Azərbaycanda kreativ biznesin mühum qolu: xarici turizm necə inkişaf etdirək?! Ramal Əliiyev yazır
Son bir il yarımda bütün dünya iqtisadiyyatını silkələyən, bəşəriyyətin həyatını dəyişən Covit-19 pandemiyası öz sarsıdıcı zərbələrini Azərbaycan iqtisadiyyatına, kənd təsərrüfatına, əyləncə və turzm sektoruna, kreativ biznesə də mənfi zərbələr vurdu və əksər sahələrdə geriləmələr baş verdi.
Azərbaycan təkcə yeraltı və yerüstü sərvətləri ilə yox strateji əhəmiyyəti, təbii coğrafi yerləşməsiylə də çox əlverişli imkanlara malik ölkə sayılır. Bu imkanlar isə şərait yaradir ki, ölkəmiz turzim sektorundan da büdcəsinə coxlu gəlir daxil etsin.
Biz ötən əsrin 90-ci illərində dünyanın əksər böyük ölkələrinin nəhəng şirkətləriylə bağladğımız “Əsrin neft müqaviləsi” ilə neft emalımızı sürətləndirdik. Neft və qazımızı dünya bazarına çıxararaq gəlirlərdən maksimum dərəcədə faydalansaq da, iqtiadi faydalılıq baxımından o sahədən heç də geri qalmayan daxili və xarici turizm sektorlarının genişləndirilməsi istiamətində işlərə gec başladıq. Əgər Azərbaycan son 4 ildə əyləngə sektoru və turzmə qoyduğu kapital yatırımını 10 il əvvəldən başlasaydı, qonşu ölkələrdə yaşayanları, eyni zamanda, xarici turistləri ölkəmizə daha çox cəlb edə bilərdik. Güman edirik ki, neft kapitalından asılılığı azaltmaq, qeyri-neft sahələrinin inkişafına dövlət dəstəyinin verilməsi, iqtisadiyyatın şaxələndirilməsi, kreativ biznes və əyləncə sektorlarına, xüsusən də otelçiliyə, turizmə xüsusi marağqları artırdı. Ölkəmizdə keçiriən dünyasəviyyəli mədəni-humanitar tədbirlərinin, idman yarışlarının da respublikamızın xarici turizminin inkişafına xüsusi təkan verdi.
Turizm sektorunun inkişafi ücün təbiət resursların, coğrafi şəraitin olmasaı yetərli deyil. Xüsusən də xarici turistlər ücün müasir 5 ulduzli otellərin tikilib istifadəyə verilməsi, onlarda və restoranlarda xidmət mədəniyyətinin yüksəldilməsi, eləcə də əyləncə-istirahət sektorunun personalların nüfuzlu beynəlxalq mütəxəssislər tərəfindən peşəyönümlüvə peşəkarlığın artırılmasına istiqamətlənmiş kursların təşkili kimi amillərə önəm verilməlidir. Təəssüflər olsun ki, respublikamızda paytaxtdakıları çıxmaq şərti ilə, ya 5 ulduzlu otellərdəki xidmət və təqdim edilən servislər beynəlxalq standartlarta uyğun gəlmir, ya da 5 ulduzu otelə görə layiqli xidmət mövcud deyil.
Bu sahədə müəyyən araşdırmalar aparan şəxs kimi biz təklif edərdik ki, yeni tikilən, məhz əcnəbi turistlər ücün nəzərdə tutulan otellərin personalının xidmət səviyyəsini qaldırmaq üçün, bu sahə üzrə uzunmüddətli təcrübələr əldə etmiş qardaş Türkiyənin aparıcı mütəxəssisləri dəvət edilməklə, layihələr həyata kecirilsin.
Geniş ictimaiyyətdə xarici səyahətçilər, xüsusən də Ərəb ölkələrindən gələn əcnəbi turistlərə qarşı davranışı ürəyaçan səviyyədə olmadığına görə respublikamıza son 5 ildəki Şərq ölkələrindən gələn turist axınının zəifləməsinə səbəb oldu. Bizim insanlar bir tərəfdən onların ölkəmizə gəlib valyuta xərcləməsini istəyir, digər tərəfdən də onları bura gəlməsinə maneə olmağa çalışırıq. İnternet saytlarında və müxtəlif sosial şəbəkələrdə bu problemlərlə bağlı yayımlanan çoxsaylı materiallardan da görünür ki, ölkə vətəndaşları xarici turizmin “nazıyla oynamadan” kreativ biznes qurmaq, əyləncə və istirahət sektorunda milyarlar qazanmaq istəyir.
Əgər biz iqtisadi potensialı yüksək olan bu sektorun sürətli inkişafın arzulayırıqsa, xarici turist qəbul etmək, onlara yüksəksəviyyəli xidmət və servis təqdim etməyi bacarmalıyıq. “Şıltaq”, “tezinciyən” əcnəbi qonaqlar ölkəmizə istirahətlərini səmərəli təşkil etmək istəyini normal qarşılamalıyıq: onlara səbr göstərməyi bacarmalıyıq.
Etiraf etməliyik ki, bu sahəyə maddi vəsaitini qoyaraq biznesini yaradan iş adamları – otelçilər, turizm şirkətlərinin sahibləri maddi cəhətdən zəif turistin gəlməsindənsə, maliyyə imkanları daha yüksək olan varlı xaricilərin ölkəmizə gəlməsində maraqlıdırlar. Söz yox ki, bu qəbil turistlərin öz ciddi tələbləri olur: imkanlılar istirahət ücün bir ölkəni seçməmişdən əvvəl oranın coğrafi mövqeyini, təbiət şəraitlərini, loqistik imkanlarını, xoş iqlimini öyrənir, eləcə də dəniz və çimərlik, meşə və dağ, ov ücün məkanlar, qış mövsümündə xizək sürmək ücün yerlər, bir sözlə, istirahət üçün vacib sayılan digər şəraitlərinin olub olmadığını analiz edərək qərar verirlər.
Bizim bəzi işbazlarımız isə istəyir ki, xarici turistlər ölkəyə gəlsin, sadəcə, otellərdə qalıb gecələsinlər, pullarını xərcləyib sakitcə də dövlətlərinə qayıtsınlar. Xarici turistlərə pul kisəsi kimi baxan bir sıra otelçilər, şirkət sahibləri, nəqliyyatçılar fikirləşirlər ki, onlar nə dənizə görə, nə də, tutalım, ov etmək üçün respublikamızı ziyarət edirlər. Belə mənfi hallar isə təbii ki, xarici turistləri qane salmir. Ölkəmizə ilk dəfə gələn xarici turist ikinci səfər bura qayıtmağa həvəs göstərməz: bu isə milli kreativ sənayemizə əsl anti-reklamdir.
Xarici turistlər çox həssas təbəqə sayılır və onlara yanaşma incəliklər tələb edir. Sadə dillə ifadə etsək, siz kiminsə evinə qonaq gedirsiz, əgər üzünüzə yaxşı baxmasalar, bir də ora qayıdacaqsızmı?!
Bu mənada Azərbaycanımızın potensialı çox böyükdür. 11 iqlim tipi, dəniz ahilindəki mirvari – Bakı nefti, Şimaldakı zirvəsi qarlı dağlar, Cənubdakı Talış dağları, zümrüd meşələr, Gəncə-Tovuz, Aran, Muğan və başqa bögələrimizin turizm potensialı hələ də axıra qədər açılmayıb.
Tarixi abidələr, palçıq vulkanları, şəlalələr, təbiət parkları, ovçuluq məkanları, göllər, çöllər,dağlar, meşələr, parklar, mətbəx təamları, orqanik məhsullar, bir sözlə, beynəlxalq turizm marşurutu üçün vacib olan bütün imkanlara malikik, amma gəlin baxaq, onlardan lazımi səviyyədə yararlanırıq?
Bircə faktı sadalayaq: ölkəmiz, az qala, 6-7 aylıq cimərlik mövsümünü davam etdirilməsi mümkün olan, dünyanın ən böyük gölü sayılan Xəzər dənizindən lazimi səviyyədə istifadə olunurmu? Çimərliklərimiz ekoloji və sanitarik cəhətdən normal vəziyyətdə deyillər.
Ölkəmizə gələn əcnəbi turistlərin böyük əksəriyyəti əsasən ərəblər və müsəlmanlar təşkil etdiyinə görə nəyə görəsə indiyə qədər bizdə “halal otel”,”hala çimərlik”, “halal istirahət mərkəzləri” təşkil olunmur. Qlobalistlər və liberallar nə qədər etiraz etsələr də, qadın və kişilər, eləcə də ailəlilər üçün çimərliyin, taksi xidmətinin, restoranların olmaması Şərq ölkələrindən gəlişini gözlədiyimiz turistlərin böyük hissəsi hələ də gözləmə mövqeyini tuturlar.
Amma sadaladıqlarımız qonşu Türkiyədə, hətta bir sıra Avropa ölkələrinin istirahət məkanlarında artıq sınaqdan çıxarılır. Niyə də bizim ölkədə olmasın?! mövcuddur.
Bəs “halal” anlayışlı istirahət subyektləri əsasən kimlərə hesablanır?! Ailəlilər və qadınlar ücün nəzərdə tutulmuş otellər, mehmanxanalar, motellər (hovuzda, saunada və s. rahat immək şəraiti ) və çimərlikləri özündə birləşdirən bu tipli yerlərdə adətən əksər, bəzən isə bütün xidmət personalı qadınlardan ibarət olur.
Təbii ki, bu təklifimiz həm ölkəmizdəki İslam dininə əməl edən müsəlmanların istirahəti, həm də ölkəyə gələn əcnəbi turistlərin əsasını təşkil edən ərəb mənşəli qonaqlar ücün vacib sayılan problemə aiddir.
Xarici turizim sektorunun inkişafi ücün ən əsas amillərdən biri də hər hansı bir ölkənin qədim tarixi abidələrinin qorunub mühafizəsi, gələnlərin ziyarətləri üçün açıq olmalarını təmin etməkdir. Bizim ölkəmizdə lazımi qədər qədim tarixi və təbiət abidələri mövcuddur. Bu abidələrin bəzilərinin əsaslı restavrasiyasına ehtiyac duyulur.
Onlardan birini misal olaraq göstərə bilərik. Postpandemiya dövründə əcnəbi turislərinin xüsusi maraq göstərdikləri Lənkəran şəhərində yerləşən, el arasında “zindan, turmə” adlandırılan “Dairəvi qala” hazırda uçma təhlükəsi altındadır. Orta əsrlərin bu unikal tikilisi vaxtilə sabiq SSRİ-nin rəhbəri İosif Stalinin cəza cəkdiyi tarixi qaladır. Bu məsələni dəfələrlə işiqlandırsaq da, təssüflər olsun ki, hələ də əməli bir tədbir görülmür, təmirinə başlamayıblar.
Unutmaq olmaz ki, belə abidlər bizim milli-mədəni, tarixi sərəvətimiz sayılmalıdır və biz onları vaxtında, vaxtaşırı təmir etməsək, bir necə il sonra tamam sıradan çıxacaqlar.
İnanırıq ki, önümüzdəki 5 ildə turzm sektoru daha da inkişaf edəcək: düşməndən azad olunmuş gözəl Qarabağımız və ətraf rayonlarımızın təbiəti, dağları, bulaqları, meşələri ilə xarici turustlərin marağına səbəb olacaq…
Ramal Əliyev,
Vətəndaş Cəmiyyəti Alyansı İH-nin üzvü,
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədr müavini
Analitik-ekspert

