İstifadəsiz qalan kitabxanalar: biz niyə oxumuşuq…

Son illər Azərbaycanda kitaba marağın azaldığı tez-tez təkrarlanır. Məsələn, ötən 5 il ərzində ölkə üzrə mövcud 3 min 600 kitabxanadan 800-ü ləğv edilib. Digər kitabxanalara isə müraciət azdır. Bunun əsas səbəbi kimi internetin geniş yayılması, elektron kitabları əldə etməyin daha asan olduğu göstərilir.

«Kitabxana.Net» milli virtual kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirdi ki, elektronlaşma bütün dünyada gedən prosesdir:

“Kitabxananın saxlanılması böyük xərclərdənsə, kiçik xərclərlə elekton kitabxana formasında daha asan və ucuz başa gəlir. Eyni zamanda daha əlçatandır. Lakin burada digər problemlər də var. Azərbaycanda kitabların virtuallaşması hələlik ilkin mərhələdədir.
İndiyə qədər çap olunmuş kitabların yalnız 40%-ə qədəri elektronlaşdırılıb. Yəni, kitabxanaların ləğvini elektronlaşdırma ilə əlaqələndirmək tam da düzgün olmazdı. Ümumiyyətlə, elektronlaşma, sosial şəbəkələrin inkişafı insanları kağız kitablardan uzaq salıb. Bu da ona gətirib çıxardıb ki, kitabxanalar kütləvi şəkildə ləğv edildi. Artıq ölkəmizdə ənənəvi kitabxanaların üçdə biri yoxdur. Amma proses baş verib. Yəqin ki, onun əvəzində elektronlaşmaya fikir verməliyik. Elektron kitabxanaların yaradılması ilə bağlı xüsusi dövlət proqramı olsa da, bunun Qərb ölkələrindəki kimi inkişafını görmürük. Belə bir şəraitdə isə ənənəvi kitabxanaların kütləvi ləğvi normal hal deyil. Bunun mənfi təzahürləri də var. Abituriyentlərin əksəriyyəti ana dilində zəif biliyə sahibdilər”.
Yazıçının fikrincə, ənənəvi kitabların ləğvi indiki halda qorxulu haldır: “İlkin vaxtlarda ənənvi kitablarla elektron kitablar yanaşı olmalıdırlar. Düzdür, ənənəvi kitabların ləğvi zamanın tələbidir. Lakin elektron kitabları inkişaf edirmədən ənənəvi kitabların ləğvi təhdid yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir