Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi haçan fəal proseslərə başlayacaq?!

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətə başlaması çox uzun çəkdi. Proseslərə indi start verilsə belə, müxtəlif texniki məsələlərdən dolayı, qrant müsabiqəsinin nə vaxt baş tutacağı ciddi suallar doğurmaqla bərabər, vətəndaş cəmiyyətində ciddi narahatçılıqlar yaradır” – Bu fikirləri RUPOR.az-a “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.

Fərmanın 7-ci bəndinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3 ay müddətinə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydasını təsdiq etməli idi;
2 ay müddətinə qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq etməli idi;
1 ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etməli idi.

“Hesab edirəm ki, məsələyə qrant müsabiqəsinin elan olunması formatında baxmaq düzgün deyil. Qrant müsabiqəsinin elan olunmaması nəticədir. Bu nəticəni doğuran səbəblər var.

Cənab Prezident İlham Əliyev tərəfindən 19 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalanmışdır.

Fərmanda agentliyin yaradılması və fəaliyyəti çox konseptual formada göstərilmişdir. Fikrimcə fərmanın özündə çox dəqiq tarixlərə prosesin dinamikliyi göstərilmişdir.

Çox təəssüflə deyə bilərik ki, fərmanda göstərilən fəaliyyətlərin müvafiq qurumlar tərəfindən icrası haqqında məlumat yoxdur.

Məlumatın olmaması bu qənaəti yaradır ki, həmin işlər görülməyib və yaxud nəzərdə tutulan müddətdə yekunlaşmayıb. Meydana çıxan problemlərin əsas səbəbi də məhz bu amillərdir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi müvafiq sənədlərin və təkliflərin hazırlayaraq Nazirlər Kabinetinə təqdim etdiyini bildirir. Bizdə bundan başqa məlumat yoxdur. Məlumat yoxdur ki, Nazirlər Kabineti və yaxud fərmanın icrasına cavabdeh olan digər qurumlar prosesi niyə yubadır.

Qeyd etmək istədim ki, Fərmanın 7-ci bəndinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  • 3 ay müddətinə Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydasını təsdiq etməli idi;
  • 2 ay müddətinə qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq etməli idi;
  • 1 ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etməli idi.

Yuxarıda qeyd olunan fəaliyyətlər fonunda Maliyyə Nazirliyi də müvafiq maliyyə fəaliyyətini aktivləşidirməli idi. Çünki 2021-ci il dövlət büdcəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi üçün təqribən 4-5 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait isə bu günə kimi istifadə olunmayıb.

Göründüyü kimi fərmanın imzalanmasında 4 ay müddət keçməsinə baxmayaraq, yuxarıda qeyd olunan hər hansı bir fəaliyyətin həyata keçirilməsi ilə bağlı məlumat yoxdur.

Nəticə isə ondan ibarədir ki, vətəndaş cəmiyyəti təşkilatların maliyyələşməsində və fəaliyyətində ciddi problemlər yaranıb. Çünki bizim fəaliyyətimiz təkcə qrant layihələrinin icrası ilə məhdudlaşmır. Ölkənin ictimai siyasi həyatında iştirak edirik, ictimai fəal insanlarıq. Bu fəaliyyətləri həyata keçirmək üçün müxtəlif xərclərin qarşılanması tələb olunur.

Təşkilatlın ofis icarəsi, kommunal -nəqliyyat, kommunikasiya xərcləri, mühasib xidməti və s. xərcləri var. Bunları ödəmək üçün isə vəsait yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir