“Daha da ciddi addımların atılmasına ehtiyac var” – EKSPERT AÇIQLADI

“Mütəxəssislərin həyəcan təbilinə baxmayaraq əhalimiz yenə də arxayın olub, istədiklıri kimi hərəkət etməyə başladılar. Artıq bir neçə gündür ki, bununla bağlı mütəxəssislər həyəcan təbili çalırlar. Bildiyimiz kimi koronavirusun “delta”, “delta+”, “lambada” kimi yeni ştammları müxtəlif ölkələrdə sürətlə yayılmağa başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, qonşu Rusiyada istər ölüm faktı, istər yayılma faktının artması, İranda qapanmalara yenidən gedilməsi, Gürcüstan və digər bizə yaxın olan ölkələrdə yenidən qapanmalarla bağlı müəyyən addımların atılması Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahı və ekspertləri düşündürməli idi: “İstənilən halda pandemiyanın fəsadları onun iqtisadi, sosial və digər sahələrdə yaratmış olduğu fəsadlardan daha çoxdur. Çünki əhalinin böyük bir hissəsini pandemiya ilə bağlı yenə də təhlükələr gözləyir. Toylar, yaslar, kütləvi məclislər və tədbirlərdə sosial məsafənin saxlanılmaması, tibbi maskalardan istifadə edilməməsi, əllərin tez-tez yuyulması yoluxmaların sayının artmasına gətirib çıxartdı. Bütövlükdə nə ictimaiyyət, nə ekspertlər, nə iqtisadiyyata cavab verən dövlət qurumları karantin rejiminin uzadılması və ya ciddiləşməsi ilə maraqlı deyil. Yoluxmanın sayı get-gedə artsa, Azərbaycan da digər dövlətlər kimi xüsusi karantin rejiminin ciddiləşdirilmısinə və qadağaların sayını artırmağa məcbur olacaq”.

Aydın Xan Əbilov sözlərinə davam edərək həmçinin qeyd edib ki, vətəndaşlar anlamalıdırlar ki, bir tərəfdən planetin istiləşməsi, digər tərəfdən bu xəstəliyin yeni-yeni ştamlarının yayılması, eyni zamanda ekolojik və texnogenik qəzalar dövlətin də qarşısında böyük problemlər yaradır, insanların özünün də: “Təhsildə, iqtisadiyyatda, sosial həyatda get-gedə ağırlaşan vəziyyət bir daha hamımızı bu xəstəliklə yaşamağı öyrənməyə, düşünməyə vadar edir. Araşdırmalar onu göstərir ki, pandemiya zamanı nikahların bağlanması, toyların qadağan edilməsi ilə bağlı böyük problemlər yaşanıb. Qapanmaya gedilməsə də, bu məsələlərlə bağlı cərimələrin qaldırılması və daha da ciddi addımların atılmasına ehtiyac var”.

Arzu Qurbanzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir