Lənkəranda Unikal Hirkan meşələrində ağaclar kütləvi kəsilir. Ekologiya Nazirliyi buna icazə verib?

Lənkəranın Haftonu qəsəbəsi yaxınlığında meşə massivi qırılaraq yerində çay plantasiyası salınır.

Azpost.info bildirir ki, bu barədə “ekofront” ekologiya könüllüləri məlumat yayıblar.

Məlumatda deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 45 hektar meşə torpağını “Beta” şirkətinə verib. Şirkət isə meşə ərazisində ağacları qıraraq torpaq işləri aparır.

“Ekofront” bu addımın yolverilməz olduğunu bildirib. Könüllülər əraziyə gediblər və oradan fotoları paylaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir