QHT-lərə Dövlət Dəstəyi Agentliyi növbəti onlayn görüş keçirib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərlə onlayn görüşləri davam.

İyulun 5-də “Zoom” üzərindən təşkil edilən görüş zamanı Ağentliyin icraçı direktoru Fuad Dərgahlı və Agentliyin Müşahidə Şurasının üzvü Əvəz Həsənov ilə İnsan haqqları, ictimai vəkillik, demokratiya, hüquq məsələləri və insan alverinə qarşı mübarizə istiqaməti üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə fikir mübadiləsi aparıblar.

Agentliyin icraçı direktoru Fuad Dərgahlı görüş zamanı qurumun qarşısında duran vəzifələr və görüləcək işlər barədə məlumat verib.


Çıxış edən tanınmış QHT təmsilçiləri ağentliyin işinin yaxşılaşdırılması və QHT-lər ilə əməkdaşlığının gücləndirilməsi üçün aşağıdakı təkliflər ilə çıxış ediblər:

– QHT-lərin institutsional inkişafı üçün layihələrin təqdim olunması;

– Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlara hesabatların yazılmasında QHT-lərin rolunun artırılması və onlar üçün effektiv mühitin formalaşdırılması;

– Azərbaycanın beynəlxalq auditoriyalarda səsinin eşidilməsi və mövqeyinin çatıdırılması üçün təqdidat layihələrinə üstünlük verilməsi və beyin mərkəzlərinin inkişafına nail olmaq;

– QHT-lərin qeydiyyatının sadələşdirilməsi, digər kommersiya qurumlarının qeydiyyatı zamanı sadə prosedurların burda da tətbiq olunması;

– Xarici donorların ölkəyə qayıtması üçün mühitin formalaşdırılması;

– QHT-lərin aldıqları qrantların qeydiyyatı ilə bağlı prosedurların asanlaşdırılması;

– Regionlardan olan təşkilatların inkişafına diqqətin artırılması;

– İstehlakçı hüquqlarına xüsusi diqqətin artırılması;

– QHT-lərin ixtisaslaşması yolu ilə onların professionalığının artırılmasına diqqət;

– Xidmət sahəsində çalışan QHT-lərin davamlılığının artırılması;

– İnsan hüququları və demokrtaiya sahəsində maarifləndirmə layihələrinin artırılması;

– Seçkilər və insanların seçkilərdə iştirakı ilə bağlı maarifləndirmə tədbirlərinə maliyyə yardımı;

– Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində QHT-lərin aktiv iştirakına diqqət;

– QHT-lərin mövzular üzrə hesabatlar yazmaq və onu yaymasını stimullaşdırmaq;

– Davamlı və uzunmüddətli layihələrin maliyyələşdirilməsi;

– Erməni vətəndaşlarımız ilə sülh içində yaşamağa xidmət edəcək fəaliyyətin dəstəklənməsi;

– Dövlət orqanlarının QHT-lərin sorğularına cavabının daha operativ olmasına çalışmaq;

– Bəzi QHT-lərin 2014-cü ildən bu günə kimi banklarda qalan vəsaitlərinin istifadəsinə icazənin verilməsi;

– Məcburi köçkünlər ilə işin qrulması və repatriasiya prosesində QHT-lərin iştirakı.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi növbəti onlayn görüş keçirdiİyulun 8-də “Zoom” üzərindən təşkil edilən görüş zamanı Ağentliyin İcraçı Direktoru Fuad Dərgahlı və Agentliyin Müşahidə Şurasının üzvü Əvəz Həsənov ilə İnsan haqqları, ictimai vəkillik, demokratiya, hüquq məsələləri və insan alverinə qarşı mübarizə istiqaməti üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə fikir mübadiləsi apardılar. Görüş zamanı çıxış edən tanınmış QHT təmsilçiləri ağentliyin işinin yaxşılaşdırılması və QHT-lər ilə əməkdaşlığının gücləndirilməsi üçün aşağıdakı təkliflər ilə çıxış etdilər: 

  • • QHT-lərin maliyyə problemlərinin həll olunması üçün təklilflərin sistemlışdirilməsi və daha dayanıqlı maliyyə mənbəyinin formalaşmasına dəstək; 
  • • QHT-lər üçün güzəştli qaydalarda ofis üçün məkan və yaxud “QHT evi”nin təşkil olunması. 
  • • İnteqrasiya proqramlarına xüsusi diqqətin yetirilməsi; 
  • • Sosial şəbəkələr üzərindən QHT-lər tərəfindən açılan müzakirələr zamanı müsbət imicin qorunmasına çalışılması; 
  • • Agentliyin yalnız donor kimi fəaliyyət göstərməsi düzgün olmazdı. Agentlik vətəndaş cəmiyyəti ilə bağlı siyasətin idarə olunması, QHT-lər ilə bağlı normal mühitin yaradılması üçün çalışmalıdır;  
  • • QHT təmsilçilərinin iştirakı ilə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanun və digər qanunvericilik aktlarının dəyişidirilməsi və təkmilləşdirilməsi üzrə işçi qruplar yaradılmalı; 
  • • İctimai nəzarət və ictimai şuralar ətrafında yaradılan ajiatajın aradan qaldırılması bu sahəyə pozitiv münasibətin formalaşması; 
  • • Xidməti müqavilələr ilə bağlı vəziyyətin təhlil olunması və QHT-lərin xeyrinə həll olunması üçün işin görülməsi; 
  • • QHT-lər üçün elan olunacaq qrant mövzularını cəmiyyətdə yeni çağırışlardan irəli gələrək müəyyən etmək; 
  • • Post müharibə dövrünün tələbləri və ehtiyaclarını nəzərə alaraq QHT-lərin layihələr ilə çıxış etməsini stimullaşdırmaq; 
  • • Məhkəmə sistemində yaradılan yeniliyin insanlar arasında təşviq olunması üçün QHT təşəbbüslərinə dəstək olmaq; 
  • • Sığınacaqlar və reabilitasiya mərkəzlərini idarə edən QHT-lərə davamlı dəstəyin göstərilməsi; 
  • • QHT-lərə maliyyə dəstəyi göstərən digər dövlət qrumları ilə işin koordinasiya olunması; 
  • • QHT-lərin beynəlxalq təşkilatlar və beynəlxalq media qrumlarında təmsil olunması üçün dəstəyin göstərilməsi. 
  • • Gələcəkdə QHT-lərin beynəlxalq əlaqələrinin yaxşılaşdırılmasına dəstəyin göstərilməsi; 
  • • QHT nümayəndələri üçün dil kurslarının təşkil olunması.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir