Lerikli deputat İqbal Məmmədovun sahibi olduğu “Relax”da işçisinin meyiti tapıldı. Atası danışdı.

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində “Relax” istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.

Bu barədə Lerik rayon prokurorluğundan məlumat verilib.

Lerik rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Relax” istirahət mərkəzi Lerikin deputatı İqbal Məmmədovundur.

Xatırladaq ki, “Relax” istirahət mərkəzi 2019-cu ildə ciddi qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

“Relax”da meyiti tapılan çayçının atası danışdı – Video
“Relax”da meyiti tapılan çayçının atası danışdı

Lerikdə yerləşən “Relax” istirahət mərkəzində çayçı işləyən Lənkəran rayonunun Təngivan kənd sakini 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti tapılıb. Onun meyiti təxminən istirahət mərkəzindən 20 metr aralıdakı çayda aşkar edilib.

“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, mərhumun atası Hüseyn Sücayev oğlunun silahla öldürüldüyünü iddia edib: “Onun ayaq izlərini gördüm. Ordan sürüşüb birbaşa daş üstə düşmək mümkün deyil. Ona zərbə vurulub və sonra sürüşüb. Sonra düşüblər aşağı. Onu tək heç kim öldürə bilməz. Oğlum idmançı uşaq idi, onu ancaq silahla öldürmək olar”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Relax” istirahət mərkəzi Lerikin deputatı İqbal Məmmədovundur.

Xatırladaq ki, “Relax” istirahət mərkəzi 2019-cu ildə ciddi qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

İqbal Məmmədov “Relax”dakı hadisədən danışdı

Deputat İqbal Məmmədov “Relax” istirahət mərkəzində baş verən ölümlə bağlı açıqlama verib.

Modern.az-a danışan İ. Məmmədov istirahət mərkəzindəki ölüm faktını təsdiqləyib:

“Dünən güclü yağış yağdığından, istirahət mərkəzindəki “Küləfrəngi” deyilən yer bu gün ümumiyyətlə xidmət göstərməyib. Anar da orada çalışırdı. Turistlər gəzəndə çayda uzanmış adam görüb təhlükəsizliyə xəbər veriblər. Əməkdaşlar hadisə yerinə gələndə Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun öldüyünü görüblər. Hazırda prorkuroluq əməkdaşları araşdırma aparır. Mərhumun oradan yıxıldığı, yoxsa intihar etdiyi müəyyənləşəcək. Çox ağır hadisədir, Allah ailəsinə səbr versin. Anar Sücayev evli idi, iki övladı qalıb. Biz də əlimizdən gələn köməkliyi göstərəcəyik. Bir vətəndaş kimi bu bizim borcumuzdur”.

Deputatın sözlərinə görə, istirahət mərkəzində bütün təhlükəsizlik qaydalarına tam riayət olunur:

“Hadisədir, araşdırılır. Ola bilər intihar edib, ola bilər ayağı sürüşüb, biz hazırda qəti nəsə deyə bilmərik. Ümumiyyətıə, əməkdaşların, eləcə də qonaqların təhlükəsizliyi tam qorunur. Pandemiyadan əvvəl, mövsümdə mərkəzdə 200 nəfər çalışırdı, hazırda isə 40 nəfər çalışır. Bədbəxt hadisədir, Allah ailəsinə səbr versin. Bu gün parlamentin son iclası idi, ona görə Bakıdayam. Sabah, ya da biri gün Lerikə gedəcəm, mərhumun ailəsinə baş çəkəcəyəm”.

Parlamentari həmçinin son vaxtlar insanların çətinliklərə tez təslim olmalarına təəssüfləndiyini bildirib:

“Cavan adamdı, indi səbəb nədir bilinmir. Amma son vaxtlar insanlar azca çətinə düşən kimi mübarizə aparmaqdansa, “asan”a qaçırlar. Elə bugün (dünən-red) səhər saatlarındakı güllələnmə kimi. Allah özü kömək olsun hamıya”.

İ. Məmmədov həmçinin deyib ki, hazırda “Relax” İstirahət Mərkəzinin rəsmi idarəçiliyi qardaşına məxsusdur:

“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim”.

Qeyd edək ki, iyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində ‘Relax’ istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir