Qonşu İran İslam Respublikasının yeni Prezidenti seçildi. Kimdir?

İran İslam Respublikasının dövlət başçısı Həsən Ruhani prezident seçkilərində kimin qalib gəldiyinin artıq məlum olduğunu elan edib. 

Ruhani qalib şəxsi təbrik etsə də, onun kimliyini açıqlamayıb.

“Xalqın seçmiş olduğu şəxsi təbrik edirəm. Bu haqda rəsmi məlumat hələ elan olunmadığından, qanunu nəzərə alaraq rəsmi təbrikimi bir qədər təxirə salıram. Kimin kifayət qədər səs topladığı aydındır”, – deyə Ruhani vurğulayıb.

Artıq iki namizəd İran ədliyyəsinin rəhbəri İbrahim Rəisini qələbə münasibətilə təbrik edib. O, seçkilərdə 50 faizdən çox səslə liderdir.

Qeyd edək ki, İranda 7 nəfər prezidentliyə namizədliyini irəli sürsə də, onlardan 3-ü sonradan seçkilərdə iştirakdan imtina edib.

60 yaşlı İbrahim Rəisinin əsas rəqibləri Mohsen Rezai,  Hüseyn Qazizadə Haşemi və Abdulnaser Hemmatidir.

Xatırladaq ki, ölkənin hazırkı Prezidenti Həsən Ruhani bu vəzifədə artıq ikinci dönəminin sonuna gəldiyindən seçkilərdə iştirak etmir.

***

“Mehr” agentliyi xəbər verir ki, 19 iyun yerli vaxtla saat 11:00-a qədər 28.6 milyon bülleten sayılıb. İlkin nəticələrə görə, İbrahim Rəisi 17.8 milyon, Mohsen Rezai 3.3 milyon, Abdulnaser Hemmati 2.4 milyon, Hüseyn Qazizadə Haşemi isə 1 milyon səs toplayıb.

***

“Tasnim”in yazdığına görə, bülletenlərin 90%-indən çoxu artıq sayılıb və İbrahim Rəisi ölkənin 8-ci Prezidenti seçilib.

Ruhani yeni seçilən Prezidentlə görüşdü…

İranın hazırkı Prezidenti Həsən Ruhani yeni Prezident seçilən Seyyid İbrahim Rəisi ilə görüşüb və ölkənin sayca 13-cü prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

İranın “Mehr” agentliyi xəbər verir ki, şənbə günü baş tutan görüş zamanı tərəflər vətəndaşların seçkilərdə iştirakı və bunun İran İslam Respublikasının rəhbərliyinə təsiri kimi məsələləri müzakirə ediblər. 

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, prezident seçkilərində ümumilikdə 28 milyon 600 nəfər səsvermə hüququndan istifadə edib.

Ayətullah Seyid İbrahim Rəisi kimdir?

Seyid İbrahim Rəisi olaraq tanınan Seyid İbrahim Rəisus-sadat hazırda müqəddəs Məşhəd şəhərində yaşayan iranlı ruhanidir. 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açan Rəisi, ibtidai məktəbi bitirdikdən sonra Qum elmi hövzəsində təhsilə başlayıb. O həmçinin Şəhid Mütəhhəri adına universitetdə fiqh və hüquq fakultəsinin doktoranturasını da bitirib.

20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi, Həmədan şəhərində də eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub.

Ayətullah Seyid Əli Xameneinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi, Tehranın baş prokuroru olaraq təyin olunur. Rəisi, 1994-cu ildə ölkənin müfəttişlik təşkilatının müdiri olaraq seçilir və 10 il boyunca bu vəzifəsində qalır. 2004-cü ildən 2014-cü ilədək ölkənin ədliyyə qüvvəsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib. O 2015-ci ildən etibarən, ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunur. 2006-cı ildən etibarən Cənubi Xorasan şəhərinin Xobreqan məclisində olan nümayəndəsidir. O Mübariz Ruhanilər Cəmiyyətinin də üzvü olmaqla yanaşı, Xobreqan məclisinin əsas idarə heyətində yer alır.

Ölkənin Ali Dini Liderinin Məşhəddə olan nümayəndəsi və şəhərin cümə imamının kürəkəni olan Seyid İbrahim Rəisi, 2 ildir ki, Ayətullah Xamenei tərəfindən İmam Rzanın  (ə) hərəminin məsulu olaraq təyin olunub. Onun dini elmlərdə olan ustadlarından Ayətullah Behişti, Ayətullah Mütəhhəri, Ayətullah Xamenei, Ayətullah Meşkini, Ayətullah Nuri Həmədani, Ayətullah Fazil Lənkərani, Ayətullah Əbulqasim Xəzəli, Ayətullah Müctəba Tehrani, Ayətullah Mərəşi Nəcəfi, Ayətullah Duzduzani, Ayətullah Seyid Mühəqqiq Damad, və Ayətullah Seyid Mahmud Şahrudinin adını çəkmək olar. Onun 14 il Ayətullah Xameneinin xaric fiqh dərsində iştirak etdiyi bildirilir. Fiqh və şəritdə ictihad sahibi olan Seyid İbrahim Rəisi, fiqh və hüquq fakultəsində doktoranturadan əlavə, beynəlxalq hüquq fakultəsinin də magistrini uğurla başa vurub.

Seyid İbrahim Rəisi barədə ən maraqlı məlumatlardan biri, Onun Ayətullah Behişti tərəfindən kadr olaraq hazırlanmasıdır. Belə ki, inqilabın ilk illərində 70 nəfərlik heyət yaradaraq, gələcək üçün kadr hazılayan Ayətullah Behişti, Seyid İbrahim Rəisini də bu heyətin üzvü olaraq seçir. Bu heyət Ayətullah Behişti, Ayətullah Xamenei və Şəhid Mütəhhəri tərəfindən xüsusi olaraq hazırlanıb. O İranda, Ayətullah Behiştinin canişini olaraq qələmə verili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir