Türkiyədəki meşə yanğınları: ekoloji və iqtisadi terror. Ramal Əliyevdən analitik təhlil
Son həftələr qardaş Türkiyədə, daha sonra digər ölkələrdə baş verən və davam edən meşə yanğınları ekspertlərin qarşısında ciddi analizlər tələb edən məsələ olaraq durmaqdadır. Meşə yanğınları dünya geosiaysi məkanının yeni fövqəl gücü – Şərq ulduzu sayılan Türkiyəni zəiflətmək üçün düşünülmüş siyasi, iqtisadi, yaxud ekoloji təsir vasitəsidir, terror aktlarıdır, yoxsa iqlim dəyişikliyinin, qlobal ekoloji böhranın təsirindən irəli gələn, qarşıdakı 10 ildə digər dövlətlərin, həmçinin, bütün dünyanın qarşılaşacağı güman edilən illik temperatur yüksəlişinin nəticəsidir!?
İyul ayının 28-nən vüsət almış, Türkiyənin 26 ərazisində baş vermiş böyuk yanğınlar minlərlə insanın evlərindən didərgin düşməsi, iqlim köçkünü, hətta ekoloji mühacirə çevirmiş, insan tələfatı ilə nəticələnən hadisələr elə sürətlə cərəyan edir ki, hətta beyin mərkəzləri, mütəxəssislər də onların necə bitəcəyi barədə proqnozlar verməyə çətinliklər çəkirlər.
Yalnız Türkiyə deyil, Rusiya, ABŞ, Serbiya, Yunanıstan, Kanada, İtaliya və başqa ölkələrdə də genişlənən meşə yanğınlarının əsas səbəbi kimi inan faktoru götürülsə də, görünən tərəf odur ki, qlobal istiləşmə, iqlim böhranı, planetimizdəki illi tempraturun get-gedə artması, zavod, nəqliyyat vasitələrinin ətraf mühutə tulladığı zərəli qazların arması bu qlobal böhrnı ortaya qoymuş, əgər vaxtında tədbirlər görülməsə, dünyamız, sözün hər mənasında, odsaçan cəhənnəmə çevriləcəkdir.
Tükiyə Azərbaycanın qardaş dövlətidir: orada baş verən hadisələrdən nəticə çıxartmaq mütləq vacibdir. Qarabağdakı 44 günlük II Vətən muharibəsində Azərbaycan Türkiyənin hərtərəfli dəstəyini gördü: istər siyasi, istər hərbi, istərsə də digəranlamda, sözün hər mənasında, bizə böyük dəstək olan qardaş dövlətdə fəlakət baş verən kimi, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə FHN-nin Yanğınla Mübarizə Xidmətinin texnikaları və canlı qüvvəsi ikinci vətənimizə göndərildi. Sadə vətəndaşlarımızdan tumuş, ta vəzifəli məmura qədər, hər kəs can Türkiyə deyərək, qardaşlarımıza dəstək nümayiş etdirir.
Müxtəlif sosial şəbəkələrdəki bloqqerlər, yazılı və elektron KİV-də çalışan jurnalistlər bu problemləri hər gün işığlandırır, həm dünya ictimaiyyətini, həm də Azərbaycan cəmiyyətini məlumatlandırırlar. Mütəmadi olaraq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən yanğınsöndürmə maşınları və 700 nəfərdən cox heyətlə qardaş ölkəyə yolandılar. Bizim heyətimiz Türkiyədə yanğınların söndurulməsi ilə ciddi şəkildə məşğul oldular. Sevindirici haldır ki, Türkiyə mətbuatıda bunu işığlandırır və doğrurdan da çox duyğulandırıcı hallar ilə raslaşırıq. Azərbaycan 31 iyul 2021-ci il tarixində başlayan yanğının ilk dəqiqələrindəm etibarən Türkiyəyə dəstək göndərməyə başlayıb. Helikopterlər, yanğınsöndürənlər, amfibiya təyyarə, 750 peşəkar yanğınınsöndürən alova bürünən meşələrin söndürülməsinə dəstək verməkdədir.
Bu olaylar zamanı qardaşlığımızın ən bariz nümunələrinə çevrilən maraqlı hallarla rastlaşırıq. Aslanlarımız heç nədən çəkinmədən alovla mübarizə aparır, unikal peşəkarlıq nümayiş etdiri, Qarabağdakı qəhrəmanlıqlara oxşar igidliklər göstərərək türk qardaşlarımızın və dünyanın rəğbətini qazanır, güclü dövlətçilik imkanlarımızı sübut edirlər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yanan evdən Türkiyə bayrağının götürməsi kimi ürəksevindirən faktları isə Türkiyə mediasında və sosial şəbəkə seqmentində çox böyük sayğı, rəğbətlə qarşılanır, təkrar-təkrar işıqlandırılır.
Son yanğınlara bir neçə prizmadan yanaşmag mümkündür: fikir versək görərik ki, nədənsə Türkiyədə baş verən bu yanğın hadisələri məhz koronavirus pandemiyası dövrunun sərt dönəminə deyil, qismən yüngülləşmiş günlərinə təsadüf edir. Burada incə bir məqama toxunaq: dövlətinin əsas gəlir mənbələrindən biri də turizim və əyləncə sektorudur. Ölkəyə daxil olan valuytanın böyuk hissəsi məhz beynəlxalq turizim sektoruna aiddir. Bu faktın özü isə imkan verir ki, Türkiyədəki meşə yanğınlarının başlıca səbəbi olaraq terror hadisəsini əsas götürək. Şərti olaraq ona iqtisadi-siyasi terror, həm də paralel olaraq isə ekoloji terror deyə bilərik.
Bəzi adamlar terror deyəndə düşünürlər ki, kimlərsə partlayıcı maddə və əldədüzəldilən bombaları bədəninə bağlayıb partlatması, yəni müxtəlif silahla törədilən hadisələr nəzərdə tutulur. Ekoloji və iqtisadi terroru törədənlər əla anlayırlar ki, birbaşa Türkiyənin əsas iqtisadi imkanlarına zərbə vururlar. Nəzərə salsaq ki, meşə yanğınları qonşu dövlətin 26 bölgəsində baş verib və bu o məkanlar da əsasən dənizqırağı, yaxud dəniz ətrafı yerlərdir. Ölkənin əsasən beynəlxalq turizm marşurutuna daxil olan dağlar, yaşıllıqlar, meşəliklər nişan alınıb ki, Türkiyənin əsas turizim sektoru buralarda fəaliyyət göstərir.
Hətta qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarında terror izinin olmasını istisna etmədiklərini bildirib. Bu günlərdə dövlət başçısı meşə yanğınlarının başvermə səbəbi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib. Meşə yanğınlarının başvermə səbəbi kimi bütün ehtimallara diqqət yetirdiklərini söyləyən R.T.Ərdoğan onu da söyləyib ki, rəsmi qurumlar yanğınların baş verdiyi yerlərdə araşdırmalar aparıblar. Saxlanılanların, həbs edilənlər olduğunu xatırladan ölkə rəhbəri Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik kəşfiyyatı tərəfindən verilən məlumatlarla tanış olduqlarını bildirib. Saxlanılanlar arasında ailələri terror təşkilatına bağlı olan insanların da olduğunu vurğulayan Prezident bu mülahizələri ilə bizim təxminlərimizi dəqiqləşdirib sanki.
Şəxsən məni maraqlandır ki, son yanğın hadisələrində insan faktoru və terror məsələsi əsasdır. Düzdür, uzun müddət qonşu ölkələrdə, eləcə də qardaş Türkiyədə tempratur 40 dərəcəsən aşağı düşmür. Yalnız Türkiyədə meşələr yanmır, İtalyada, Rusyada, Kanadada, Yunanıstanda da qlobal maştabda yanğınlar baş verir. Butun dünya indi fəryad edirlər ki, planetimizdə iqlim böhranı baş verib, bu tipli təbiət hadisələri tez-tez baş verəcək. Bizi həm də maraqlandırır ki, yangından sonra qonşu ölkədə zəlzələ və yeraltı təkanlar, sel, tufan da baş verdi. Bu faktların özü də düşünməyə vadar edir ki, meşə yanğınlarına ekoloji terror hadisəsi kimi baxsaq daortaya məntiqli suallar çıxır: bəs digər hadisələr necə baş verir? Tutalım, yeraltı təkanlar və zəlzələləri kim törədir?! Bəlkə Amerika Birləşmiş Ştatları yeraltı atom bombası partladır, zəzələ törədir, bizim xəbərimiz yoxdur?!
Son illər baş verən müxtəlif təbii fəlakətlərin sayının get-gedə artması, anormal proseslərin, texnogenik qəzaların, zəlzələlərin səbəblərini bəlkə başqa yerdə axtaraq? Dünyanın müxtəlif bölgələrində aparılan muharibələr, ətraf mühiti çirkləndirən nəhəng sənaye müəssisələrinin milyon tonlarla tullantıları, ekoloji böhran, ozon dəliyinin genişlənməsi, əbədi buzlaqların əriməsi, subasmalar, meşələrin qırılması kimi kritik olaylar son nəticədə təbii fəlakət, zəlzələlər, sel və qlobal yanğınlarla nəticələnməli idi.
Türkiyədə baş verən yanğının üzərində dayananda maraqlı bir nəticələr əldə etdik: “Yeni Şəfəq” qəzeti xəbər verdi ki, PKK-nın nəznində yaradılmış, fərqli terror qrupu sayılan “Alov uşaqları”nın meşə yanğınlarını öz üzərinə götürüb. Bu xəbərdən irəli gələrək axtarışlar verəndə, bu “Alov uşaqları” vaxtilə 44 günlük II Qarabağ muharibəsi zamanı öz saytlarında Ermənistana dəstəkləməsi barədə məlumatları yaymışlar. Bu təşkilatın maliyyə məsəllərinin ermənilər tərəfindən dəstəklənməsi faktları isə heç kimə sirr deyil. Və bu da ondan xəbər verir ki, doğrudan da qardaş Türkiyədə ekoloji terror aktını məhz onlar törədib.
Nə qədər sübyektiv səslənsə də, bu müharizələrimiz analizlərimizin məhsuludur və düşünür ki, ekspertlər bunun uzərində işləməlidilər. Yeri gəlmişkən, gəlin bir məsələyə də diqqət ayraq: 44 günlük Qarabag savaşında qardaş Türkiyə bizə dronlarla kömək etdi. Yüksək texnologiyalar istehsal edən qardaş ölkədə, maraqlıdır, yanğınsöndürənlərin xüsusi texnikalarla bağlı problemlər ortaya çıxdı. Ortaya suallar çıxır ki, indiyə qədər ölkədə yanğın söndurmələrdə istifadə üçün yararlı olan təyyarələr, vertalyotlar niyə yoxdur, yaxud az saydadır?! Hərbi dronlar hazırlayıb satan ölkədə bəs niyə yanğınsöndürən təyyarə və dronlar hazırlanmayıb?!
Türkiyə kimi sürətlə inkişaf edən bir ölkə, böyük iqtisadi potensialı olan, dünyanın hərbi sənayesində nəzərəçarpacaq dəyişikliyə səbəb olan dronlar istehsal edən dövlətin bü gün yanğınsöndürmə sektorunda boşluqlarının görünməsi, əslində, təəssüf doğuran məqamdı.
Əlbəttə, hər bir mənfi hadisədən müsbət tərəflər axtarıb tapmaq lazımdır. fikir verirsinizsə Türkiyə bu məqamda da həm daxildə, həm də xaricdəki dostlarını tanımağa başdadı. Türkiyə Prezidentinin və Xarici İşlər naziri bəyan etdilər ki, Ukraynadan, Rusiyadan, İrandan, xüsusən də qardaş Azərbaycandan aldığımız yardımından sonra ölkənin əsl dostlarının hansı dövlət olduğu bir daha sübut olundu. Sözsüz ki, Şərqin ulduzu sayılan Türkiyə tək deyil. Əslində, bu hadisə onun əbədi müttəfiqi sayılan Azərbaycanı da dünyada yenidən tanıtdı: möhtəşəm qələbə ilə nəticələnən Qarabaq müharibəsi zamanı olduğu kimi.
Biz bu məsələyə bir başqa prizmadan da baxmaq istəyirik: Türkiyənin dünyada böyuk gücə cevrilməsi, istər siyasi, istər iqsadi, istərsə də geopolitik və hərbi tərəfdən get-gedə möhkəmlənməsi baxımından maralı proseslərin şahidi olduq. Qardaş ölkə öz müttəfiqi Azərbaycana verdiyi böyük dəstək baxımından bir daha regionda ciddi söz sahibi olmasını sübut etdi. Təbii ki Türkiyə dövlətini istəyənlərlə yanaşı, rəqabət aparanları, düşmənləri də çoxaldı.
Yanan bölgələrə diqqətlə nəzər salsaq, görərik ki, Alanya meşələri daha şiddətli alovlara bürnüb. Statistika göstərir ki, məhz Alanya bölgəsində istrahət edən əksər turistlər ruslar və ukraynalılar, bir də azərbaycanlılardır. Bu da digər bir sualı doğurur: niyə məhz Alanya bölgəsi, nə üçün hər tərəfdən yandırılıb?! Ola bilərmi ki, Rusya ilə Türkiyə arasında sürətlə inkişaf edən münasibətlərinə xələl qətirmək, ona ciddi zərbə vurmaq üçün bu ekoloji terror aktları, meşə yanğınları törədilir ki, beynəlxalq turizm marşurutundakı böhranlı durum regional münasibətləri gərginləşdirsin. 44 günlük müharibədən sonra imzalanan üçtərəfli sənədə görə 10 noyabr Ermənistanı kapitulyasiyası baş verdi və savaş bitdi. Yəni savaş mərhələsindən diplomatik mübarizəyə keçid edildi. Danışıqlar hələ də davam edir: Zəngəzurdakı nəqliyyat dəhlizlərinin açılması məsələsi Rusya və Türkiyə maraqlarına cavab verir. Azərbaycanın hərtərəfli üstünlüyü Ermənistanı müəyyən məsəllərdə yenidən razı salmaq cəhdləri, eləcə də nəqliyyat dəhlizlərinin açılması, bölgənin sürətli iqsadi inkşafı baxımından müəyyən adımların atıması məsələlərinə görə o törədilən terror aktlarının təbiət hadisəsi kimi qəbul edilməsinə mane olur. Ola bilər ki, bir sıra qüvvələr yüksək səviyyədə inkişaf edən Rusya – Türkiyə münasibətlərinə zərər vurmaq istəyirlər.
Yeri gəlmişkən, Azərbaycanlılar da bu bölgədə xeyli sayda ev, mənzil, otel və digər obyektlər alaraq Türkiyənin türistik məkanlarında biznelərini qurublar. Soydaşlarımız addıqları evlər və mənzilləri kirayə verir, orada işləyən çoxsaylı Azərbaycanlı gənclər var. Naxcıvandan sakinlərinin bir qismi müvəqəti olaraq Türkiyədə yaşayır və müxtəlif sahələrdə, xüsusən turizm və xidmət sahələrində çalışırlar. Deməli, bu yanğınlar və onun sonrakı fəsadları bizim iqtisadi marağlarımıza da mənfi təsir edir.
Yanğınlardan ibrətlər götürmək lazımdır: Türkiyədə baş verən yangından sonra Prezident İlham Əliyev cənablarının sərəncamıyla Türkiyəyə yollanan yanğımsöndürənlərimiz fədakarcasına özlərini alovun icinə atırdılar. Fövqəladə Hallar Nazirliyinin və təhlükəsizliyimizlə bağlı digər qurumların əməkdaşları daha da peşəkarlaşır, yeni təcrübə toplayaraq faydalı bacarıqlar əldə edirlər.
Bəli, Yaradanın şah əsəri sayılan insan planetdə baş verən bütün hadisələrə görə məsuliyyət daşıyır və cavabdehdir. Biz bu yazımızla bəşəriyyətə təkrar ismariclar ötürdük: bu mülahizələrimiz nə qədər tez aidiyyəti qurumların rəhbərləri və sıravi insanlar tərəfindən tez qəbul edilsə, həyatda tətbiq edilsə, yaşıl planetimizi bəlkə xilas etmiş olarıq və Yer kürəsində yaşayışın tarixini, lap elə dünyamızın ömrünü uzada bilərik.
Ramal Əliyev,
Vətəndaş Cəmiyyəti Alyansı İH-nin üzvü,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
sədrinin müavini, anlitik-ekspert

