Flora Kərimovadan onu tənqid edənlərə sillə kimi cavab: “Balalarını, ailəsini düşünməyən “kişi” Vətəni üçün kimdir?!”

ƏSL MÜXALİFƏT OLMAQ, OLA BİLMƏK başqa, MÜXALIFƏTÇILIK isə – tamam başqadır!


“Müxalifət olsaydım, gərək məni çox ağıllı insanların siyahısına yazaydılar. Müxalifət – əsl, əldəqayırma yox – çox ağıllı olmalıdır. İqtidarı haqsız çıxarmağa faktları, məntiqi və cəsarəti olmalıdır. Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın. Təbii ki, hamısını demirəm, çünki mən də həmin çeşmədən su içmişəm. Mənsə heç vaxt su içdiyim qaba tüpürmərəm. Müxalifət – siyasətçi olmalıdır. Adını daşımamalıdır, özü olmalıdır. Müxalifət – intellektlə, vətənə olan sevginin vəhdətidir. Bir də ki daha müxalifətçiliyə yer qalmayıb. Çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə məni bir insan kimi ucaltdı. Hamımızı xalq, millət kimi ucaltdı. Həmişə deyirəm ki, vətəni ürəklə sevib, ağılla qoruyarlar”.Bu sözləri mən demişəm və dediyim hər kəlməmin arxasında iradəmlə dururam.30 illik həsrətimə son qoyulan QALİB ölkənin vətəndaşıyam! Alnı açıq, GÖZÜ YAŞLI, OĞUL ANASINİN ŞƏHİDİ ÜÇÜN “VƏTƏN SAĞ OLSUN” sözünü deyə biləcəyi qədər qürurluyam! Kütlənin QİNAĞINDAN qorxub real HƏQİQƏTLƏRİ DİLİN GƏTİRƏ BİLMƏYƏNİN VƏTƏN SEVGİSİNƏ, CƏSARƏTİNƏ şübhəm var! Sizlərdən fərqli olaraq “ÇOX SAĞ OL” deməyə səmimiyyətim çatır. İndi nə var “Müxalifətçilik” etməyə! Bu gun siz güclü ordusu olan dövlətdə yaşayıb, tox qarnınızla, SƏSİNİZİ DÜNYAYA DUYARA BİLƏCƏK İMKANLARINIZLA MÜXALİFƏTÇİ-sizsə, mən sovetlerdən qanı bahasına canını qurtaran, bir çorək üçün saatlarla növbə gözləyən, ordusu əli silah görməyən oğullardan qurulan, 11.000 şəhidi, 50.000 qazisi, indiki ŞƏHİDLƏRDƏN ÇOX İTKİNİ olan hakimiyyətin həm İQTİDARI həm MUXALİFİ OLMUŞAM! Sözünü deməyə nə MEYDAN VAR İDİ, NƏ MEYDAN TV. Ümidi həftədə bir dəfə 5000 tirajla çıxan 2 qəzətə qalan 25 il qadağada olan, SƏSİ bütün efirlərdən kəsilən TƏK QADIN SƏNƏTKARAM! Payınızı götürün.

Arif bəy, hörmətim Sizə böyükdür! Ehtimalınız dogrudur. 27 ildə deyil, YÜZİLLƏRLƏ düyünlənən ölüm-dirim savaşı 44 günə həll olunmasını gözləmək, OLUNANLAR xaric OLUNMAYAN və OLUNMALILARI sadalamaq indiki halda nə dərəcədə ədalətlidir?! Demirəm sizə kimlərəsə minnətdar olun, edilənlər EDƏNLƏRIN BOYNUNUN BORCUDUR VƏ EDIR!

Əli bəy, yuxarıda MUXALİFƏTİN, MÜXALİFLİYİN güvəniləcək simalarını yazmışam. Bu qədər sayğı və təzimin içərisində Sizə xoş gəlməyən nə oldu? Təzə ağzı süd qoxuyan, nə bahasına “MÜSTƏQİLƏM” sözünü dilə gətirməyin çətinliyini bilməyən kütləyə deyiləcək sözüm yoxdur. Siz ki məni 1 həftə yox, 1 il yox, illərə tanıdığınız halda məni nədə suçlayırsınız? Çətinlikləri, aclıqları, təpkiləri, əziyyətləri, qadağaları, sürgünləri, seçki hüquqlarını kimə sadalayırsınız? Kimə tarix səhifələrini və statistikaları göstərirsiniz? Bəlkə nələrsə yadınızdan cıxıb?! HARDA və HANSI ŞƏRAİTDƏ, KİMLƏRİN üzünə nə dediklərimi məndən yaxşı bilirsiniz! Kimi desəydilər düşünərdim, amma, Sizin məni hədəf alacağınız ağlıma gəlməzdi. Demədiyim sözü (Müxalifət olmasın demək, “ailə hakimiyyəti əbədi olsun” deməkdir) yozmanız arzunuzdur, yoxa böhtanınız? İqtidara yarınmaqdan, bəhrəsini görməkdən ötrü 25 il gözləyəcək qədər ağılsızmı oldum?! Mən bu millət ücün SƏSİMDƏN, SƏNƏTİMDƏN KEÇİB CAN QOYANDA İNDİKİ ŞƏPİK CAVANLARIN VALİDEYİNLƏRİ sinələrində Leninin nişanı ilə pambıq yığmağa gedirdi. Sizin sizdən böyük müəlliminizin SİLAHDAŞI OLMUŞAM VƏ VARAM! Elədiyim də kiminsə “Sağ ol“u üçün deyil VİCDANIM, MİLLƏTİM üçün idi! Sayğılarımla.
Demişəm yenə tekrar edirəm MƏNİM DAVAM TORPAQ-QÜRUR DAVASI OLUB, QARIN YOX! Mənim indiki HAKİMİYƏTDƏN NƏ ÇÖRƏYİM GƏLİR, NƏ SUYUM. Müstəqillik dönəmində yalnız bir fəxri adım olub, onuda 1992-ci ildə mərhum ƏBÜLFƏZ ELÇİBƏY verib! Bu adıma görə də dövlətin 170 manat pensiyasını alıram.
Heç kim gözümə baxıb deyə bilməz ki, FLORA XIRDALANDI! Hec kim məni düşündüyüm və real həqiqət bildiklərimdən daşındırmağa nə gücü çatar, nə də qüdrəti! Heç kim mənə AĞA deyil və heç kim mənə baş bilənlik eləməyə BAŞ deyil!

P.S. Kəramət, çox təəsüf edirəm ki, Allahından bəxşiş verilən fərqli düçüncən lağ-lağa və məsxərələrdə xərclənir. Dediyim fikir SƏRSƏM qavradınsa, bəlkə yazdığımı başdan təkrar birdə oxuyasan! Sənin sözünlə desək, Mən “bu yaşına kimi dözdü”m. Sən məhs ayıq başınla neçə yaşına kimi dözə bildin! Balasını itirməkdən qorxan ANA, balası ücün hər çür yola gedər (vicdanı çərçivəsində). Balalarını düşünməyən, ailəsini qorumayan “kişi“ Vətəni üçün kimdir?! Yetim balamdan keçib bu Millət ücün VARLIĞIMI ÜYÜDMƏDİM Kİ, kimsə yuxu görub yuxusunu başının böyüklüyünə görə yozsun. MƏN 1992-Cİ İLDƏ HƏRBİ QOSPİTALDA KOMADAKI YARALININ ALTINI YUYUB TƏMİZLƏYƏNDƏ, SƏN MƏNİ ACILADIĞIN DİLİMİZƏ VƏ BU GÜNKÜ KİMLİYİNƏ YİYƏLƏNİRDİN! Hələ ki nə ağlım, nə yaddaşım, nə də təhminlərim məni yanıltmayıb. Sənə şərh yazanlar yüz yox, yüz min ola, milyonunuzun iqtidarı mənim müxalif düşüncəmi əksinə çevirə bilməz!!!

Flora Kərimova, Xalq artisti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir