Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevdən əlilllərlə bağlı sahibkarlara müraciət. Əməkhaqqı və sosial ödənişlər artırılacaq

“Bu gün əmək müqavilələri bazasında əlilliyi olan şəxslərin əmək müqavilələrin sayı 70 mindir”.

Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildiirb ki, bu ümumi əmək müqavilələrinin 4 tam onda 1 faizi qədərdir:

“Amma qanunvericilikdə biz minimal norma olaraq 5% müəyyən etmişik. Deməli hətta minimal normanın altındayıq. Düzdür, son üç ildə kəskin artımımız olub, başlanğıcda bu 2 faiz idi. Deməli 2 dəfədən artıq artıb, amma hədəfimizə hələ də çatmamışıq”.

Onun sözlərinə görə, birinci növbədə əmək münasibətlərində əmək müqaviləsi ilə işləyən insanların içində əlilliyi olan şəxslərin sayı artmalıdır: 

“Bunun üçün həm sahibkarlar dəstək verməlidir, eyni zamanda bu şəxslərin peşə hazırlığı, müxtəlif sosial peşə reabilitasiya tədbirləri, dövlətin müxtəlif güzəştli alətləri və digər bu səpkidən olan dəstək alətləri çoxaldılmalıdır. Bunlar artdıqca artıq müxtəlif peşə və kvalifikasiyaya malik əlilliyi olan şəxslərimizin sayı artacaqdır. Peşə kvalifikasiyası olan insanı isə hər bir işəgötürən birinci növbədə öz müəssisəsində, təşkilatında görmək istəyir. Ona görə də bu, fəaliyyətimizin bir hissəsi olımalıdır. Dövlət Əmək Müfəttişliyi, Dövlət məşğullluq orqanları, Kobia, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar da müxtəlif platformalarda daim təşfiq etməlidir ki, əlilliyi olan şəxslərin əmək müqavilələrinin sayı artsın”.

“Hədəf bu sayı daha da artırmaqdır” – Sahil Babayev

Əmək müqaviləsi bağlananlar arasında əlilliyi olan şəxslərin sayı təqribən 70 mindir, son üç ildə bu istiqamətdə 2 dəfədən çox artım olsa da, hədəf bu sayı daha da artırmaqdır.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən Forumda bildirib.

Nazir əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması üçün işəgötürənlərin dəstəyinin və digər dəstək alətlərinin çoxaldılmasının, habelə peşə-əmək reabilitasiyasının önəmini qeyd edib.

Bildirib ki, əlilliyi olan şəxslərin müxtəlif peşə-ixtisaslara malik olmaları onların əmək bazarına çıxış, məşğulluq imkanlarının da artmasını şərtləndirir.

Hazırda Nazirliyin Bakının Ramana qəsəbəsində Peşə-Əmək Reabilitasiya Mərkəzinin uğurla fəaliyyət göstərdiyini deyən S.Babayev bildirib ki, əlilliyi olan şəxslər həmin mərkəzdə təlimlər keçərək yeni peşələrə, bacarıqlara yiyələnirlər:

“Elə bu Forumda iştirak edən bir sıra əlilliyi olan şəxslər də orada təlim kursu keçiblər. Əsas hədəflərdən biri odur ki, ölkəmizin hər bir regionunda belə peşə reabilitasiya mərkəzləri yaradılsın. Bu mərkəzlər əlilliyi olan şəxslərin əmək bazarına, əmək münasibətlərinə çıxışına, məşğulluğunun təminatına dəstək olacaq”.

Nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Əhali Fondunun birgə icra etdiyi layihə çərçivəsində Azərbaycanın ilk İnklüziv İncəsənət Məktəbinin fəaliyyətini qeyd edib.

Bildirib ki, İnklüziv İncəsənət Məktəbi 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərir. Bu seqment də genişlənəcək, hər bir DOST mərkəzində bu sahə üzrə infrastruktur yaradılacaq.

Azərbaycanda əməkhaqqı və sosial ödənişlər artırılacaq

Azərbaycanın 2022-ci il dövlət büdcəsinin layihəsinə əsasən gələn il əməkhaqlarında və sosial ödənişlərdə artım nəzərdə tutulub. 

Gələn il dövlət büdcəsinin xərcləri 28,974 milyard manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb. 

Layihəyə görə, gələn il cari xərclər artırılaraq büdcənin 68,7 faizini, yəni 19,9 milyard manat təşkil edəcək. Xərclərin artmasına təsir göstərəcək əsas amil isə əməyin ödənişi və sosial ödənişlərin artırılması olacaq.

Əməyin ödənişi və sosial ödənişlərin artırılması hesabına cari xərclər 2021-ci illə müqayisədə 10,5 faiz və ya 1,89 milyard manat artacaq. 

Layihə sənədində qeyd edilir ki, qarşıdakı illərdə əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən olacaq. 

Ortamüddətli dövr ərzində büdcə gəlirlərinin artırılması nəticəsində cəlb ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırlmasına, yardıma ehtiyacı olan vətəndaşlara hədəflənmiş sosial proqramların həyata keçirilməsinə yönəldiləcək. 

Sənəddə Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən o da vurğulanır ki, son iki ildə minimum əmək haqqının və büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artımı nəticəsində əməyin ödənişi xərcləri 2020-ci ildə ÜDM-in 9 faizinə çatıb: 

“Bu nisbət Qafqaz və Mərkəzi Asiya regionunda ikinci ən yüksək göstəricidir. Cari xərclərin, ələlxüsus da əmək haqqı xərclərinin dayanıqlı olmayan mənbələr hesabına artımı və əmək məhsuldarlığı ilə uzlaşdırılmaması uzunmüddətli dövrdə makroiqtisadi və maliyyə dayanıqlığı üçün sınağa çevrilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir