Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib. Rəsmi açıqlama


Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.

Bu barədə stilist Samiraldo instaqram hesabında paylaşım edib. 

“Allah rəhmət eləsin!”, – deyə Samiraldo qeyd edib.

Yaxınlarının verdiyi məlumata görə, 74 yaşlı ifaçı müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb. 

1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında “Toylar Kralı” kimi tanınırdı.

2011-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb.

Qeyd edək ki, bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

Səməd Səmədovun ölüm səbəbi ilə bağlı – Yeni Klinikadan açıqlama

Xəbər verildiyi kimi, Xalq artisti Səməd Səmədov bu gün 74 yaşında müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib.

“Qafqazinfo”ya açıqlama verən klinikanın reanimatoloqu Emil Qasımov ifaçının ölüm səbəbi barədə danışıb.

O bildirib ki, S.Səmədov ötən gecə klinikaya çox ağır vəziyyətdə gətirilib:

“Xəstə çox ağır vəziyyətdə tənəffüs çatışmazlığı ilə reanimasiya şöbəsinə yerləşdirildi. Ona lazımi dəstək müalicəsi göstərildi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı aşkarladıq. Kreatin dəyərləri iki yarım dəfə yüksəlmişdi. Xəstənin sidik çıxışları demək olar ki, yox idi. 15-16 saat xəstəni renimasiyada saxlaya bildik. Bütün səylərə baxmayaraq, xəstəmizdə ürək dayanması baş verdi. Ölüm səbəbi olaraq sepsis və septik şok təsbit etdik”. 

Qeyd edək ki, Səməd Səmədovun koronavirusdan vəfat etdiyi bildirilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir