İran rəsmiləri atom enerjisi ilə bağlı MAQATE ilə razılığa gəldilər
Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İrandakı nüvə obyektlərinin kameralarına girişini bərpa edəcək.
Bu barədə bazar günü İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami MAQATE-nin baş direktoru Rafael Qrossi ilə danışıqlardan sonra bildirib.
“MAQATE texniki qrupunun kameralarla lazımi işləri həyata keçirmək üçün İrana gələcəyi razılaşdırılıb.
Baş direktorun yaxın vaxtlarda Tehrana səfər edəcəyi və səlahiyyətlilərlə danışıqlar aparacağı barədə razılığa gəldik”, – Eslami əlavə edib.
Görüşün yekunlarına dair birgə bəyanatda qeyd olunur ki, MAQATE müfəttişlərinə MAQATE və İranın Atom Enerjisi Təşkilatının birgə möhürləri altında saxlanılacaq avadanlıqlara xidmət etməyə və onları dəyişdirməyə icazə veriləcək.
İran və MAQATE-nin birgə bəyanatında bildirilir ki, sənəddə Məhəmməd Eslaminin agentliyin sentyabrın 20-də açılacaq baş konfransının “kənarında” bir daha Rafael Qrossi ilə görüşəcəyi qeyd edilib.
Yeni görüşün məqsədi “İran və MAQATE arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək və qarşılıqlı maraq doğuran aktual problemləri müzakirə etmək üçün İran hökuməti ilə yüksək səviyyəli məsləhətləşmələr aparmaqdır”.
İran MAQATE-ni xəbərdar etdi: “Nüvə fəaliyyətimizi sürətləndiririk”
İran Atom Enerjisi Agentliyinin prezidenti Əli Əkbər Salihi parlamentdə qəbul edilən qanuna uyğun olaraq uranı yüzdə 20 faiz zənginləşdirəcəklərini söyləyib.
“Anadolu” agentliyinə iməlumat verir k, Salihi nüvə fəaliyyətlərinin sürətləndirilməsini və nüvə obyektlərindəki yoxlamaların məhdudlaşdırılmasını məcbur edən qanunu tətbiq edəcəklərini bildirib.
Qanunun hələ prezident Həsən Ruhani tərəfindən təsdiqlənmədiyini deyən, Agentlik rəhbəri təlimat veriləcəyi təqdirdə uranı yaxın gələcəkdə yüzdə 20 zənginləşdirəcəklərini açıqlayıb.
Bu çərçivədə MAQATE-yə məlumat verdiklərini söyləyən Salihi, “Məktubumuzu İranın Vyanadakı Daimi Nümayəndəsinə göndərdik. Müfəttişlər gəlib möhürlənmiş hissələri açmalıdırlar. Yaxın gələcəkdə uran qaz kapsulunu da yüksək səviyyəli uran istehsalı üçün MAQATE-nin nəzarəti altında əvəzləyəcəyik”,-deyə o əlavə edib.

