Meşə Fondu torpaqlarında çay plantasiyasının salınması: ictimai etiraz və qınaqlara fikir verən tapılacaqmı?!

İnstitutdan Meşə Fondu torpaqlarında çay plantasiyasının salınmasına dair açıqlama

“Meşə Fondu torpaqlarının ekoloji tarazlığın qorunması şərtilə əkin dövriyyəsinə cəlb edilməsi aqrar sahədə məşğulluğun artmasına da müsbət təsir göstərmiş olur”. Bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov verib.

O bildirib ki, Meşə Fondunun açıq sahələrinin potensialından daha səmərəli istifadə etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət həyata keçirilir: “Burada iki variant var. Ya bu ərazilər elə yabanı bitki kollarının yayıldığı sahələr olaraq qalmalıdır, ya da bu torpaqlardan daha səmərəli istifadə etmək üçün investisiya yatırılmalıdır. Meşə Fondunun açıq sahələrində intensiv meyvə bağlarının, çay plantasiyalarının salınması torpaqların münbitliyini qorunması, dağ yamaclarında erroziyanın qarşısının alınması, atmosferə atılan zərərli qazların neytrallaşdırılması, aqrar sahəyə uğurlu investisiya qoyuluşu, çoxlu sayda yeni iş yerinin yaradılması, kənd əhalisinin gəlirlərinin çoxalması, kənd təsərrüfatı məhsullarının istehsalının artması deməkdir. Buraya ixracyönlü kənd təsərrüfatı məhsullarının artmasını da əlavə etmək olar. Üstəlik, çayçılıq və meyvəçilik əməktutumlu sahələrdən hesab olunur. Araşdırmalara görə, 1 ha ərazidə çay plantasiyasının salınması 4 nəfərin daimi, 10-15 nəfərin mövsümi işlə təmin olunmasına səbəb olur. Meyvə bağlarına qulluq üçün orta hesabla 5-6 nəfər daimi işlə təmin olunur. Buna görə də iki variantdan biri seçilməlidir. Ya bu ərazilər boş, istifadəsiz qalmalı, ya da səmərəli istifadə olunaraq çoxistiqamətli müsbət nəticələr əldə olunmalıdır. Bu yanaşma nəticəsində yüzlərlə yeni iş yeri açılacaq, ekoloji tarazlıq və ərazilərin biomüxtəlifliyi qorunacaq.

İlham Qurbanov bildirib ki, əkin dövriyyəsinin Meşə Fondunun açıq sahələrindən ibarət ərazilər hesabına genişləndirilməsi orta müddətli planda müsbət nəticələr verəcək: “Kol-kos basmış ərazilərin yerində çay kolları əkilir, yeni plantasiyalar salınır. Bu gələcəyə yatırılan uzunmüddətli investisiyadır”.

Nazirlik meşələrin qırılması ilə bağlı iddialara cavab verdi – VİDEO
Nazirlik meşələrin qırılması ilə bağlı iddialara cavab verdi - VİDEO

Sosial şəbəkələrdə Lənkəranın Haftoni kəndi yaxınlığında düzən meşələrin məhv edilərək “Beta” şirkəti üçün çay bağı salınması ilə bağlı məlumat yayılıb.

“Ecofront” səhifəsi – ( Əgər ETSN və Beta Şirkəti düzgünlüklərinə əmindirlərsə birlikdə əraziyə baxış keçirək. 43 hektar dedikləri yerin müqaviləsini gətirsinlər. Xəritə ilə baxaq məhv etmək istədikləri yerə. Görək ora yamyaşıl ağaclıq kolluq və ətraf ərazilərə qaz çəkilib deyə sürətlə böyüyən əvvəlki nəhəng ağacların olduğu meşəyə çevrilə biləcək yerdir ya yox. Nə xəritə göstərəcəklər nə də birlikdə baxış olacaq. Çünki öz çirkin qaranlıq əməllərini bilirlər. Amma biz hər şeyi xalqa çatdıracağıq. Qoy sizin necə yalançı və pisniyyət olduğunuzu bilsinlər. O meşələr uzun illər ETSN in və hökümətin yarıtmaz meşə siyasətinin sayəsində o gündədir və indi indi özünə gəlmək istəyir. İndi də pis meşə deyib məhv edirlər.Sarı xətlə əhatələnmiş yer son illər artıq tam məhv edilib. Qırmız xətlə işarələnmiş yer isə yeni plandır. 43 hektar dedikləri yerin təxmini sərhədləri. )
https://www.facebook.com/ecofront.az/videos/773045023381626 – tərəfindən paylaşılan videoməlumatda 45 hektar meşə fondu torpağının bu şirkət tərəfindən məhv ediləcəyi iddia olunur. Qeyd olunur ki, artıq 5 hektara yaxın ərazi məhv edilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Sfera.az-a bildirib ki, Milli Meşə  Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpağı Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə çay bağının salınması üçün  “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verilib. 

“Ərazi kol-kos basmış quru sahələrdən və talalardan ibarət olub, ərazidə ağac kəsilməsi faktı olmayıb, olmayacaq və ağacların məhv edilməsindən də söhbət gedə bilməz. Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənir”.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir