Sosial Xidmətlər Agentliyi: 2021-ci ilin 6 ayının yekunları və post-müharibə dövründə sosial xidmətlər

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1300-ü təqdim edilib. Ümumən indiyədək 10 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev verilib. Bölgələrdə də bu il üzrə onlara 460-dan çox fərdi evin verilməsi planlaşdırılıb və artıq həmin  evlərin inşasına başlanıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentlikdə 2021-ci ilin 6 ayının yekunlarına və postmüharibə dövründə sosial xidmətlərə dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvlərinə, qazilərə Agentlik tərəfindən 2020-ci ilin noyabr ayından psixoloji dəstək tədbirləri həyata keçirilir. Habelə müharibə dövründə zərərçəkmiş mülki əhali ilə psixo-sosial işlər aparılır. Ümumən 3 minə yaxın ailəyə səfər edilərək 10 min ailə üzvünə sosial-psixoloji dəstək göstərilib, ehtiyacı olanlarla davamlı psixoloji konsultasiyalar keçirilib.
Növbəti mərhələdə isə mənzillərlə təmin olunan müharibə əlilləri və şəhid ailələrindən də ehtiyacı olanlar üçün əlavə psixoloji dəstək tədbirlərinə, psixoloji konsultasiyalara başlanacaq.
V.Behbudov bu il üçün 160-a yaxın avtomobilin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə verilməsinin nəzərdə tutulduğunu, artıq 50-nin verildiyini, ümumən bu günədək 7250 avtomobilin bu kateqoriyadan olanlara təqdim edildiyini deyib.
O bu ilin 6 ayında 8614 vətəndaşa evdə (səyyar) sosial xidmət göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən ay, yəni iyun ayından pilot olaraq Bakının  Səbail və Yasamal rayonlarında  sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqlar üçün başladılan səyyar sosial reabilitasiya xidmətlərinə 18 uşaq cəlb olunub. Bu xidmətin effektivliyi müşahidə edildiyindən prosesin Bakının digər rayonlarını və bölgələri də əhatə etməsi üçün işlərə başlanıb.
Agentlik sədri əlilliyi olan gənclər üçün regionlarda peşə-əmək reabilitasiyası mərkəzlərinin qurulması, bu istiqamətdə onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi üzrə təklif hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. Layihənin Şəki və Quba rayonlarında həyata keçirilməsi ilə bağlı artıq ilkin işlərə başlanıb.
V.Behbudov qeyd edib ki, bu ilin ilk yarimilində 179 imtiyazlı şəxs sanator-kurort mərkəzlərinə yollayışla təmin olunaraq həmin mərkəzlərə yola salınıb, effektiv fizioterapevtik və digər vacib prosedurlara cəlb olunublar. Gələn ayın əvvəllərində isə daha 71 nəfər Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə göndəriləcək.
Mətbuat konfransında həsas əhali qrupları ilə bağlı qurumun digər sahələrdə gördüyü işlərdən də bəhs olunub, mətbuat nümayəndələrinin sualları cavablandırılıb.ŞƏRHLƏR

Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlıq memorandumu imzalanıb.  


Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov 100 illik yubileyini qeyd edən Universitetin müasir çağırışlara cavab verən kadrların yetişdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib. O, müxtəlif sahələr üzrə kadrların, o cümlədən sosial iş ixtisası üzrə mütəxəssislərin hazırlanmasında aidiyyəti qurumlarla elmi-təcrübi və praktik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hazırda ADPU-da sosial iş, təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Həmçinin 2020-ci ildən etibarən universitetdə bütün ixtisaslar üzrə bakalavrlar yeni proqramlar əsasında təhsil alırlar. Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 29 filialı, 13 sosial xidmət müəssisəsi olan Agentliyin fəaliyyəti, həssas qruplara göstərilən reabilitasiya yönümlü sosial xidmətlər, bu xidmətlərin operativ və səmərəli təşkili, sosial xidmətlərə əlçatanlığın artırılması üçün aparılan işlər barədə məlumat verib. Qurumun sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən təhsil müəssisələri ilə birgə iş təcrübəsi qurmaqda olduğunu, həmçinin sosial xidmətlər sahəsi üzrə ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.Memorandumda Universitetin sosial iş və təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan tələbələri üçün təlimlərin, bakalavr və magistr pilləsində təhsil alanlar üçün təcrübə proqramlarının, habelə birgə kursların təşkili, tələbələrin Agentlikdə könüllü fəaliyyəti üçün şəraitin yaradılması, sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, tələbələrin “start up” layihələrinin nümayiş etdirildiyi  innovativ ideyalar müsabiqəsinin həyata keçirilməsi və s. sahələr üzrə əməkdaşlıq istiqamətləri yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir