Texnogenik qəzalar zamanı anti-böhran siyasətimizin məğlubiyyəti… Aydın Xan Əbilov yazır
2018-ci ilin məlum 3 iyul elektrik enerjisi böhranının ildönümüdür…
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təqdimatında.
Son zamanlar anlamışam ki, vacib məlumatlar vaxtında mənə də bir neçə gün, ay və ya il əvvəlcədən gələ bilir: yox, peyğəmbərlik, falçılıq, yaxud ekstrasenslikdən irəli gəlmir bu qabiliyyət, sadəcə, analitik təfəkkürümün hesablamalarının və analizlərimin əqli nəticəsidir.
Beş gün bundan əvvəl qəsəbəmizin problemlərini sadalayan zaman il boyu iş vaxtı elektrik enerjisinin verilməməsini də tənqid etmişdim. Budur, Bakı zülmətə qərq olan zaman öngörməkliyim yada düşdü: axı xəbərdarlıq eləmişdim ki, qarşıda bizi enerji bohranı…
Texnogenik qəzalar zamanı anti-böhran siyasətimizin bərbadlığı göz önündədir. Məmurlar Prezidentə hər şeyin super getdiyini məruzə edən vaxtlardan bu yana biz ictimai-sosial, iqtisadi-psixoloji məsələlərlə bağlı tənqidi-analitik fikirlərimizi cəmiyyət üçün növbəti dəfə açıqlayırıq…
Bina üzlüklərinə, tanklara, hərbiyə ayrılmış milyardları gərək çoxdan:
- Alternativ enerji vasitələrinə – külək, günəş, dəniz, su və b. elektirik istehsal edən texnologiyalara xərclənərdi. Düzdür, eynizadlı agentlik yaradılıb və müəyyən işlər də aparıldı, fəqət yenə kampaniyaçılıq baş aldı və unuduldu. Küləklə işləyən modultipli elektrik dəyirmanı texnologiyasını Azərbaycana gətirəni isə məmurlarla gəlir şəriyi olmadığına görə 6 ay həvs etdilər…
- Bütün yeni tikililərin damında mütləq günəş panelləri olmalıdır.
- Xəzər dənizində üzən günəş elektrik stansiyaları qurulmalıdır.
- Yenə dənizdə və Mil-Muğan düzündə külək elektrik dəyirmanları yerləşdirilməlidir.
- Bakı ətrafında minlərlə artezian quyusu qazılmalıdir ki, belə böhran zamanı paytaxt içməli və texniki sularla qismən təmin olunsun.
- Mobil anti-böhran qrupları və analitik mərkəzlər yaradılmalıdır: oxşar hallarda İnternet, TV, sosial səbəkə və radio vasitəsilə əhali xəbərdarlıq və idarə edilməlidir.
- Əhali arasında böhranlar vaxtı vətəndaş fəallıqı və könüllük mədəniyyətinin təbliği gücləndirilməlidir.
Bunlar üçün Dövlət Neft Fondunda ölü halda dondurulan neft milyardlarını xərcləmək olar və beş ilə biz qonşu ölkələrə ən təmiz elektrik enerjisi ixrac edərəi yeni yaşıl milyardlar qazana bilərik. - Onsuz da son iki gündə olkəyə – əhaliyə, iqtisadiyyatımıza milyarddan artiq zərər dəydi…
Retro-status. 2018
Aydın Xan Əbilov
VCA rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq

