Azərbaycanda ən gənc İctimai Şura üzvü seçildi: Hüseyn Əsgərli
17 iyul 2021-ci il tarixində Gənclər və İdman Nazirliyi yanında İctimai Şura seçkilərinin ikinci turu kecirilib.
ADTGT təmsilçisi Hüseyn Əsgərli parlaq nəticə ilə Azərbaycanda bu təsisat tarixində seçilən ən gənc üzv oldu.
Hüseyn Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İdarə Heyətinin üzvüdür. 2001-ci il təvəllüdlü olan H.Əsgərli gənclər sahəsində bir çox milli və beynəlxalq layihə və tədbirlərin iştirakçısı və təşkilatçısı olub. 8 ölkədə gənclər mübadiləsi və inteqtasiyası proqramında fəal təmsil olunub. Xarici ölkədə ingilis dilində tibb ixtisası üzrə 4-cü kursda təhsil alır, 3 əcnəbi dildə sərbəst danışır.

