Ölüm konfeti – “Patı” harada hazırlanır? Gizli planlar, dəhşətli faktlar: hansı bölgələrdə hazırlanır?!

Son günlər xüsusilə gənclər arasında yayılan narkotikin, xüsusilə “patı” adı ilə tanınan metamfetaminin geniş yayılması Azərbaycanda həyacan təbilinin çalmasına səbəb olub. Narkotik aludəçilərinin sayının gün keçdikcə artması, ölüm saylarının yüksəlməsi vəziyyətin tam ciddiliyin gözlər önünə sərir.

Azərbaycan gəncliyinin üzləşdiyi bu bəla “gizli əl” ilə bu yolda bir sıra planlar həyata keçirilmək üçün nəzərdə tutulub.

“Patı” əlçatanlığı

Bakının baş toksikoloqu İsmayıl Əfəndiyev açıqlamasında ölkədə metamfetamindən (“patı”) ilə zəhərlənənlərin sayının  artığını bildirib.

Həkim qeyd edib ki, bu zaman əsasən nəfəs yolu ilə bədənə daxil olur və qana keçir:

““Patı” qəbulundan sonra beyində 1000 %-dən çox depomin hissi artır. Ona görə də beyində tez bir şəkildə gerindönmə fəsadları meydana çıxarır. Bu gün ağ-şəffaf kristallar, şüşə qırıntısına oxşayan növlər yayılıb. Problem narkotikin ucuzluğu ilə əlaqəlidir. O, deyib ki, metanfetaminin sintezi çox asandır”.

İ.Əfəndiyev həmçinin qeyd edib ki, kimyəvi biliyi olan hər bir kəs bunu hətta evdə də hazırlaya bilər. 

Araşdırmamız zamanı məlum olub ki, ölkədə satılan “patı”nın qiyməti təxmini 10 manatdan başlayır. Bəzi iddialara görə, bu metamfetaminin yəni  “patı” qeyri-leqal olaraq ölkə daxili laboratoriyalarda sintez edilir.

Mətbuatda “Pati”nin hazırlanması barədə daha bir neçə iddiaya rast gəlmək olur. Bir müddət əvvəl uzun illər narkotik aludəçisi olmuş şəxs açıqlaması zamanı bu ucuz, sintetik narkotikin elə Azərbaycan ərazisində İrandandan gələn mütəxəssislər tərəfindən hazırlandığı deyib. Tərkibi ucuz və əlçatan maddələrdən ibarət olan maddə 2-3 saatın içində əldə edilib, daha sonra alverçilərin əli ilə, dərdlərini yüngülləşdirmək adı ilə gənclərə satılır. Lakin bu iddialar DİN tərəfindən təkzib edilib. 

“Pati” sosial şəbəkələrdə 

Bundan əlavə ölkə ərazisində narkotik vasitələr sosial şəbəkələr vasitəsi ilə xaricdən idarə olunan səhifələr də satılır. İstənilən sosial şəbəkəsində mütləq şəkildə bu işlə məşğul olan səhifə mütləq tapmaq olur. Bu zaman açıq şəkildə səhifələrdə narkotik bazar açan şəxs öz “mal”ını alıcısına təqdim edir. “Mal” isə alıcıya çatdırılanda xüsusi “kəşfiyatçı alverçilər” vasitəsilə çatdırılır. Məkana  bələd olan bu şəxslər öz “əraziləri”ndə onu rahatlıqla sata bilir.

Bir məqamı da qeyd edək ki, Daxili İşlər Nazirliyin mütəxəssisləri tərəfindən daim sosial şəbəkələrdə narkotik vasitələr təklif edən və xaricdən idarə olunan səhifələrə daim xüsusi texniki tədbirlərlə nəzarət edilir. Belə şəxslər haqda dərhal ölçü götürülür.

Bir başqa iddialara görə, regionlarda da “pati” hazırlanan sexlər fəaliyyət göstərir. Gəncə, Lənkəran və Göyçay ərazisdində bu cür sexlərin olması iddia olunur. Bu siyahıda Bakı kəndlərinin də adları çəkilir. Hətta narkotik aludəçilərinin bir qismi Bakı kəndlərinin payına düşdüyü də deyilr.  

“Pati” harada hazırlanır?

Dəfələrlə mətbuatda ermənilərin 30 ilə yaxın işğal altında olan Azəraycan torpaqlarında narkotik plantasiyaların, laboratoriyaların qurulması haqqında məlumatlar dolaşıb. Hətta burada ən çox İran və Avropa ölkələrindən qeyri-leqal narkotik dövriyyəsi ilə məşğul olan sahibkarların bu işə külli-miqdarda sərmayə qoyduğuda qeyd edilirdi. Hazırda isə daha bir iddia ortaya atılıb. 

İddiaya görə Alman kəşfiyyatının apardığı araşdırmalardan bəlli olub ki, hazırda “pati” Xankəndidə hazırlanır. Qeyd edlir ki, bu faktla bağlı kəşfiyyatın əlində yetərli sübutlar var.

Bundan əlavə iddiada qeyd olunur ki, əvvəllər  bu sintetik narkotik maddənin istehsalı Zəngilanda həyata keçirilib. Lakin sonradan Zəngilan Azərbaycan tərəfindən azad edildikdən sonra, ermənilər narkotik terrorlarını Xankəndidə davam etdirməyə qərar veriblər.  

Azərbaycana ötürülən “Pati”

İddiaların arasında isə ən dəhşətlisi Xankəndidə istehsal edilən “pati”nin gizli yolla Azərbaycana gətirilməsi faktıdır. Bu dəfə də “gizli yol”, “gizli əl” rolunda cənib qonşumuz İran çıxış edir. Gizli yollarla İrandan gətirilən metamfetamin bütün respublikaya paylanılır.

Mütəmadi olaraq Xankəndinə tez-tez xarici ölkələrdən gizli, saxta nömrə nişanlı avtomobilərin gəlməsi haqqında da məlumatlar yayılıb. Hətta bəzi iddialara görə, hazırlanan “Pati” humanitar yardım adlandırılan avtomobil karvanları vasitəsilə İrana, Dağıstana, Çeçenistana və Rusiya ərazisinə çıxarılır. Oradan isə əvvəldən müəyyənləşən təyinatla lazım olan yerlərə ötürülür.

Və ya ermənilərin gizli planları…

İddialara görə ermənilər bu planla Qarabağda uğradıqları utancverici məğlubiyyətlərinin qisasını almaq məqsədilə həyata keçirirlər. Mənbənin bildirdiyinə görə, artıq bu məqsədlə bəzi dünya erməni lobbisinin liderləri narkotik ticarətinə külli-miqdarda sərmayə yatırıblar. 

Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? – HƏYƏCAN TƏBİLİ 

“İnsanı zombiyə çevirən sintetik tərkibli narkotik vasitələrdən istifadə edənlərin sayı durmadan artır, onların əksəriyyəti gənclərdir”.  

Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu özünün “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə şüşədən və digər sintetik tərkibli uyuşduruculardan istifadə edənlər qısa müddətdə görünməmiş şüur aydınlığına, gücə və aktivliyə malik olurlar: 

“Onun asılılığına düşənlər bu maddənin xroniki uzunmüddətli istismarının yaratdığı problemləri bütün spektri ilə yalnız orqanizmində deyil, həm də şəxsiyyətlərində, hərəkət və davranışlarında hiss edirlər. Təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik uyuşdurucular isə 2-3 dəfə istifadədən sonra asılılıq yaradır. Sintetik uyuşdurucuların müalicəsi təbii olanlara nisbətən daha çətindir. Belələrinə qarşı uzunmüddətli müalicə aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun. Sintetik uyuşdurucu istifadəçilərində digər narkomanlara nisbətən ölüm riski yüksək olur”.  

Ekspert təbii şəraitdə yetişdirilən narkotik maddələrin sintetik uyuşduruculardan daha baha olduğunu əlavə edib: 

“Ona görə də onun satış dövriyyəsi sürətlə genişlənir, istifadəçilərinin sayı durmadan artır. Əvvəllər xaricdən gətirilən sintetik uyuşdurucular hazırda daxildə istehsal olunur. Belə laboratoriyalar daha çox rayonlarda qurulur, şəbəkələnir və açıq şəkildə fəaliyyət göstərir”. 

Gənclərimiz kimyəvi narkotiklərlə MƏHV EDİLİR

Sosial şəbəkələrdə narkotik vasitələrin açıq reklamı və satışı ilə bağlı məsələ narahatlıq doğurur. Yayılan informasiyalarda gəncliyimizin kimyəvi narkotiklərlə məhv edildiyi bildirilir.

“İnstaqram”da, “Facebook”da çox sayda səhifələr var ki, narkotik vasitələrin satışı ilə məşğuldur. Məhsulların çeşidi onlayn şəkildə sifariş edilir, daha ucuz qiymətə təklif olunur və kuryerlərlə müştərilərə çatdırılır. Bu tip səhifələrin sayı günbəgün artır. 

Narkotiklərin açıq və onlayn satışının artması valideynlər arasında da müzakirə və həyəcan təbili yaradıb.

Sosial şəbəkələrdə addımbaşı qarşılarına çıxan bu səhifələrlə bağlı məsələnin ictimailəşdirilməsi, hüquq-mühafizə orqanlarının qabaqlayıcı tədbirlər görməsi üçün çağırışlar edilir.

Gəncliyimizin məhv olub getməsi vurğulanaraq, digər valideynlərə də övladlarının pis vərdişə aludə olmamaları üçün xəbərdarlıq edilir. 

Qeyd edək ki, bu günlərdə Ağ Partiya başqanı Tural Abbaslı da canlı debatlarından birində gənclər arasında narkotik istifadəçilərinin sayının artdığını qeyd etmişdi. O, sözügedən bəlanın gələcəyimizə ciddi zərbə vurduğunu xatırlatmışdı. 

Məsələnin aktuallığını nəzərə alaraq elə Tural Abbaslı ilə mövzunu davam etdirdik. Partiya sədrinin sözlərinə görə faciə odur ki, bu gün narkotik vasitə hər şüydən əvvəl əlçatan olub:

“Gənclər yaşından irəli gələrək yeni hiss və həyəcan yaşamaq istəyirlər. Bu, istənilən gəncliyin və yaşın tələbatıdır. Gənclərin bu gün həm də ucuz qiymətə əlçatanlığı narkotik vasitələrdir. Biri var ki, saatlarla, aylarla işləyəsən, sonra o həzzi alas an, biri də var ki, anında çəkib və ya vurub həzz alasan. Ən acınacaqlısı bu halın regionlarda daha çox artmasıdır.  Hansı ki, gələcəyimizə birbaşa vurulan zərbədir”. 

Xatırladaq ki, hazırda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin qeydiyyatında 33 min 788 narkotik maddə istifadəçisi var.

Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarında olan gənclər, 12969 isə 18-34 yaş aralığında olan şəxslərdir. Ötən il Narkoloji mərkəzin qeydiyyatında 32 min 921 nəfər olub.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə narkotikdən istifadə edənlərin sayı rəsmi statistikadan 2-3 dəfə çoxdur.

Vüsalə Balayeva, Alçina Amilqızı Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir