Lezbian qadın şəkilləri ilə kitab reklamı? – “Əli və Nino” nə cavab verəcək…

Aydın Xan Əbilov: “Sevginin rəngli formasını biz qəbul etməsək də, dünya bunu çoxdan qəbul edib”

img

Seksual (18+) reklam kampaniyaları ilə kifayət qədər məşhurlaşan Ali və Nino kitab mağazaları şəbəkəsi yeni qalmaqalla gündəmə gəlib. Bu səfər adıçəkilən kitab mağazası yeni kampaniyasında lezbiyanlığı təbliğ edib. Belə ki, növbəti kitab təqdimatında öpüşməyə çalışan açıq-saçıq geyinmiş iki gənc qız yer alıb.

Ali və Nino kitab mağazasanın son reklam kampaniyası ölkə ictimaiyyətə tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycan cəmiyyəti üçün bu cür layihələr mənəvi dəyərlərə ziddir.

  • “Əli və Nino kitab evinin sonuncu layihəsi olan lezbian sevgisi Azərbaycanda birmənalı qəbul olunmur”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov  “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Əli və Nino kitab mağazalar şəbəkəsi müxtəlif vaxtlarda Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı bir çox layihələrə imza atıb: “Bu layihələrin əksəriyyəti ədəbiyyatın, mədəniyyətin, kitab nəşrinin yayımı və satışına xidmət etsə də, bəziləri qalmaqalla yadda qalıb. Həmin qalmaqallar piar aksiyası kimi xatırlanır. Adıçəkilən kitab evinin sonuncu layihəsi olan lezbian sevgisi Azərbaycanda birmənalı qəbul olunmur. Bir çox insanlar bununla bağlı iki mövqedən çıxış edir. Şəxsən mən bu layihəni pisləyirəm. Onu da nəzərə almaq lazımdır ki, liberal düşüncəli gənclərimizin sayı da artır. Əslində, qalmaqal texnologiyası dünyada qəbul olunmuş bir forma sayılır. Bununla bağlı bir çox insanlar müxtəlif vaxtlarda həm siyasi, həm iqtisadi, həm də mədəniyyət sahəsində hansısa aksiyalar ediblər. Bu layihələr cəmiyyət tərəfindən normal qarşılanır. Hətta incəsənətin müxtəlif liberal formalarında mavi və çəhrayı sevgi çalarlarına da tez-tez rast gəlinir. Nədənsə Azərbaycan cəmiyyəti xaricdən gələn bu tipli hadisələri normal qarşılayır. Ancaq bununla bağlı Azərbaycanda hansısa bir hadisə baş verən kimi bu mövzu ilə bağlı böyük debatlar, müzakirələr başlayır. Onu da nəzərə almaq lazımdır ki, XXI əsrdə rəngli sevgilər, münasibətlər çoxalır. Əli və Nino məlum kampaniyasının da əsl məqsədi kitab oxumağı cəmiyyətə aşılamaqdır. Onlar sevgi ilə kitab oxumağı məsləhət görür. Sevginin rəngli formasını biz qəbul etməsək də, dünya bunu çoxdan qəbul edib. Bu formada hansısa reklam olursa, biz bunu tolerant kimi qəbul etməliyik”.

Məsələ ilə bağlı Əli və Nino kitab evinə müraciət etdik. Kitab evinin əməkdaşı məlum mövzu ilə bağlı bizə cavab veriləcəyini desə də, onlardan hər hansı bir fikir öyrənə bilmədik.

Günel CƏLİLOVA

https://www.baki-xeber.com/sosial/124714.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir