönəlməlidir.

Bədii-publisistik yazılar 20 yanvar 1990-ci ildə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək şəhid olmuş şəxslərin ailə üzvlərinin və öz sağlamlıqlarını itirmış şəxslərin hüquqlarının müdafiəsi istiqamətində materialları, eləcə də onların bu sahədə məlumatlılıq səviyyəsi daha da artmasına səbəb olmalıdır.

Müsabiqəyə aşağıdakı şərtlərlə qoşulmaq mümkündür və sonda MK üzvlərinin müsbət rəyini almış əsərlər kağız/elektron almanax şəkilində nəşr ediləcək və yayımlanacaq.

Müsabiqənin şərtləri:

• Müxtəlif janrlı əsələrin mövzusu, müstəqillik uğrunda azadlıq savaşı və vətənpərvərlik məsələlərini əhatə etməlidir.

• Müsabiqəyə 20.000 (iyirmi min) işarədən artıq olmayan poeziya, esse, bədii və publistik nəsr əsərləri qəbul olunur.

• Mətni üçün tələblər – şriftin qarnituru “Arial” 12, sətirlər arası interval 1, kağız formatı A4.

• Hər bir müəllif müsabiqəyə yalnız 2 əsər təqdim edə bilər .

• Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini əlavə etməlidir.

Ədəbi müsabiqənin yekunlarına uyğun olaraq seçmə əsərlər toplu şəkilində çap olunacaq və İnternetdə tanıtımı, e-nəşri və yayımı təşkil olunacaq.

Müsabiqənin müddəti:

Müsabiqəyə əsərlər 10 sentyabr – 10 oktyabr 2021-ci il tarixinə qədər qəbul edilir.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Telefonlar: +994125380317; +994702134043

Müsabiqədə iştirak etmək istəyənlər xanaydin@gmail.com elektron ünvana əsərlərinin elektron variantını yollaya bilərlər.

YYSİB, Müsabiqə Komissiyası, Təşkilat Komitəsi

Layihə və ədəbi müsabiqənin rəsmi feysbuk səhifəsi: https://www.facebook.com/sosialtebliqat/

Yaradıcı-texniki dəstək:

www.kitabxana.net – Milli Virtual-Elektron elektron Kitabxana

www.yenimedia.net – Sosial-Analitik informasiya portalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir