Prezident BMT-nin yeni əlaqələndiricisini və səfiri qəbul etdi. Yanğınsöndürənlər mukafatlandırıldı

Prezidenti BMT-nin yeni əlaqələndiricisini və səfiri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Prezident hımçinin Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.

Prezident FHN əməkdaşlarına 1 milyon manat müafat ayırdı – Türkiyədəki fəaliyyətlərinə görə

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında” Sərəncam imzalayıb.

Sərəncamla Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir