Tibbi mini-ensiklopediya – 3. Sağlam insanda orqanizmin 10 əsas göstəricisi
Mütəxəssislər daim xəstəliklərin əalmətlərini sadalayır. Amma bu dəfə sağlam insanda orqanizmin 10 əsas göstəricisini bildiriblər. Əgər sağlam olub-olmadığınızı bilmək istəyirsizsə, bu göstəricilər sizdə qaydasında olmalıdır. Yox əgər göstəricilər belə deyilsə, deməli, sağlamlığıızla məşğul olmalısız.
Həmin göstəriciləri təqdim edirik.
İnsan orqanizminin 12 əsas sistemi var: məsələn həzm, tənəffüs, qan, endokrin və s. Onların hər biri vacibdir. Hər birinin norma göstəricisi var.
1. Arterial təzyiq
Sağlamlığın birinci vacib göstəricisidir. Normada 120-80 olmalıdır. Təzyiqdə dəyişmə qan damar və sinir sisteminin pozulmasının birinci əlamətidir. 130/90-a qədər müasir dövrdə normal hesab etmək olar.
2.Tənəffüs hərəkətlərinin sayı – Bir dəqiqədə sağlam insan 12-18 dəfə nəfəs alıb verməlidir. Bir tənəffüs hərəkəti bir dəfə nəfəs alıb-vermə sayılır. Bundan az və ya çox say tənəffüs sistemində problemləri göstərir. Bu da oksigen aclığıdır.
3. Nəbz, ürək ritminin sayı – Dəqiqədə 75-80 normadır. Bu optimal tezlikdir. Bu göstərici qanda oksigenin dövr sürətini göstərir. Ürək döyüntüsünü normadan az və çox olması problemdir.
4. Qanda hemoqlobin – qadınlarda 120-140, kişilərdə 140-160 mmol olmalıdır. Bu rəqəmlər orqanizmdə oksigenin miqdarını göstərir. Qanda hemoqlobin düşdükdə, tənəffüs tezləşir. Təngnəfəslik yaranır. Bununla da ürək-damar sistemi pozulur. Bu göstəricinin az olması qanazlığı, anemiyadır. Yəni bu orqanizm ciddi oksigen aclığı keçirir
5. Bilirubin – Qanın toksikliyini göstərir. Hər gün orqanizmdə minlərlə eritrosit hüceyrəsi ölür. Bunlar bilirubin səviyyəsində özünü göstərir. Normada bir litr qanda 21 mikromol olmalıdır. Əgər bu norma pozulubsa, deməli, həzm sistemi, qaraciyər, bağırsaq normal işləmir. Orqanizmin özünü təmizləmə prosesi pozulub. Göstərici 26-nı keçibsə, deməli, orqanizm zəhərlənir.

6. Sidik – Burda həm tərkib, həm miqdar vacibdir. Normada sağlam insan sutkada 1,5 litr sidik ifraz etməldir. Sağlam insanda onun rəngi açıq sarımtıl samanı rəng olur. Turşu mühiti 5,5. Sidikdə başqa heç bir yad element olmamalıdır. Əgər onda zülal, leykosit, göbələk, bakteriya tapılırsa, deməli, sidik ifrazat sistemi, böyrəklər, ümumilikdə orqanizm normal işləmir.
7. Çəki – qarın, bel bölgəsində piylənmə ciddi təhlükədir. Siz çəkinin maksimum yol verilən həddini aşmamalısız. Xüsusən kişilər üçün piylənmə təhlükəlidir. Məsələn, 170 sm boya görə çəki həddi 60-75 kq arasındadır.
İnsan orqan və sistemləri təbiət tərəfindən insan üçün yol verilən normada çəkiyə görə işləməyə yaradılıb, hesablanıb. Az və ya çox çəki sistemləri yükləyir.
Abdominal piylənmə zamanı kişilərdə qadın hormonu estrogenlər artır, burdan da kişi gücü azalır.
Kişi belinin çevrəsi 87-93 sm olmalıdır.
8. Qanda şəkər – norma 3,5 – 5,5 mmoldur. Bu göstərici orqanizmin operativ enerji ehtiyatını göstərir. Bu normaya cavabdeh mədəaltı vəz və endokrin sistemdir. İnsan üçün ən dəhşətli xroniki xəstəliklərdən olan diabet də məhz bu sistemin pozulmasından yaranır. Hər bir insan qanda şəkərinin miqdarını ildə 2 dəfə yoxlatmalıdır.
9. Qanın PH göstəricisi – turşu-qələvi mühiti. Çox insan bunu bilmir. Amma bu canlı insan ilə ölümə yaxınlaşan insanı fərqləndirən ən birinci göstəricidir.
Kardioloqlar bunu həyatın göstəricisi adlandırır.
Normada o 7,43 olmalıdır. 7.11-i keçən kimi ölüm baş verir. 7,41 kəskin ürək çatışmazlığında baş verir.
Qanın PH göstəricisi sağlamlığın düsturudur. Təəssüf ki, hər şeyi yoxlatsaq da onu yoxlatmırıq.
10. Leykositlər – qanda leykosit göstəricisi sağlamlıq və iltihabi proseslərin, hətta onkoloji xəstəliyin də göstəricisi ola bilər. Leykositlər immun müdafiədir. Virus və bakteriyalara ilk onlar cavab verir.
Qanda göstəricisinin kəskin artması və azalması ciddi siqnaldır: o deməkdir ki, daxildə müharibə gedir.
“Aspirin” xərçənglə əlaqəli ölüm riskini və metastazları azaltmaq qabiliyyətinə malikdir.
Bu barədə Kardiff Universitetinin onkoloqları uzunmüddətli tədqiqatlardan sonra bəyan ediblər.
Mütəxəssislər yoğun bağırsaq, prostat və döş xərçəngi də daxil olmaqla 18 fərqli xərçəng növünə tutulmuş xəstələrdə aparılan əvvəlki tədqiqatları analiz edərək “aspirin”in metastazların yayılmasını azaltdığını görüblər.
Onların sözlərinə görə “aspirin”i qəbul edən xərçəng xəstələrində ölüm nisbəti əhəmiyyətli dərəcədə azaldığını göstərən kifayət qədər dəlil var və bu fayda, xərçəngin yalnız bir növündə məhdudlaşmır.
“Aspirin” qanı durultduğundan gündəlik istifadə zamanı yan təsirlərindən biri daxili qanaxma riski ola bilər. Bununla belə, alimlər dərmanı qəbul edən xəstələrdə qanaxma ilə əlaqəli ölümlərin çox olduğuna dair bir dəlil olmadığını bildiriblər.
Alimlər vurğulayıblar ki, gələcəkdə “aspirin”in bəzi nadir xərçəng növlərinə təsirinin öyrənilməsi ilə sınaqlara başlanacaq.
Kovid peyvəndi vurdurandan sonra mütləq bu müayinələrdən keçin – Xəbərdarlıq.
Koronavirusa yoluxub sağalandan sonra mütləq sağlamlığı yenidən müayinə etmək, bəzi analizlərdən keçmək lazımdır.
Rusiyalı həkim Aleksey Dekonskiy xəstələrin mütləq ürək və damarları yoxlamasının vacibliyini bildirib.
“Mütləq ürəyin elektrokardioqramma, EXQ, holter monitorinqi, təzyiqin müşahidəsi, qanda xolesterin, lipid analizi verilməli, ayaqda və boyunda damarlar dopler olunmalıdır.
Taxikardiya, təzyiq yüksəlməsi və gəzərkən təngnəfəslik varsa, mütləq kardioloq müşahidəsində olmaq lazımdır”.
Xəstələr ən azı virusdan sonrakı 1-2 ildə ürək-damar sistemini nəzarətdə saxlamalıdır.
Peyvənddən sonrakı 1 həftə ərzində yaşı 50-dən yuxarı olanlar qan ümumi, laxtalanma və D dimer analizi verib, qanın durumu və tromboza meyilliyi yoxlamalıdır.
Eləcə də ayaqlarında damar problemi, varikozu olanlar ayaq damarlaını dopler etdirsə yaxşı olar.
Professor İvan Neumıvakin böyrək və qaraciyəri artıq toksin, zibil, qum, zəhərlərdən təmizləyən sadə üsul tətbiq edib.
Bu metodu 30 gündə cəmi 1 dəfə etmək kifayətdir.
Bunun üçün sizə itburnu, hər hansı qarın işlədici dərman və diabetik sorbent lazımdır.
İtburnu yuyulub, xırdalanır və üzərinə 5 stəkan qaynar su alınıb, gecədən səhərə kimi dəmə qoyulur. Səhər bir stəkan itburnu dəmləməsinə qarın işlədici tableti əzib və ya siropu qatıb içirsiz.
Axşam da eyni qayda ilə içilir.
Növbəti gün səhər itburnu dəmləməsinə diabetik sorbet qatılıb içilir. Bu məhsul diabetlər üçün olan bölmələrdə, aptekdə satılır.
Bu zaman qaraciyərin üzərinə isti “qrelka” qoyulur. Əgər qaraciyərdə kist, öddə daş yoxdursa.
Əgər varsa, “qrelka” qoyulmur.
Bu günlər bol su içirsiz. Qarnınız işləyə bilər. Böyrəklərdən gəlib tökülənlər isə sizi şoka salacaq.
Pandemiya başlayandan müxtəlif alim və həkimlər kovidin təbii yox, süni yaradılması, bioloji və hətta kimyəvi silah olması barədə fikirləri irəli sürürlər.
Medicina.az xəbəRusiyalı həkim infeksionist, professor Mixail Bala virusun süni mənşəli və bioloji silah olduğunun sübutunu açıqlayıb.
Bala virusun orqanizmə daxil olduğu zaman immun sistemin reaksiyasının özəlliyinə diqqət çəkib.
İmmunitet paradoksal şəkildə işləyir deyə professor heyrətini gizlətmir.
“Adətən infeksion viruslarda virus hüceyrəyə daxil olsa, onu özünə tab etmək prosesi işə düşür, bu zaman virusa mane olmaq üçün virusəleyhinə immun müdafiə mexanizmi işə düşür və qısa müddətə vəziyyətə nəzarət olunur. Lakin koronavirusda bunun tam əksinədir.
İmmunitet elə kəskin təlatümlü reaksiya verir ki, biosistemlərin özünü dağıtma prosesi başlayır. İmmunitet heç vaxt olmadığı qədər ağlını itirir, orqanizmin bütün əsas sistemlərini vurur. Müdafiə etmək əvəzinə özü bədənə qənim kəsilir. İmmunitet nə qədər güclü, sağlamdırsa bir o qədər böyük masştabda dağıdıcı proses işə düşür və xəstənin daxili orqan və sistemləri çökür. İmmunitet mübarizə və müdafiə proqramlarını itirir, hər şeyin əksinə gedir, öz mexanizmlərini dağıtmağa başlayır. Virus asanlıqla hüceyrələri ələ alır və orda mübadiləni tam pozur. Xroniki və yaşlı xəstələrdə öncədən də hüceyrələr zərər çəkdiyi və zəif olduğu üçün, daha çox sayda hüceyrə ziyan görür. Ona görə belə xəstələrdə Sitoken qasırğası sürətl başlayır və xəstəni öldürür”.
Professor Bala qeyd edib ki, uzun müddətli inkubasiya dövrünün olması, yüksək və sürətli yoluxuculuq qabiliyyəti və çox ağır sitoken fırtınası törədə bilməsi koronavirusun süni mənşəli olmasının digər göstəriciləridir. Koronavirusa qədər tibb heç vaxt virusu kənarda qoyub, immunitetin özünü məhv etməsi prosesi ilə mübarizə aparmayıb.
Bu virus insan immunitetinin mexanizmlərini komputer dəqiqliyi ilə öyrənib və onun cavab reaksiyalarına qarşı silahlandırılıb. Heç bri təbii virus belə gücə malik olmayıb və olmayacaq. İmmunitetin mexanizm sirlərini ancaq alimlər bilir.
Bəzi bədxassəli şişləri tapıb müalicə etməyə dəyməz – Onkoloqdan ŞOK
Avstraliyalı alimlər onkologiyada diaqnostika və müalicə ilə bağlı maraqlı bir açıqlama ediblər. Onlar bir neçə tədqiqatın nəticəsində bu qərara gəliblər ki, bəzi şiş növlərini diaqnoz edib, əməliyyat və müalicə etmək əslində lazım deyil.
Bir çox bədxassəli şişlər diaqnoz olunana qədər xəstəyə heç bir narahatlıq vermir və ölüm təhlükəsi yaratmır.
Söhbət hiperdiaqnostikadan gedir. Yəni kütləvi olaraq insanların skrininqi, xərçəngi erkən təyin edib, erkən müdaxilə etmək. İş ondadır ki, bəzi şişlərin müalicəyə necə reaksiya verəcəyi məlum deyil.
Alimlərin yeni elmi tədqiqatının nəticəsi Medical Journal of Australia-da dərc edilib. Müəlliflərin fikrincə 42% hallarda prostat, 42% halda böyrək, 73% halda qalxanvari vəz, 58% halda melanoma, 22% halda qadınlarda süd vəzi xərçəngi şişləri əbəs yerə üzə çıxarılıb müalicəyə cəlb edilib.
Diaqnoz zamanı şişin müalicəyə necə cavab verəcəyi və xəstənin həyatı üçün nə qədər şans verəcəyi məlum olmur. Məsələ diaqnostika ilə bitmir.
Bəzən pasiyentlər əbəs yerə lazımsız hallarda şiş çıxarma əməliyyatlarına məruz qalır. Halbuki həmin şişlər heç vaxt simptom verməyəcəkdi və xəstənin bəlkədə 10-15 il normal yaşamasına mane olmayacaqdı.
Məsələn, ən çətin diaqnostika süd vəzilərindədir. Həkimlər 90% hallarda şişin nə dərəcədə aqressiv və həyati təhlükəli olduğunu deyə bilmir. Əminsizlik faizi çox olsa da süd vəzidə şiş aşkarlanıb deyə qadın yüksək dozalı güclü kimyaterapiyaya cəlb olunur. Bəzən isə bu müalicə onun 2-3 il sonra ölümünün qarşısını ala bilmir.
“Tibdə potensial fayda və potensial zərər anlayışı var. Onkoloqlar bunu nəzərə almalıdır. Biz həddən artıq çox hiperdiaqnostika və həddən artıq çox müalicələrə görə narahatıq” deyə alimlər bildirir.
Pandemiyadan sonra gizli “3 U” planı gəlir, insanları uyuşduracaqlar – Türk analitikdən DEŞİFRƏ
Türkiyəli sosioloq, araşdırmaçı və analitik Kaan Sarıaydın kovid 19 pandemiyası başlanandan Yer üzündə oynanılan planlardan danışır və pandemiyanı “plandemiya” adlandırırdı.
O, əsas qüvvələrin plandemiyadan istədikləri nəticəni ala bilmədiklərini deyərək, bundan sonra başqa planların işə salınacağı barədə açıqlama verib.
Sarıaydın növbədə gələn planları, sirləri deşifrə edib.“ Plandemiyadan sonra əsas proqram “Süni həyat” layihəsi gələcəkdi. Torpaqları zəhərləyib, orda yetişən qidalara dərmanlar vuraraq, insan genetikasını dəyişəcəkdilər.
Amma bu layihə ləğv edildi. Çünki o qüvvələrin pandemiyadan gözləntikləri nəticə alınmadı, bəzi planlar uğursuz oldu. Bu da onların yox, Allahın işi idi.
Plandemiyanın axırına çatırlar. Bundan sonra ehtiyatda olan B planı gəlir. Bunun adını mən “3 U” qoymuşam, yəni 3 U hərfi.
3 U nədir: Uyuşdurmaq, unutdurmaq və uyutmaq, yəni yatırtmaq.
Bunun üzərində 50 ildir iş gedir, insanlıq üzərində sınanır. Psixoloji, nevroloji, psixiatrik tibb illərdir insanlara yata bilmədikləri və təşvişli olduqları üçün uyuşdurucu və yatırdan dərmanları verirlər.
İnsanları öncə psixoloji travmaya salır, müxtəlif psixoloji xəstəliklər uydurub, ona uyğun dərmanlar yazıb, insanları məcbur edirlər ki, bu al, iç, düzələcəksən.
Bu gün dünyada hökmran 2 sənaye var: silah sənayesi və dərman sənayesi, farmakologiya imperiyası.
İnsanlara yeni dərmanlarla hücum edəcəklər. Gəl-gəl deyib, sonra üzünə bir şapalaq vuracaq.
Farmakologiya xərçəngə son nöqtəni qoyub, onu da bir peyvəndlə sonlandırılacaq. Dərman imperiyası insanların inamını qazanacaq. Sonra da uyuşdurucu, unutdurucu dərmanlarını bizə sırıyacaq”.
Qeyd edək ki, Kaan Sarıaydının bir çox dünya hadisələri ilə bağlı açıqlamaları özünü doğruldub.
Bədəndə xərçəng yaranmasını göstərən 15 siqnal – Görməzdən gəlməyin
Alimlər orqanizmdə şiş hüceyrələrinin aktivləşdiyini göstərən 15 şübhəli əlamət barədə xəbərdarlıq edib.
Bir çox şiş xəstəliklərinin ilkin əlaməti siz düşündüyünüzdən də erkən, hətta 2-3 il öncədən özünü göstərir.
Sadəcə insan bədənini yaxşı tanımır və dinləmir.
Hazırda bir çox xərçəng xəstəlikləri erkən aşkarlandıqda çox uğurla müalicə edilir və xəstə uzun illər yaşayır.
Həmin 15 siqnalı təqdim edirik:
– Səbəbsiz yerə çəki itirmə, kəskin arıqlama
– Səbəbsiz, izah olunmaz güclü yorğunluq
– Gecələr çox tərləmə
– İştahanın kəsilməsi, sevdiyin yeməklərdən imtina
– Bədəndə yeni yaranan, səbəbsiz və artan ağrı
– Təkrarlanan ürəkbulanma, qusma, öyümə
– Sidikdə, nəcisdə qan izləri
– Sidiyin və nəcisin tündləşməsi, ümumiyyətlə, tualetə gedəndə narahat ağrılı hisslər bağırsaqda törəmələrdən xəbər verə bilər.
– Səbəbsiz qızdırma, titrətmə
– Bağırsağın işinin pozulması: ya kəsməyən ishal, ya da kəskin qəbizlik
– Uzun müddət başlayan, günün istənilən saatı tutan, dərmanlarla kəsməyən öskürək
– Limfatik düyünlərin müxtəlif nahiyələrdə böyüməsi
– Xalların böyüməsi, ətrafının qızarması, bədəndə sağalmayan dəri yaraları, xoralar
– Xəstəhal vəziyyətin keçməməsi, ayın yarıdan çoxunu enerjisiz, xəstə kimi hiss etmək
– Dərialtında bərkimələr, hər hansı orqanın- süd vəzi, burun, prostat və s. çox bərkiməsi, daşlaşması, xarici görünüşünün dəyişməsi, böyüməsi
Bu əlamətlər kişilərdə ağciyər, mədə, prostat, bağırsaq xərçəngindən, qadınlarda süd vəzi, ağciyər, bağırsaq, mədə şişlərində daha çox rast gəlinir.
İnsan kimi sağlam yaşamaq istəyirsizsə, indiki çörəklərdən imtina edin – “Buğda qarını” kitabından ŞOK
Amerikanın tanınmış kardioloqu Vilyam Devis dünyada ” Buğda qarını” adlı betstellerə çevrilmiş kitabı ilə məşhurdur. O, əmindir ki, müasir insanların səhhəti ilə bağlı başlarına gələn bəlalar buğda və undan qaynaqlanır.
Kardioloq qida üçün istənilən digər taxıldan unun daxil edilməsini məqbul sayır, nəinki buğda.
Doktor Devid uzun müddət ürək-damar xəstəliklərinin profilaktikası üçün effektiv metodlar axtarmışdı.
O aşkar etdi ki, müasir buğda və un qanda şəkər və qlikemik indeksi artırır. Eləcə də buğdada olan qliadin adlı zülal iştahı artırır, doyma siqnalını blok edir.
“Bugünkü buğdada 5% qliadin var. Bu zülal dad reseptorlarını dəyişir, insanı çörəkdən asılı vəziyyətə gətirir”.
Həkim müalicə etdiyi xəstələrin qidasından bir müddət buğda ilə bağlı bütün məhsulları çıxarır. 6-7 ay sonra onlarda artıq çəki azalıb, qanda şəkərin səviyyəsi enib, ürək-damarların işi yaxşılaşmışdı.
Kardioloq bildirir ki, indiki buğdadan imtina etdikdə ayaqlarda şişkinlik azalır, artrit kimi oynaq xəstəlikləri olmur, mədə turşuluğu və reflüks azalır, əhval-ruhiyyə yaxşılaşır.
Həkim qaba toxum, qara çörək məsələsinə münasibət bildirirək deyib ki, fərqi yoxdur, onlar da buğdadan hazırlanıb. Elə bilin filtrli və ya filtrsiz siqaret.
Hazırda dünya iqtisadiyyatında dədə-babalarımızın becərdiyi natural buğdaya dönmək gözlənilmir. Əksinə bir neçə illərdən sonra genetic dəyişikliyə uğramış daha yeni buğda sortları çıxacaq.
Buğdanı “xroniki zəhər” adlandıran doktor hətta özü kulinar kitab hazırlayaraq, 150 növ buğdasız resept təqdim edib ki, insanlar buğdasız qidalanmağa alışsın.
O, “Buğda qarnı” kitabında isə xəstəliklərin kökünün qarından, yəni bağırsaqlardan qaynaqlandığını, bağırsaqların isə müasir buğda ilə zəhərləndiyini sübut edib.
Qədim hind üsulu ilə adi yodu bədənin müəyyən nöqtə və xətlərinə çəkməklə yüksək təzyiq – Hipertoniyanı müalicə etmək və ya təzyiqi tədricən aşağı salmaq mümkündür.
Resepti təqdim edirik. Müalicə 2 mərhələdə aparılır.
Ayın əvvəlində proseduru başlayıb, 10 gün davam etdikdən sonra 10 gün fasilə verilir, sonra yenidən 10 gün davam etdirilir.
Üsul bədənin xətlərinə qulaq pambığı ilə yod xətləri çəkməkdən ibarətdir.
Sxem şəkildə göstərilib. Hər gün yatmazdan əvvəl bir xətt yodlanır.
Qollar və ayaqlardakı xəttlər dairəvi çəkilir. Uzun çarpaz xətlər isə kürəkdə çəkilir. İlk 10 gündə bütün 10 xətti çəkib bitirirsiz, sonra 10 gün fasilə verib, sonra olduğu kimi təkrar edirsiz.
Sxemə və müalicə aylarına düzgün riayət etməyiniz vacibdir. Sınayın, effektini digərləri ilə də bölüşün.
Yodun çəkiləcəyi nöqtələr

Təzyiqi ölçəndə yol verilən 8 səhv – Niyə düz göstərmir?
Arterial təzyiq sağlamlıq göstəriciləri arasında ən vacib olanlardan biridir. Həkimlər vaxtaşırı olaraq hamıya (xüsusilə 40 yaşdan sonra olan insanlara) təzyiqini ölçməyi tövsiyə edirlər.
Bununla siz hipertoniyanın inkişafını ilk mərhələlərdə aşkar edə bilərsiniz.
Hipertoniya çox hiyləgər xəstəlikdir ki, ilk mərhələlərdə heç bir simptomla özünü büruzə vermir. Bu isə çox təhlükəlidir. Gizli inkişaf edən hipertoniya tədricən insanın ürək-damar sistemini, böyrəklərini, gözlərini sıradan çıxardır. Bu səbəbdən təzyiqin vaxtaşırı olaraq ölçülməsi olduqca vacibdir.
Təzyiqi ölçən insan müəyyən qaydaları bilməlidir. Bu qaydalara əməl etməmək təzyiqin göstəricilərinə təsir edir, təzyiqin səhv ölçülməsinə səbəb olur.
1. Təzyiqi yemək yedikdən, çay və ya qəhvə içdikdən, siqaret çəkdikdən dərhal sonra ölçmək olmaz. Sidik kisəsi boş olmalıdır.
2. Təzyiqi ölçdükdə danışmaq, gülmək, yemək yemək və s. olmaz. Bu göstəricilərin daha yüksək olduğuna səbəb olur.
3. Təzyiqi ölçdükdən əvvəl 5 dəqiqə sakit oturun. Ölçülmədən əvvəl fizki işlə məşğul olan, pilləkənlə qalxan insanın təzyiqi daha yüksək olacaq.
4. Təzyiq ölçülən qolu masanın üzərinə rahat qoymaq lazımdır. Qolun gərgin olması, “sallanması” zamanı təzyqin göstəriciləri daha yüksək olur.
5. Paltarın qolunu mütləq qatlamaq lazımdır. Tonometrin manjeti paltarın üzərində yerləşdikdə bu təzyiqin səhv ölçülməsinə gətirib çıxardır.
6. Təzyiqin ölçülməsi zamanı ayağı ayağın üzərinə qoymaq, narahat poza almaq, önə əyilmək olmaz.
7. Təzyiqi 5-10 dəqiqə fasilələrlə 3 dəfə ölçün və ən aşağı göstəricini götürün. Məsələn, birinci dəfə 140/90 mm c. st., 2-ci dəfə 135/86 mm c. st, 3-cü dəfə 138/90 mm c.st göstərilibsə, 135/86 mm c.st götürülür.
Əgər təzyiqin ölçülməsi zamanı orta yaşlı insanda göstəricilər daim 139/89 mm c.st-dan yuxarıdırsa, həkimə müraciət edin. Bu sizdə hipertoniyanın inkişafına işarə edə bilər.
Anevrizmanı təyin etmək üçün barmağını qatla – Özün yoxla
Aorta insanın ən iri və əsas arteriya damarıdır. Bütün qan dövranı kələfi ondan keçir.
O tutulduqda anevrizma baş verir və daxili orqanların qanla təchizatı pozulur.
İels universitetinin alimləri aorta anevrizmasını sadə barmaq üsulu ilə təyin etməyin metodikasını tapıblar.
Anevrizma zamanı aorta genişlənir, sanki torbalanır və hər an partlaya bilər.Anevrizmanın müalicəsi yalnız cərrahi yolladır.
Əgər anevrizma yırtılarsa, güclü qanaxmadan xəstə ölə bilər.
Hər il dünyada 200 mindən çox insan bu anevrizmadan ölür.
Əgər aorta anevrizması erkən tapılsa, xəstəni xilas etmək olur. Amma bu elə bir xəstəlikdir ki, heç bir əlaməti olmur, xəstəni bunu hiss etmir. Və heç kim də aortanın vəziyyətini yoxlamır.
Amma son elmi araşdırmada aorta anevrizmasını öncədən təyin edən sadə test tapılıb.
Belə ki, baş barmağın ovucun içinə qatlanması ilə təyin edə bilərsiz. Əgər baş barmaq ovucun sərhədlərindən kənara çıxırsa, bu anevrizma riskinin yüksək olduğunu göstərir.
Alimlər 305 pasiyent üzərində test aparıblar.
Kimin ki, baş barmağı ovucdan kənara çıxırdı, onlarda aorta anevrizması 100% təsdiq olundu.
Bu metod əslində 50 ildir məlumdur, lakin klinik olaraq sübut edilməmişdi.
Bu nə ilə izah olunur?Baş barmağın belə elastik, hərəkətli olması, çox qatlanaraq ovucun kənarına çıxması onu göstərir ki, oynaqlar zəifləyib, birləşdirici toxumalar zədələnib. Belə olduğu halda, aorta da zədələnmiş olur.

Virusoloq alimdən ÜST-ə ÇAĞIRIŞ – “Vaksini dayandırın, qlobal fəlakətlər gətirəcək”
Dünyada kütləvi vaksinasiyanın aktivləşdiyi vaxtda bir çox epidemioloq, alim və professorlar bu prosesin səhv olduğu və gələcəkdə insanlıq üçün fəlakətlə nəticələnəcəyi barədə açıqlamalarında israrlıdır.
Professor, vaksinoloq Gert Vanden Dünya Səhiyyə Təşkilatını və viruslar üzrə ekspertləri kütləvi vaksinləşmənin mənfi təsirlərini müzakirə etmək üçün dəyirmi masa ətrafında əyləşməyə çağırıb. Bu müzakirələr olmayana qədər dünyada kovid 19 peyvəndlənməsi dayandırılmalıdır.
Professor əmindir ki, bu masştabda peyvənd cəmiyyətin sağlamlığı üçün təhlükədir. Hazırkı vaksinasiya tayı-bərabəri olmayan qlobal fəlakətə gətirib çıxaracaq.O, “Nəyə görə pandemiya şəraitində kütləvi vaksinləşmə qarşısıalınmaz bədheybət yaradacaq?” elmi işində yazır ki, bu təhlükənin kifayət qədər sübutları var, lakin pandemiyanı idarə edənləri bunlar cəlb etmir və ya bunda maraqlı deyillər”.
İstənilən pandemiyadan insan immuniteti qalib çıxmalıdır. İmmunitet virusu tanımalı, ona qarşı antiteli yaranmalıdır.
Lakin peyvəndlər immuniteti tənbəlləşdirir, onu zəiflədir, mikrob və bakteriyalara isə üstünlük verir. Bu da gələcəkdə güclü xəstəliklərin alovlanmasına səbəb olacaq.
Bişmiş qarğıdalının 12 FAYDASI – Kimlərə yemək olmaz?
Qarğıdalı insanın yetişdirdiyi ən faydalı bitkilərdən biridir. Amerika, Avropa və Rusiyada qarğıdalı yetişən kimi onu müxtəlif variantlarda bişirib süfrəyə qoyurlar və ailəlikcə yeyirlər.
Bizdə isə qarğıdalı az xörəkdə istifadə olunur, daha çox yayda, dəniz kənarında suda bişmişi yeyilir.
Amma yenə də mövsümündə və hətta digər mövsümündə də bu faydalı dənli bitkisi orqanizmə çox faydalı olduğundan bol istifadə olunmalıdır.
B, E, H, A vitaminləri, dəmir, natrium, yod, maqnium, fosforla zəngin qarğıdalının insan orqanizminə çox faydalıdır.Hansı problemlərdə faydalıdır?
1. Qaraciyəri tənzimləyir, ödü qovur
Öd və qaraciyər problemi olanlar təzə qarğıdalı yesələr, yüngüllük hiss edəcəklər. Çünki ödü qovur. Bişmiş qarğıd
alı və saçaqları hepatit, öd kisəsi və öd axarları iltihabı zamanı effektivdir. Lakin öd daşı xəstəliyi zamanı çoxlu qarğıdalı yemək olmaz ki, bu xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.
Qaraciyər xəstəlikləri olanlar bişmiş qarğıdalının üzərinə bir qədər kərə yağı çəkib yesinlər.
2. Bağırsaqların hərəkətliliyini artırır
Qəbizlik tənbəl bağırsaq sindoromundan da qaynaqlanır. Qarğıdalı dənli olduğu üçün kobud qidadır və bağırsaqların divarına təzyiq edərək, peristaltikanı aktivləşdirir. Ona görə qəbizlikdən əziyyət çəkən insanlara da lazımdır.
3. Mədəaltı vəzini dirçəldir
Çox az adam və həkim bilir ki, təzə, sütül qarğıdalı dəmləməsi mədəaltı vəziyə yüngül tənzimləyici təsir edir. Bunun üçün 7 gün ərzində gündə 1 stəkan qarğıdalı dənlərinin dəmləməsini içmək lazımdır. Bu, maddələr mübadiləsini tənzimləyəcək. Penkreatit və diabetli xəstələrə çox faydalıdır.
4. Ürək-damar sistemini möhkəmləndirir
Tərkibində olan bir çox maddələr damarları möhkəmləndirir, eləcə də podaqra, nefrit zamanı ağrı tutmalarını azaldır.
5. Uşaqların boyunu, sümüklərini uzadır
Qarğıdalı uşaqlara əks göstəriş deyil. 3 yaşından vermək olar. Körpənin aktivliyini artırır, böyüməsinə zəmin yaradır.
6. Cinsi hormonları artırır
Həm qadın, həm kişilərdə hormonal problemlərdə faydalıdır. Sonsuzluqdan və impotensiyadan müalicədə bol yeyilə bilər.
7. Depressiya və nevrozla mübarizə aparır
Tərkibində olan mikroelementlər antidepressant və sakitləşdirici təsir edib, sinir sistemini tənzimləyir. Əsəbi insanlara faydalıdır.
8. Hamiləlik və südverən analar üçün vacibdir
Qarğıdalı hamiləlikdə toksikozla mübarizə aparır, südverənlərdə isə laktasiyanı artırır.
9. Yoğun bağırsaq şişlərinə qarşıdır
Fermentativ tərkibi bağırsaqlarda bədxassəli şişlərin yaranması və böyüməsinn qarşısını alır
10. İnfakrt, insultdan qoruyur
Dənələrində olan bol kalium ürək-damar sisteminə müsbət təsir edir, infarkt, insult və kardioloji problemlərdən qoruyur
11. İmmuniteti möhkəmləndirir
Müntəzəm qarğıdalı qəbul edənlərdə immunitet aktivləşir, bununla da infeksion xəstəliklər və viruslara qarşı dözümlülük yaranır.
12. Gözləri qoruyur, görməni itiləşdirir
Qarğıdalının tərkibində olan keratinoidlər görmənin itiliyi üçün vacibdir. Ona görə görməsi zəifləyənlər və yaşlı insanlar qarğıdalını bir qədər bol yesin.
Kimlərə qadağandır?
Qanın laxtalanmasında problemi, trombozu olanlara olmaz.
Eləcə də çəkisi müxtəlif səbəblərdən azalanlar yeməsin.
Kəskin mədə-bağırsaq xoralarında və köpü olanlara da məsləhət deyil.
Koronavirus peyvəndi tarixin ən böyük biznes planıdır – Epidemioloq professor
Dövlətlər və hökümətlər hər cür hiyləgərliyə əl atacaqlar ki, öz biznes planlarını həyata keçirsinlər. Onlar hər gün fikirlərini dəyişəcəklər. Onlara görə hamı, qocalar da, cavanlar da, xəstələr də, sağlamlar da, yoluxanlar da – peyvənd vurdurmalıdır. Halbuki epidemioloji qanunlara görə bu cəfəngiyyatdır.
Bu sözləri rusiyalı epidemioloq, professor İqor Qundarov deyib.
Epidemiologiyada bir qanun var: epidemiya davam etdiyi sürəcdə peyvənd etdirmək əks göstərişdir və bu bütün peyvəndlərin təlimatında qeyd olunub.Əks göstəriş insanlar üçün yox, ümumi epidemioloji vəziyyətə görədir.
“Onların planı budur ki, payıza kimi 70% əhalini peyvənd etsinlər. Amma hələ ki, Rusiyada bu rəqəm 13%-dir. Bu onlar üçün fiaskodur, dözülməzdir. Ona görə payızda elə edəcəklər ki, çox adam məcbur peyvənd olunsun”.
1 ildir ölkədə və dünyada bir çox ağıllı, savadlı, öz fikri olanların peyvəndlər haqqında real təbliğatının nəticəsidir ki, insanlar peyvəndə tələsmir. İnsanlarımız reklama uymadılar. Ona görə peyvəndin sahibləri başqa hiyləğər planlar, tələlər quracaqlar.
“Rospotrebnadzor deyir ki, virusa yoluxanların immuniteti peyvənddən qat-qat güclüdür. Əlbəttə ki, belədir. Amma sonra deyir ki, onlar da yoluxandan 6-8 ay sonra peyvənd olunmalıdır. Çünki antitellər bir iki aya itir.
Sual verirəm. Sübut edə bilərsən? Yoluxanların bədənində heç immunitet olmadığını necə sübut edəcəksən? Hansı elmi əsaslarla. Sübut etmək üçün geniş tədqiqatlar, araşdırmalar lazımdır. İndi heç kim bu elmi araşdırmaları aparmır.
Dəqiq cavab yoxdur: təbii immunitet nə qədər davam edir? Ola bilməz ki, təbiət bu cür güclü virusa qarşı cəmi bir neçə aylıq immunitet versin. O halda ola bilər ki, virus süni yaradılıbsa.. Təbii virusda orqanizm maksimum davamlı müdafiə ilə təmin edilir”.
Qundarov bildirib ki, şəxsən heç bir ölkənin səhiyyə sisteminin məsləhət, tövsiyələrinə inanmır. Çünki sübutsuz, dəlilsiz danışırlar, fikirləri ancaq bacardıqca çox vaksin satmaqdır.
Heç bir bəyanatda professional fikri nəzərə alınmayıb. Vaksin təmiz biznesdir, epidemologiya qanunlarını qəbul etməyən biznes.
Tərkibində trans yağ olan 10 qida – Market və kafelərdə
Dünya Səhiyyə Təşkilatı artıq dünya ölkələrinə trans yağların istifadəsini qadağan etməsinə baxmayaraq, hələ də inkişaf etməkdə olan və ya bəzi ölkələrdə, o cümlədən bizdə trans yağlar gündəlik qidaların 50%-də var
2023-cü ilə kimi ÜST qida sənayesindən trans yağların tamam çıxarılması şərtini qoyub.
İnsanların ən çox qəbul etdiyi və market, restoranlarda rast gəlinən 11 trans yağ tərkibli ərzağı təqdim edirik. Siz onları hər gün yeyirsiz, xüsusən uşaqlarınız.
1. Dondurulmuş hazır qidalar, pitsa, katrof fri, naggets və s. Marketlərdə tezbazar hazırlanan bütün qablaşdırılmış qutu qidalarda var
2. Qənnadı məmulatları, ucuz şirniyyatlar, un məmulatları – peçenyedən tutmuş pirojna, vafli və s. Ucuz başa gəlsin deyə kərə yağını əvəz edən sərfəli trans yağ- marqarin qatılır.
3. Popkorn – uşaqların sevimli qarğıdalı partlaması. Hətta marketdə satılan, paket popkornlarda da var
4. Marqarin yağlar və marqarin tərkibli qidalar. Etiketi oxuyun
5. İstənilən isti yağda, früterdə qızardılmış toyuq əti, qanadları, nagetslər, xırçıltılı toyuq tikələri və s
6. Kartof fri
7. Çipslər – məşhur brendlər artıq trans yağ istifadə etməsə də, şübhəli markalardan uzaq durun
8. Müxfəlif dadlandırıcı souslar
9. Qəhvə açıqlandırıcılar – kofe krem, quru qaymaq deyilən əlavə bütün kafeteriyalarfda qəhvəyə qatılır
10. Krekerlər – xırçıltılı və dadlı qidada trans yağ olur.
Medicina.az materialları əsasında hazırlanıb

